Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

“Space TV”yə xəbərdarlıq olundu - Efirdə qohum evliliyi göstərilib

Tarix 21.10.25, 14:39

Font ölçüsü : - / +
bitmap-img6


“Space TV” kanalına xəbərdarlıq olunub.

AzFakt.com xəbər verir ki, bu barədə Audiovizual Şura məlumat yayıb.

Bildirilib ki, Şuranın bu gün keçirilən iclasında 2025-ci il oktyabrın 8-i saat 22:06-23:09 arası “Space TV” kanalının efirində yayımlanan “Banu” proqramında bölgələrin birində keçirilmiş qohum evliliyinə dair toy şənliyinin nümayişi müzakirə olunub.

Qeyd edilib ki, müzakirələr zamanı proqramın həmin buraxılışı ölkəmizdə ailə institutunun möhkəmləndirilməsi, ailə rifahının və sosial dəyərlərin qorunması istiqamətində aparılan hüquqi islahatların mühüm nəticələrindən biri kimi 01 iyul 2025-ci il tarixindən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Ailə Məcəlləsinə” edilmiş qohumlar arasında evliliyin qadağan olunması ilə bağlı müvafiq dəyişikliklliklər prizmasından qiymətləndirilib.

“Hazırda Ailə Məcəlləsinin 12.0.2-1-ci maddəsinə görə qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları arasında nikahın bağlanmasına yol verilmir.

Audiovizual Şuranın Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəxəssisləri tərəfindən yaxın qohumlar arasında baş tutan toy məclisinin “Space TV” kanalında nümayişi faktı müəyyən olunub.

Daha sonra məsələnin ətraflı araşdırılması məqsədilə kanala sorğu ünvanlanıb. Sorğuya verilən rəsmi cavaba əsasən süjetdə göstərilən toy şənliyi qanunvericilik dəyişikliklərinin qüvvəyə minməsindən xeyli əvvəl (rəsmi nikah 06 mart 2025-ci il tarixdə qeydə alınmışdır) baş tutub. Lakin bir neçə ay əvvəl lentə alınmış toy şənliyi televiziya kanalının mütəxəssislərinin texniki nöqsanı səbəbindən efirə oktyabr ayında verilib.

İclas zamanı məsələ diqqətlə müzakirə edilib və proqramın 08 oktyabr 2025-ci il tarixli buraxılışında yuxarıda qeyd olunan yeni qanunvericilik tələblərinin pozuntusunun baş verdiyi qənaətinə gəlinib, bu hal redaksiya nəzarətinin qeyri-qənaətbəxş olmasının təzahürü hesab edilib.

Sonda yayımçıya göndərilmiş sorğuya cavabda pozuntunun etiraf edilməsi və nöqsan buraxmış əməkdaşla bağlı zəruri tədbirlərin görülməsi nəzərə alınaraq Audiovizual Şuranın üzvləri “Space TV” kanalına yalnız xəbərdarlıq edilməsi barədə razılığa gəliblər”, - məlumatda vurğulanıb.



Xəbərin oxunma sayı : 253




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap