“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Su istehsalı müəssisələrində yoxlama - Nöqsanlar aşkarlandı

Tarix 22.01.26, 20:00

Font ölçüsü : - / +
bitmap-img6


Qida Təhlükəsizliyi Agentiyi tərəfindən 2025-ci il ərzində 32 su istehsalı müəssisəsində yoxlama keçirilib.

AzFak.com xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, yoxlama zamanı 24 su istehsalı müəssisəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.

Bununla əlaqədar  sahibkarlar  barəsində inzibati tənbeh tədbiri görülüb və icrası məcburi göstərişlər verilib. Həmçinin aşkarlanan nöqsanlarla əlaqədar qanunvericiliyə uyğun müvafiq qərarlar qəbul edilib.

Yoxlama zamanı əsasən aşağıdakı uyğunsuzluqlar aşkarlanıb:

−        müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərməsi;

−        sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmaması;

−        texnoloji ardıcıllıq prinsipinə əməl edilməməsi;

−        etiket məlumatlarında qanunvericiliyə uyğun zəruri məlumatların qeyd olunmaması;

−        suyun sınaq nəticələrinin normalara uyğun olmaması;

−        işçilərin gigiyena qaydalarına əməl etməməsi, ilkin və dövri tibbi müayinədən keçməməsi;

−        dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmaması.

Yoxlama çərçivəsində götürülmüş nümunələrin minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə müayinəsi nəticəsində 28 nümunədə uyğunsuzluq aşkar edilərək həmin məhsulların dövriyyədən çıxarılması təmin edilib.

Eyni zamanda aparılan monitorinqlər çərçivəsində 34 su istehsalı müəssisəsindən, eləcə də yol kənarlarında və binaların həyətlərində quraşdırılmış 57 modul tipli su aparatından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Sınaq nəticəsində 31 su istehsalı müəssisəsindən götürülmüş 32 nümunədə, həmçinin 33 su aparatından götürülmüş nümunələrdə mikrobioloji göstəricilər üzrə uyğunsuzluq müəyyən edilib. Bununla əlaqədar qanunvericilik çərçivəsində zəruri tədbirlər görülüb, sahibkarlar barəsində inzibati tənbeh tədbiri görülərək icrası məcburi göstərişlər verilib.

Aparılan bütün nəzarət tədbirləri nəticəsində müəssisələrdə sağlamlaşdırıcı işlərin görülməsi, həmçinin məhsulların etiketlərinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması təmin edilib.



Xəbərin oxunma sayı : 112




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap