| |
|
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Yaponiya-Çin gərginliyi pik həddə: Qarşılıqlı hədələr durmadan artır
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Ailə qurarkən narkotik testinin verilməsi: Xilasedici təşəbbüs, yoxsa...
Tarix 26.04.26, 10:32 |
|
Hazırda ölkəmizdə nikaha daxil olmaq istəyən cütlüklərdən müəyyən xəstəliklər üzrə məcburi tibbi arayış tələb olunur. Milli Məclisin aprelin 10-da keçirilən iclasında bu tibbi tələblərin sırasına daha bir həssas məsələnin əlavə edilməsi təklifi irəli sürülüb. Deputat Göydəniz Qəhrəmanov narkotik vasitələrin cəmiyyət üçün yaratdığı böyük təhlükəni əsas gətirərək, nikah zamanı tərəflərdən narkoloji arayışın da tələb olunmasını təklif edib.
AzFakt.com xəbər verir ki, narkomaniyanın ailə institutuna vurduğu zərbələr fonunda bu təklif ilk baxışdan zəruri görünsə də, onun praktiki icrası cəmiyyətdə bir sıra ciddi suallar yaradır. Bəs, hüquqi və tibbi reallıqlar çərçivəsində belə bir qaydanın tətbiqi nə dərəcədə mümkündür? Mövcud sistem və laborator analizlər real istifadəçiləri dəqiqliklə aşkar edə bilərmi?
"Narkotik qəbulunu müəyyən edən testlərin aparılması vacibdir”
Sosial məsələlər üzrə ekspert İlqar Hüseynlinin sözlərinə görə, bu gün boşanmalara səbəb olan əsas sosial faktorlardan biri məhz narkomaniyadır. Bu baxımdan, evlilik ərəfəsində narkotik vasitələrin qəbulunu müəyyən edən testlərin aparılması olduqca vacibdir:
"Bildiyimiz kimi, hazırda nikaha daxil olan cütlüklərdən tələb edilən tibbi arayışlar və laborator analizlər yalnız reproduktiv sağlamlıqla bağlı amilləri nəzərə alır. Evlənmədən öncə fərdlərin qısa müddət ərzində narkoloji testdən keçməsi elə də çətin proses deyil. Bu gün hər bir poliklinika və ya klinikada qan nümunələri götürərək narkotestlərin aparılması üçün kifayət qədər imkan var. Narkotik vasitələrin izləri qanda uzun müddət qalır və bunu analiz vasitəsilə aşkarlamaq asandır”.
"Universal laboratoriyalara ehtiyac var”
Tibb elmləri doktoru, professor Adil Qeybulla da bildirdi ki, belə bir qaydanın tətbiq edilməsi ilə insanlar daha ehtiyatlı davranacaqlar. Bu, hər halda çəkindirici bir göstəricidir. Lakin əsas məsələ bunun Azərbaycan reallığında nə dərəcədə işlək olacağıdır: "Əvvəla, mövcud laboratoriyaların heç də hamısı bütün narkotik maddələri dəqiqliklə aşkar edə bilmir. Bu gün dövriyyədə müxtəlif növ metamfetaminlər, həb formasında olan fərqli sintetik maddələr var. Təəssüf ki, onların hamısını vaxtında və dəqiq müəyyən etmək mümkün deyil. Digər tərəfdən, asılılığın təsdiqlənməsi üçün təkcə laboratoriya analizləri kifayət etmir. Bu şəxslərin həm də əsaslı tibbi müayinədən keçirilməsi məqsədəuyğundur. Hazırda ənənəvi opiat (morfin və digər narkotik analgetiklər) asılılığı olanların sayı əvvəlki dövrlərlə müqayisədə azalsa da, müasir istifadəçilər daha çox heroin, kokain, metamfetamin, LSD və müxtəlif sintetik həblərə müraciət edirlər. Bunların hər biri güclü asılılıq yaradır. Belə vəziyyətdə, analizləri dəqiq və səhih yerinə yetirə bilən, həm güvənli, həm də məsuliyyəti tam müəyyənləşdirilmiş universal laboratoriyalara ehtiyac var. Lakin hazırda analizlərlə bütün maddələri tam aşkarlamaq mümkün olmur”.
Professorun sözlərinə görə, məsələnin insan hüquqlarının pozulması aspekti də mövcuddur: "Məhz bu səbəblərdən, nikahdan əvvəl məcburi testləşdirmə təklifi kifayət qədər mücərrəd və riskli görünür. Məsələ hərtərəfli, xüsusilə də insan hüquqları kontekstində dərindən araşdırılmalıdır. Aşkarlanan nəticələrin necə rəsmiləşdiriləcəyi və qarşı tərəfə necə bildiriləcəyi də sual altındadır. Təsəvvür edin, kiminsə qanında hər hansı bir maddə aşkarlandı və bu, ailələrarası ciddi konfliktə, münasibətlərin tamamilə pozulmasına səbəb oldu. Bu, özlüyündə böyük bir sosial narahatlıq yaradır. Ona görə də, əgər belə bir təklif gündəmdədirsə, onun bütün mümkün fəsadları əvvəlcədən düşünülməli, hüquqi və tibbi tərəfləri tam həll olunmalıdır”.
"Testlər insanın asılı olub-olmamasını dəqiq ifadə etmir”
Tibb elmləri doktoru, psixiatr-narkoloq Araz Əliquliyev isə düşünür ki, bu testlər insanın asılı olub-olmamasını dəqiq ifadə etmir. Test sadəcə şəxsin bioloji mühitində maddənin aşkar edildiyini göstərir: "Digər tərəfdən, insanlar nikahdan əvvəl belə bir test verəcəklərini bilsələr, istifadəni müvəqqəti dayandıra və ya maddənin bədəndən təmizlənməsi üçün tibbi tədbirlər görə bilərlər. Psixoaktiv maddələrin əksəriyyəti qanda deyil, sidikdə qalır və adi skrininq testləri ilə cəmi 3-5 gün ərzində aşkarlana bilir. Tibbi tədbirlər (detoks, qan yuma və s.) görülsə, maddənin izini gizlətmək mümkündür. Testdə maddənin çıxması da şəxsin asılı olmasının əsası deyil”.
Narkoloqun fikrincə, "Narkoloji xidmət və nəzarət haqqında" qanuna əsasən, şəxs ambulator müalicədən imtina edirsə, dəqiq diaqnoz qoymaq üçün o, 10 günlük xəstəxana şəraitində yoxlanılmalıdır: "Asılılığı isbat etmək üçün nikaha girən hər kəsi xəstəxanayamı yerləşdirəcəksiniz? Güclü təsir edən psixotrop maddələr və dərmanlar var ki, onlar xüsusi lisenziyası olan apteklərdə, elektron reseptlə satılır. Onların da sui-istifadəsi mümkündür. Dövriyyəsinə nəzarət edilən və həkim tərəfindən yazılan psixotrop dərmanlar da asılılıq yarada bilir və testdə müsbət nəticə göstərir. Bunları necə əsaslandıracaqsınız?"
"İnsanların hüquqlarının pozulması riski var”
A.Əliquliyevin sözlərinə görə, testlər yanlış nəticə də verə bilər. Bu baxımdan, insanların hüquqlarının pozulması riski var: "Əgər mən testin müsbət nəticəsinə əsasən kiməsə "narkoman" olduğunu desəm, o şəxs mənəvi zərbəyə və mənliyinin alçaldılmasına görə məni məhkəməyə verə bilər. Dəqiq bioloji faktorları öyrənən analizlər isə bahalıdır - 200-300 manatdan yuxarıdır”. ("Kaspi" qəzeti)
Xəbərin oxunma sayı : 160
Sosial
Xəbərlər
-
“WhatsApp“ və ChatGPT-ni geridə qoydu: Maskın messenceri birinci oldu
-
Dünyanın ən gözəl xanımlarına sahib ölkələr - SİYAHI
-
“Azərbaycan xalqı sülhün və barışığın dəyərini çox yaxşı anlayır“ - İlham Əliyev
-
Bazarda qiymətlər “əridi”: Meyvə-tərəvəz ucuzlaşdı
-
Yollarda görünüş 300 metrədək məhdudlaşacaq - XƏBƏRDARLIQ
-
Azərbaycanda 13,9 min tondan çox duru bitki yağı istehsal olunub - Statistika
-
Güclü külək əsəcək, yağış yağacaq - Sabahın havası
-
Ağdərədə mina partlayıb - Xəsarət alan var
-
Malinin paytaxtında komendant saatı elan edilib: Yüzlərlə silahlı öldürülüb
-
Daşqın baş vermiş ərazidə Kür çayının səviyyəsi endi - VİDEO
-
Yüz minlərlə evin gecikən “kupça“sı - Çıxış yolu nədir?
-
Nikahdan əvvəl narkotest tələbi və reallıqlar: Mütəxəssislər nə düşünürlər?
-
Bakıda yük maşınları toqquşdu, sürücü xilas edildi - VİDEO
-
Ən aktiv nüvə reaktorları hansı ölkələrdədir? - SİYAHI
-
“Azəraqrar”da skandal qərar - Haqqında cinayət işi açılanlar yenidən vəzifəyə gətirilir
-
Daşkəsən və Gədəbəyə qar yağıb - FAKTİKİ HAVA
-
Vaşinqtonda atışma məni dərindən sarsıtdı, zorakılıq qəti şəkildə pislənməlidir - İlham Əliyev
-
Mənzili olanlara vacib xəbər: Sığortasız evlərə görə cərimələnə bilərsiniz
-
Ailə qurarkən narkotik testinin verilməsi: Xilasedici təşəbbüs, yoxsa...
-
Fransa silahlanmanı sürətləndirir - Hərbi istehsal artırılır
-
Milyonlarla “Bitcoin“ olan kriptocüzdanlar risk altında: Kvant sistemi ilə şifrə qırıldı
-
ABŞ administrasiyasından heç kim atışma zamanı xəsarət almayıb - Donald Tramp
-
10 min sakinin istifadə etdiyi yol çökür: Problem kritik həddə çatır (VİDEO)
-
Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - VİDEO
-
Trampın Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda atəş açılıb - VİDEO/FOTO
-
Daşınmaz əmlak sığortasında yeni mərhələ: İkitirəlik yaranacaq?
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
Sonuncu intensiv yağıntının fəsadları hələ də qalmaqdadır - VİDEO
-
Prezidentin sosial şəbəkə hesabında Zelenskinin səfəri ilə bağlı videoçarx paylaşılıb - Video
-
Binəqədi rayonunda dayandırılmış qanunsuz tikinti yenidən başladı - Müəmmalı icazə
-
Elvin Cəfərquliyevin aqibətinin necə olacağı dəqiqləşdi - “Qarabağ“ın planı bilindi
-
“Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb - ŞİKAYƏT
-
Bakıda magistral su kəmərlərinin üstünü kimlərə satıblar? - FOTOLAR
-
Polisdən əməliyyat: Axtarışda olan 153 nəfər saxlanılıb
-
“Smart Diaqnostika Laboratoriyası“ böhranda: Borcu 600 mini keçdi
-
Ağ Evin sözçüsü analıq məzuniyyətinə çıxır: “Prezidentin nömrəsi hamınızda var“
-
Bakıda parik taxaraq cinayətlər törədibmiş - VİDEO
-
İranda hakimiyyət daxilində fikir ayrılıqları yaranıb? - SEPAH güzəştlərə qarşdır
-
“Neftçi” və “Qarabağ” azarkeşlərə müraciət etdi - Birgə bəyanat
-
Dünyanın 1 nömrəli universitetində təhsil alan azərbaycanlı qızlar - DOSYE
-
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - Bu ərazilərə isə qar yağacaq
-
Azərbaycan və Ukrayna arasında 6 sənəd imzalanıb - Zelenski AÇIQLADI
-
“Əraqçi İranın mövqeyini və şərhlərini Pakistana çatdırdı” - “Əl-Cəzirə”
-
“Dövlət qurumları nasaz avtomobilləri sığortalayır“ - PALATA
-
“Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir“ - Prezident
-
Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış etdi - FOTO/VİDEO
-
Nyu-York merinin saxta bəyanatları qəbuledilməzdir və dərhal silinməlidir - Azərbaycan XİN
-
Zelenski İlham Əliyevə təşəkkür etdi - Ölkəsinə yardıma görə
-
Tərtər rayonunda maye qazdoldurma məntəqəsi bağlandı - VİDEO
-
“Rusiya razı olsa, danışıqları Azərbaycanda keçirə bilərik“ - Volodimir Zelenski
-
XİN-də işləmək istəyənlərin nəzərinə: Qeydiyyatda yenilik...
-
Almaniya hərbi dəniz qüvvələrini Hörmüz boğazına göndərir - Nazir
-
“Ukrayna ilə əməkdaşlığımızın çox güclü siyasi təməli var“ - İlham Əliyev
-
Müəllimlərin işə qəbulu: 60 manatlıq ödənişin səbəbi nədir?
-
Paşinaynın keçmiş xanımını 6 milyon cərimə gözləyir - Akopyan suallardan yayındı
-
Əliyevin Zelenski ilə geniş tərkibdə görüşü keçirildi - FOTO
-
Bakıda bu küçədən avtobuslar keçə bilmir - Xaos hökm sürür (VİDEO)
-
Azərbaycanda bəzi yerlərə yağış yağır - FAKTİKİ HAVA
-
“NATO-ya giriş var, çıxış yoxdur” - ABŞ İspaniyanı cəzalandıra bilməyəcək
-
Zelenski Azərbaycandadır - Prezident Qəbələdə qarşıladı (FOTOLAR)
-
Azərbaycan neftinin qiyməti bahalaşdı - Qara qızıl 114 dollara satılır
-
Suriyadakı Rusiya bazası ləğv olunur - Hmeymim təlim mərkəzinə çeviriləcək
-
Dərmandan zəhərlənərək ölən şəxs müəllim imiş - TƏFƏRRÜAT - VİDEO
-
Təhlükəli manevrlər edən sürücü 30 sutkalıq həbs olundu - VİDEO
-
Azərbaycanda cinayət törədən azyaşlılar necə islah olunurlar? - VİDEO
-
“Putin, Tramp və Si Avropa üçün rəqib qüvvələrdir“ - Fransa Prezidenti
-
Qazinin atasına qarşı dələduzluq: Qadın biznesmenə cinayət işi açıldı
-
Avtosalondakı dələduzluq şəbəkəsi: 23 avtomobilin “müəmmalı“ taleyi
-
“İran danışıqlara hazırdır və təklif üzərində işləyir“ - Tramp
-
Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər? - VİDEO
-
Bakıdakı bəzi keçidlərin eskalatorları niyə işləmir? - VİDEO
-
ABŞ Pakistandakı danışıqlarda iştirak etməyəcək - CNN
-
Sumqayıtda Ailə Sağlamlıq Mərkəzinin binası vətəndaşlar üçün təhlükə yaradır? - ŞİKAYƏT
-
“Türkiyə dünyanın yeni qütb başlarından biri olmağa ən güclü namizəddir“ - Ərdoğan
-
Abşeronda 19 cinayətin üstü açılıb, 17 nəfər saxlanılıb - VİDEO
-
“Yaxın Şərqdə ilk dəfə ABŞ-nin 3 aviadaşıyıcısı yerləşdirilib“ - CENTCOM
-
Ermənilər yeni faciələr istəmirsə, kənarda vətən axtarışına son qoymalıdır - Paşinyan
-
Ağsaqqallar Şurasının İdarə Heyətinə yeni üzvlər seçilib - SİYAHI
-
“Əgər İran neft ixrac edə bilmirsə, bunu başqalarına da etməyə qoymayacaq“ - İsfahani
-
MİQ-də iştirak üçün ödənişin məbləği təsdiqləndi - 60 manat
-
Putinin reytinqində ardıcıl azalma - Hökumətə də etimad aşağı düşüb
-
Agentliyin yaydığı məlumat yanlışdır - MEDİA
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Məcnun Məmmədov vətəndaş qəbulu keçirdi - FOTOLAR
-
“Aİ liderləri Rusiyaya qarşı 21-ci sanksiyalar paketinin qəbuluna hazırdır“ - Kallas
-
Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - Tam siyahı
-
Vüsalə Əlizadə vətəndaşı təhqir edib? - Aparıcıdan polisə şikayət edildi
-
“Avromed“ hemofiliyalı xəstələri dövlətlə üz-üzə qoyub: 17 milyonluq tenderin izi ilə
-
Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM
-
Yağış yağacaq, güclü külək əsəcək - Sabahın havası
-
Pentaqon İspaniyanın NATO üzvlüyünün dayandırılmasını müzakirə edir - “Reuters”
-
Deputatın onlayn görüşü Naxçıvanda etirazla qarşılanıb? - “Bizə belə deputat lazım deyil“
-
“Ermənistanda Türkiyə bayrağının yandırılmasını qətiyyətlə pisləyirik” - XİN
-
“Penaltidir, ya yox?“ - UEFA prezidenti əllə oyun qaydasına “üsyan etdi“
-
“Olympus Park“ tikinti şirkətindən şikayət - Bir ailenin 7 üzvü evsiz qalıb
-
“Maşınlarda və küçələrdə yatıram“ - General Radanın İsraildən qaçış planı açıqlandı
-
Nə ABŞ, nə Çin: Dünyanın ən varlı ölkəsi açıqlandı (SİYAHI)
-
Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək - 2750 manat
-
Polisin əməliyyatlarında 49 kq narkotik aşkarlanıb - VİDEO
-
Xameneinin ciddi zədələri var - Əməliyyata ehtiyacı ola bilər
-
Ələt azad iqtisadi zonasına əlavə torpaq sahəsi verilib - SƏRƏNCAM
-
Nərimanovda mağazadan 100 min manat dəyərində qızıl oğurlandı - VİDEO
-
Ağlayaraq yanına gəldi... - Ərdoğanın da gözləri doldu + VİDEO
-
Paytaxtın bu küçələri 2 sutkadan çox bağlı olacaq - SİYAHI
-
Nazirlikdə vəzifə müəmması: Bakıda imtahan verdiyi gün Gəncədə çıxış edir -FOTO
-
Bakıda 7-ci sinif şagirdi məktəbdə özünə xəsarət yetirib - VİDEO
-
Faizlə borc verənlərə xəbərdarlıq - “Hüquqi məsuliyyət yarada bilər....“
-
Pentaqonda qalmaqal: Əsgər iştirak etdiyi Maduro əməliyyatına mərc edib
-
Xətai rayonunda məktəbin yolu zəbt olunur: Araşdırma başlanıldı (VİDEO)
-
Kuryer vasitəsi ilə sifariş etdiyi 1000 manatlıq “PlayStation 5“-i oğurlandı - VİDEO
-
Dövlət Xidmətinin 8 vəzifəli şəxsi həbs edildi - Rüşvətlə bağlı əməliyyat + ADLAR
-
Şabranda bir ay əvvəl selin dağıtdığı körpü hələ də bərpa edilməyib - VİDEO
-
“İranla müqavilə yalnız ABŞ-a sərf edəndə bağlanacaq“ - TRAMP
-
Qaradağda torpaq çökdü, iki nəfər dağıntılar altında qaldı - Ölən var - Video
-
Ağdam şəhərinə növbəti köç karvanı yola salındı - Böyük Qayıdış davam edir
-
Azərbaycanın iqtsadi qüdrəti Avropanın bir çox olkələrin ölkəmizə olan marağını artırır
-
Azərbaycan-Latviya münasibətləri davamlı olaraq genişlənəcək və inkişaf edəcəkdir
-
Qurbanovun qəzəb gecəsi: Elvinlə Abbası zorla hüzuruna gətizdirdi - DETALLAR
-
Strateji tərəfdaşlığın yeni üfüqləri
-
Qarşılıqlı etimada və strateji maraqlara söykənən Azərbaycan-Latviya əməkdaşlığı
TOP 10
ARXİV






