“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Pula qənaət etməyin ən effektiv yolları açıqlandı - FOTO

Tarix 01.10.23, 10:28

Font ölçüsü : - / +
bitmap-img6


Aşağı qazancı olan insanlar bilməlidirlər ki, dərhal böyük miqyasda vəsait toplamağın yolu yoxdur, bu, monoton və ardıcıl işdir.

Bu barədə rusiyalı iqtisad elmləri namizədi və maliyyə analitiki Mixail Belyayev danışıb.

O, pula ən effektiv şəkildə qənaət etməyin yollarını açıqlayıb.

10 faiz qaydası

İqtisadçı bildirib ki, pul toplamaq üçün istənilən gəlirin 10 faizini ayırıb xüsusi hesaba (kassaya) qoymaq lazımdır. Özü də bu, maaşı alan kimi həyata keçirilməlidir, ayın sonunda nə qalacağı gözlənilməməlidir.

“Bu, vergilər, mənzil pulu kimi zəruri ödəniş olmalıdır”, - deyə o vurğulayıb.

Xərclərin rasional planlaşdırılması

Ekspert bildirib ki, pul rasional xərclənməlidir:

“Bu o demək deyil ki, özünüzü asket vəziyyətinə kimi sıxmaq lazımdır, ancaq sizin üçün nəyin əhəmiyyətli, nəyin əhəmiyyətsiz olduğuna diqqət etməli və anlıq şıltaqlıqların təsiri altında baş verən emosional alışlardan çəkinməlisiniz”

O, xərcləri zamana uyğunlaşdırmağın vacibliyindən də danışıb:

“Deyək ki, sizin bir neçə məişət texnikanız son dövrlərini “yaşayır”. Gəlirinizə uyğun və heç bir əlavə xərclərinizin çıxmayacağı ən sərfəli anı tutmalısınız”.

İqtisadçı, həmçinin, vergi endirimləri ilə bağlı məlumatların öyrənilməsini və bütün mümkün endirimlərdən yararlanmağı tövsiyə edib.

“Güzəştlər kiçik ola bilər, amma deyək ki, beş güzəştdə bunu artıq hiss edə bilərsiniz”, - deyə o vurğulayıb.

Yatırım

Ekspert bildirib ki, artıq bir növ “yastıq” formalaşandan sonra onu dərhal gəlir gətirən aktivə çevirmək, ya da ən azı bankda əmanət kimi qoymaq olar.

“Kiçik bir faiz də olsa, yenə də faiz, bir növ, gəlirdir. Maliyyə savadını bir az da mənimsədikdə digər vasitələrdən istifadə edə bilərsiniz, məsələn, ən azı fərdi investisiya hesabları vasitəsilə qiymətli kağızlar bazarında əməliyyatlara cəlb oluna bilərsiniz”, - deyə ekspert sözlərini yekunlaşdırıb.

Mənbə: Lenta.ru



Xəbərin oxunma sayı : 730




Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap