Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Husilərdən Səudiyyə Ərəbistanına xəbərdarlıq: “Müharibəyə qoşula bilərik“

Tarix 27.03.26, 12:54

Font ölçüsü : - / +
bitmap-img6


Yəməndə fəaliyyət göstərən "Ənsar Allah" (husilər) qruplaşması Səudiyyə Ərəbistanı rəhbərliyinə xəbərdarlıq edərək, Yaxın Şərqdəki mövcud toqquşmalara qoşulacağı ilə bağlı hədə-qorxu gəlib.

Bu barədə Yəmənin SABA xəbər agentliyi məlumat yayıb.

"Açıq şəkildə bildirirəm ki, zəmanəmizin tiranlarına - yəhudilərə, sionistlərə və onların amerikalı tərəfdaşlarına qarşı cihad şəklində olan islami borcumuzu icra etməkdən geri durmayacağıq", -deyə qruplaşmanın rəhbəri Əbdül Malik əl-Husi çıxışında vurğulayıb.

O, Ər-Riyad hökumətini Yəmən əhalisinə qarşı yönəlmiş ədavətə son qoymağa və mehriban qonşuluq siyasətinə əməl etməyə çağırıb.

Martın 14-də qruplaşmanın siyasi büro təmsilçisi Məhəmməd əl-Buheyti İranla tam şəkildə razılaşdırılmış fəaliyyət göstərdiklərini və bu ölkəyə hərbi yardımla bağlı qərarın ən münasib vaxtda açıqlanacağını söyləyib. Bunun ardınca qruplaşmanın nümayəndəsi Əbdül əs-Sovr münaqişəyə müdaxilə edəcəkləri halda ilkin olaraq ABŞ və Təl-Əvivə qarşı rəsmi dəniz blokadası tətbiq olunacağını, həmçinin Bab əl-Məndəb boğazının İsrail limanlarına istiqamətlənən bütün gəmilər üçün tamamilə bağlanacağını bildirib. Yerli medianın yaydığı məlumatlarda Səudiyyə Ərəbistanı diplomatik vasitələrlə husilərin İran, ABŞ və İsrail arasındakı gərginliyə qarışmaması üçün əlindən gələni etdiyi də bildirilir.

Xəbərlərə əsasən, Vaşinqton və Təl-Əviv isə təşkilatı aktiv döyüşlərə sürükləyəcək hər hansı təxribat xarakterli addımlardan uzaq durmağa çalışırlar.



Xəbərin oxunma sayı : 151




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap