Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Sulutəpəni yağış suları basdı - Yollar keçilməz vəziyyətə düşdü + VİDEO

Tarix 27.03.26, 16:44

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün yağan güclü yağışlar səbəbindən paytaxtın Binəqədi rayonunun Sulutəpə qəsəbəsinin Pənahabad küçəsini su basıb.

“Qafqazinfo”ya müraciət edən sakinlərin sözlərinə görə, intensiv yağıntı nəticəsində qəsəbənin bir sıra küçələrində suyun səviyyəsi xeyli yüksəlib və bu da nəqliyyatın və piyadaların hərəkətini çətinləşdirib.

Bəzi ərazilərdə isə yollar demək olar ki, keçilməz vəziyyətə düşüb. Sakinlər bildirir ki, hər yağışdan sonra oxşar vəziyyət təkrarlanır: “Dəfələrlə icra hakimiyyətinə və bələdiyyəyə müraciət etmişik, məsələ onların diqqətinə çatdırılıb. Lakin hər yağış yağanda eyni vəziyyət təkrarlanır və heç bir tədbir görülmür. Nəticədə ərazi tamamilə yararsız hala düşür, evdən kənara çıxmaq demək olar ki, mümkün olmur. Bu problem gündəlik həyatımıza ciddi çətinlik yaradır”.

Məsələ ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “Vəziyyətlə bağlı aidiyyəti üzrə müraciət etmişik. Göründüyü kimi intensiv yağışlar yağmağa davam edir. Ərazidə aidiyyəti qurumlar yaranmış problemlərin qarşısını almağa çalışırlar”.








Xəbərin oxunma sayı : 199




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap