| |
|
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Yaponiya-Çin gərginliyi pik həddə: Qarşılıqlı hədələr durmadan artır
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibə verib - TAM MƏTN
Tarix 12.02.25, 10:12 |
|
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verib.
Dövlət başçısının müsahibəsi fevralın 11-də bu televiziya kanalında yayımlanıb.
AzFakt.com həmin müsahibənin geniş variantını təqdim edir.
Aparıcı: Cənab Prezident, Sizinlə yenidən Davosda görüşmək böyük şərəfdir.
Prezident İlham Əliyev: Sizi görməyə çox şadam. Mən əvvəlki görüşümüzü xatırlayıram. Sizin auditoriya ilə söhbət etmək imkanına görə sizə təşəkkür edirəm.
Aparıcı: Siz sağ olun, Cənab Prezident. Çoxqütblü dünyada biz öz arzularımızı və planlarımızı necə görürük? Əminəm ki, daimi dəyişikliklər baş verir, ancaq təməl aspektlər də var. Siz bu məsələləri necə görürsünüz?
Prezident İlham Əliyev: Ölkəmiz üçün son illərin ən mühüm nailiyyəti ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası oldu. Biz bunu beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həyata keçirdik. Demək olar ki, 30 il ərzində bu, bizim milli ideyamız idi və biz hədəfimizə nail olmaq, ədaləti bərpa etmək üçün bütün səylərimizi səfərbər etdik. Əfsuslar olsun ki, beynəlxalq hüququn normaları işləmədi və beynəlxalq təşkilatlar yardımçı olmadılar. Çünki çoxsaylı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr, sadəcə, kağız üzərində qalmışdı. Biz bunu özümüz həll etməli, ədaləti özümüz bərpa etməli olduq. Bu, bir daha onu nümayiş etdirir ki, indi dünyanın həqiqətən də beynəlxalq öhdəliklərə tam hörmət edilməsinə ehtiyacı var.
Aparıcı: Aydındır. Cənab Prezident, Sizcə çoxqütblü dünyada Azərbaycanın yeri haradadır?
Prezident İlham Əliyev: Biz ən başdan, müstəqilliyimiz bərpa ediləndən bəri olduğumuz yerdəyik. Biz güclü iqtisadiyyat, yeri gəlmişkən, özünü təmin edən iqtisadiyyat qurduq. Ümumi daxili məhsula (ÜDM) nisbətdə xarici borcun səviyyəsi çox aşağıdır, cəmi 6,9 faizdir. Buna əsaslanaraq biz regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirmişik və aid olduğumuz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutmuşuq. Əlbəttə ki, milli maraqlarımızı, həyat tərzimizi və müstəqil siyasətimizi qəti şəkildə müdafiə etmişik və çoxlu uğur qazanmışıq. Mən deyərdim ki, dünya xəritəsində nisbətən yeni olan Azərbaycanın öz milli maraqlarını müdafiə edən və bütün dünyada yaxşı əlaqələr quran ölkə kimi nümunəsi onu göstərir ki, cəmiyyətdə sabitlik, birlik varsa, siz öz maraqlarınızı müdafiə edə bilərsiniz.
Aparıcı: Cənab Prezident, Azərbaycanın hüdudlarından kənara baxdıqda ölkənizi çox proaktiv beynəlxalq oyunçu kimi görmək mümkündür. Məsələn, siz Ümumdünya Ticarət Təşkilatına üzv olmaq istəyirsiniz. Yeri gəlmişkən, bununla bağlı son vaxtlar Çinlə müzakirələr aparırsınız. Siz, həmçinin qlobal iqlim sammitinə ev sahibliyi etdiniz. Bu, nəhəng bir tədbir idi və bu siyahını davam etdirmək olar. Azərbaycanın proaktiv yanaşmasını görmək olar. Əminəm ki, cənab Prezident, Sizin planlarınız var və Siz irəliləməklə bağlı ətraflı düşünürsünüz.
Prezident İlham Əliyev: Sözsüz ki, bizim hədəfimiz Azərbaycanın dünyanın siyasi və iqtisadi xəritəsində öz yerini tutmasından ibarət idi. Təxminən 200 ölkəni bir araya gətirən İqlim konfransına ev sahibliyi etmək böyük çağırış, böyük məsuliyyət, eyni zamanda, böyük nailiyyət idi. Azərbaycanın şaxələnmiş xarici siyasətinin daha bir nümayişi ondan ibarət idi ki, bizim namizədliyimiz bütün iştirakçı dövlətlər və qurumlar tərəfindən dəstəkləndi.
Aparıcı: Təbriklər.
Prezident İlham Əliyev: Demək olar ki, təqribən 200 ölkə və beynəlxalq təşkilat Azərbaycanın namizədliyini yekdilliklə dəstəklədi. Bundan əvvəl biz 120 ölkəni birləşdirən, BMT Baş Assambleyasından sonra ikinci böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına 4 il ərzində uğurla sədrlik etdik. Bu onu göstərir ki, bizim dostluğa, əməkdaşlığa, heç bir ölkənin daxili işlərinə qarışmamağa əsaslanan siyasətimiz həqiqətən də beynəlxalq arenada dəstəklənir. Ona görə də biz belə qlobal, beynəlxalq bir tədbirə ev sahibliyi edə bilərik.
Aparıcı: Bir çoxları Ümumdünya Ticarət Təşkilatına daxil olmaqla bağlı müzakirələrinizi diqqətlə izləyir. Bu, böyük bir prosesdir, elə deyilmi?
Prezident İlham Əliyev: Bəli.
Aparıcı: İndi elə bir vaxt gəlib çatıb ki, proteksionizm daha da intensivləşib. Siz, həmçinin bəzi iqtisadiyyatların tarif alətindən istifadə etdiyinin, hətta bəzən digər iqtisadiyyatlara qarşı vahid tariflərin tətbiqinin şahidi olursunuz, eyni zamanda, qlobal təchizat zənciri müəyyən mənada pozulur. Nə üçün məhz indi Azərbaycan Ümumdünya Ticarət Təşkilatına daxil olmağın bu qədər vacib olduğunu düşünür?
Prezident İlham Əliyev: Əslində, bunun cavabı elə sizin sualınızdadır. Biz hələ də Ümumdünya Ticarət Təşkilatının üzvü deyilik, baxmayaraq, uzun illərdir, deyərdim, bir neçə onilliklərdir ki, danışıqların aktiv mərhələsindəyik. Bu prosesin məntiqi yekunlaşmamasının səbəbi sırf sizin dediklərinizdir. Proteksionizm, ikili standartlar, tariflər - bütün bunlar Ümumdünya Ticarət Təşkilatının təməl dəyərlərinə ziddir. Biz görürük ki, ölkələr öz bazarlarını qorumaq üçün tarifləri tətbiq edir, proteksionizm üsullarından istifadə edirlər və bu da Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə tamamilə ziddir.
Buna görə də biz danışıqlar prosesindəyik. Lakin, eyni zamanda, biz üstünlükləri və zəif tərəfləri ciddi qiymətləndiririk. Bizi narahat edən məqamlardan biri bizim indi müzakirə etdiyimiz mövzudur. Digəri isə ondan ibarətdir ki, bizim sənayemiz və ixrac potensialımız bunun üçün yaxşı hazır olmalıdır. Çünki bu vaxtadək bizim ixracın əsas hissəsi qazıntı enerji növləridir. Bunun üçün Ümumdünya Ticarət Təşkilatına üzv olmaq lazım deyil. Ölkə əmtəələrini bazarda satır.
Beləliklə, bazarlarını bütün dünyaya açmaqla Ümumdünya Ticarət Təşkilatına üzv ölkələr rəqabəti artıracaq. Lakin, eyni zamanda, onlar yerli istehsalçıların maraqlarına ziyan vura bilərlər. Beləliklə, biz bu prosesi balanslaşdırırıq və gələcək danışıqlar prosesində maksimum müsbət şərtləri əldə etməyə çalışırıq. Mən artıq demişəm ki, Azərbaycanın iqtisadiyyatı özünü təmin edir. Bizim ÜDM-ə münasibətdə ən aşağı səviyyəli xarici borcumuz var. Bizim konvertasiya oluna bilən valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir. Beləliklə, hər hansı əlavə bir imtiyaz lazım deyil. Biz malik olduqlarımızı itirmək istəmirik. Lakin, eyni zamanda, təşkilata qoşulma ilə bağlı bütün təkliflərimiz, - istər ikitərəfli əlaqələr istiqamətində ölkələrlə danışıqlar prosesində, istərsə də ümumilikdə təşkilatla bağlı, - qəbul olunarsa, hesab edirəm ki, proses daha da rəvan gedər.
Aparıcı: Mənim bildiyimə görə, son xəbərlərə əsasən Azərbaycanın danışıqlar komandası Çinin danışıqlar komandası ilə təmasdadır, o cümlədən yanvar ayında. Mən hər iki tərəfdən müsbət reaksiya görürəm.
Prezident İlham Əliyev: Bəli, bu, həqiqətdir. Çünki bildiyiniz kimi, ötən il Çin və Azərbaycan rəsmi olaraq strateji tərəfdaş oldular. Ötən yay mənim Çinin Sədri ilə görüşümdən sonra strateji tərəfdaşlıq üzrə müvafiq Bəyannamə qəbul edildi və bu, bizim ikitərəfli əlaqələrdə çox mühüm siyasi addımdır. Strateji tərəfdaşlıq çox yüksəksəviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir və biz təkcə Ümumdünya Ticarət Təşkilatına deyil, müxtəlif beynəlxalq təşkilatlara qoşulma məsələsi daxil olmaqla Çin ilə tərəfdaşlığımızın genişləndirilməsini arzulayırıq.
Aparıcı: Sizinlə artıq növbəti suala gəldik, cənab Prezident. Biz Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi qismində olduğunu görürük. Bu arada Siz BRICS-in üzvü olmaq üçün fəal addımlar atırsınız. Beləliklə, təhlükəsizlik, ticarət, iqtisadi inkişaf və hər kəs üçün uduşlu bir vəziyyət nöqteyi-nəzərindən Qlobal Cənubla bağlı olan müzakirələri necə görürsünüz?
Prezident İlham Əliyev: Əslində, Şanxay Əməkdaşlıq Təşkilatına gəldikdə, ölkəmizin statusu müşahidəçi deyil, dialoq üzrə tərəfdaşdır. Bu, həmin beynəlxalq təşkilatla daha da yaxın olmaq üçün güclü qarşılıqlı iradənin nümayişidir. Əlbəttə ki, beynəlxalq təşkilatlarla işləyəndə və ya onlarla daha yaxın olmaq istəyəndə siz təşkilatın tərkibinə, üzv ölkələrinə nəzər salırsınız. Şanxay Əməkdaşlıq Təşkilatının və BRICS-in bütün üzv dövlətlərinin Azərbaycanla çox yaxşı və dost münasibətləri var. Bundan başqa, bizim coğrafi mövqeyimiz, Cənubi Qafqaz və Xəzər regionunda vahid məqsədlərə töhfəmiz nöqteyi-nəzərindən əhəmiyyətli olacaq. Əlbəttə ki, Çin və Mərkəzi Asiya ölkələri ilə üzərində fəal iş apardığımız məsələlər, həmçinin bağlılıq layihələridir. Çünki Azərbaycan artıq müasir nəqliyyat infrastrukturu ilə Şərqdən Qərbə gedən yol üzərində yerləşir. Beləliklə, biz praktiki nəticələr nöqteyi-nəzərindən çoxlu töhfə verə bilərik.
Əlbəttə ki, istənilən təşkilata qoşulmaq siyasi addımdır, lakin həmin iqtisadiyyat ölkələri daha da birləşdirən praktiki infrastruktur layihələri ilə dəstəklənməlidir. Qlobal Cənubun bir hissəsi olaraq biz Qlobal Cənubun maraqlarını müdafiə etmişik və yeri gəlmişkən, COP29-a qayıdaraq bizim ideyalarımızdan biri Qlobal Cənubla Qlobal Şimal arasında daha möhkəm körpülər qurmaq idi. Çünki COP29-a ev sahibliyi edən ölkə kimi biz gördük ki, iqlim məsələlərinə gəldikdə, hər iki tərəf müəyyən səviyyədə bir-birinə etibar etmir və söhbət təkcə iqlimdən getmir.
Aparıcı: Bundan əlavə, boşluq xeyli böyükdür.
Prezident İlham Əliyev: Elədir.
Aparıcı: İndiyədək daha nələri müşahidə etmisiniz?
Prezident İlham Əliyev: Əslində, biz iqlim dəyişikliyi ilə bağlı məsələlərlə dərindən məşğul olmağa başlayanda iqlim dəyişikliyi səbəbindən ekzistensial təhlükə ilə üzləşən ölkələrdə yüksək dərəcədə narazılığın olduğunu gördük. Biz hamımız bundan əziyyət çəkirik, o cümlədən Azərbaycan. Lakin elə ölkələr var ki, - xüsusilə kiçik ada dövlətləri, - onların mövcudluğuna təhlükə var. Bəzən onların məsələsi gündəliyə daxil olmur, biz isə bunu etdik. Bakıda keçirilən COP29-da ən mühüm tədbirlərdən biri inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Zirvə görüşü idi. Orada Azərbaycan bu ölkələrə əməli dəstək göstərmək üçün çox iddialı gündəlik irəli sürdü. Aydın məsələdir ki, böyük aktorların birgə yanaşması olmadan həmin ölkələri və iqlim məsələləri ilə məşğul olmaq üçün maddi ehtiyatları olmayan ölkələri dəstəkləmək çətin olacaq. Düşünürəm ki, üzərinə bu yükü götürən ölkələrin məsuliyyəti daha çox iş görməkdir. Qlobal Cənub tamamilə obyektiv olaraq dünyanın ən zəngin ölkələrindən daha çox dəstək gözləyir.
Aparıcı: Cənab Prezident, Sizin xüsusilə qeyd etdiyiniz kimi, maliyyədə boşluq var idi. Maliyyədəki bu boşluq, xüsusilə inkişaf etmiş iqtisadiyyata malik ölkələr tərəfindən inkişaf etməkdə olan ölkələrə bundan əvvəl verilərək yerinə yetirilməmiş vədlərlə bağlı idi. Lakin görünür ki, dünya daha çox ziddiyyətli olur, daha çox parçalanır. Bunu bəziləri etimad çatışmazlığı da adlandırırlar. Bu keçid dövründə, siyasi etimadın azala biləcəyi bir vaxtda bir Lider ölkəsi üçün necə qərar qəbul edir? Düşünürəm ki, söhbət ciddi təzyiq və ətraflı dəyərlənmədən gedir.
Prezident İlham Əliyev: Zənnimcə, Azərbaycanın müxtəlif mühitlərdə özünü rahat hiss etməsinin əsas amillərindən biri ondan ibarətdir ki, biz üzərimizə düşənlərlə əlaqədar artıq xeyli iş görmüşük. Biz sabit iqtisadiyyat qurmuşuq, sabit siyasi sistemimiz var, insanların yaşayış səviyyəsini yaxşılaşdıran çoxlu sosial proqramlar həyata keçiririk, yoxsulluq səviyyəsini təxminən 5 faizə endirməyə nail olmuşuq və müxtəlif beynəlxalq aktorlarla güclü tərəfdaşlıq və əlaqələrlə biz müəyyən vasitəçi rolunu oynayırıq.
Mən artıq Çinlə olan strateji tərəfdaşlıq Bəyannaməmizlə bağlı danışdım. Lakin, eyni zamanda, biz Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq bəyannaməsi imzalamışıq. Türkiyə, Özbəkistan və Rusiya ilə müttəfiqlik bəyannaməsi imzalamışıq. Şaxələnmiş bu xarici siyasət istiqaməti, sadəcə, siyasətə deyil, mahiyyətə əsaslanır. Hər bir sahədə bizim əməli nəticələrimiz, əməkdaşlıq proqramlarımız var. Digər ölkələr kimi bizim də xarici siyasətimiz, sadəcə olaraq, daxili siyasətimizin davamıdır. Azərbaycanın təkcə Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada regional sabitliyə, regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir.
Bizim mövqeyimiz ondan ibarətdir ki, əgər hər bir ölkə diqqətini, sadəcə, öz gündəminə yönəltsə, başqa ölkənin işlərinə müdaxilə etməyə çalışmasa, münaqişələr, narazılıqlar, müharibələr olmaz. Bütün dünyada hələ də qeyri-sabit vəziyyətin olmasının və qan tökülməsinin yeganə səbəbi ondan ibarətdir ki, imperialist keçmişi olan ölkələr, sadəcə olaraq, müdaxilə etməyə, dominantlıq etməyə, diktə etməyə davam etmək istəyir və bu, təbii olaraq, müqavimətə gətirib çıxarır.
Biz özümüzü daxili işlərə müdaxilədən qorumağa müvəffəq olduq. Lakin heç də hər bir ölkə bunu etmək üçün potensiala malik deyil. Əgər ölkə iqtisadi cəhətdən asılıdırsa, o zaman sözsüz ki, onun müqavimət göstərmək və öz milli maraqlarını müdafiə etmək üçün daha az imkanı olacaq. İqtisadiyyat hər şeyin əsasını təşkil edir. İdeologiya, iqtisadiyyat və milli ideyalar - bunlar hamısı birlikdə Azərbaycanı bizim layiq olduğumuz yerə gətirib çıxardı.
Aparıcı: Cənab Prezident, Siz Dünya İqtisadi Forumunun ilk günündən burada olduğunuza görə, artıq qarşıdakı bir neçə həftə və aylarla bağlı ciddi qeyri-müəyyənliyin və narahatlığın olduğunu hiss edə bilərsiniz. Məsələn, Vaşinqtonda administrasiya dəyişikliyi ilə əlaqədar insanlar onun yürüdəcəyi siyasətin necə ola biləcəyi barədə düşünürlər. Siz bununla əlaqədar qeyri-müəyyənliklərə və idarəçilik üslubuna necə baxırsınız?
Prezident İlham Əliyev: Mənim müşahidələrimə görə, əsas qeyri-müəyyənlik Avropa liderləri arasındadır. Azərbaycana gəlincə, bizdə heç bir qeyri-müəyyənlik yoxdur. Biz Prezident Trampın ABŞ-a rəhbərlik etdiyi zamanı xatırlayırıq və son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması səbəbindən əlaqələrimizin tamamilə korlanmasından fərqli olaraq, bizim əlaqələrimiz çox uğurla inkişaf edirdi. Beləliklə, Prezident Trampla birgə işləməklə bağlı əvvəlki təcrübəmiz çox müsbət idi. Biz gözləyirik ki, ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz bu 4 il artıq tarixə qovuşacaq və biz yenidən başlayacağıq.
Lakin Avropa liderləri arasında ciddi qeyri-müəyyənlik və deyərdim, ciddi narahatlıq var. Səbəbi isə çox sadədir. Biz hamımız onların bəzilərinin son 4 ildə cənab Tramp prezident olmadığı dövrdə ona necə münasibət göstərdiyini bilirik. Hamımız onların əksəriyyətinin budəfəki prezident seçkilərində kimi dəstəklədiyini bilirik. Əgər biz bunu biliriksə, sözsüz ki, Prezident Tramp bunu daha yaxşı bilir. Artıq mən deyərdim, ilk diskvalifikasiya var. Bu, Kanadanın Baş naziridir. Prezident Trampın onun barəsində dediyi cəmi bir kəlmə kifayət etdi ki, o, istefa versin.
Bu, yalnız müəyyən siyasi proseslər səbəbindən baş vermədi. Bu, ona görə baş verdi ki, bəzi Qərb liderləri Prezident Trampa qarşı çox ədalətsiz idilər və sözsüz ki, onlar narahatdırlar, indi onların buna görə cavabdeh olmasının vaxtı gəlib çatıb. Bu, mənim fikrimdir. Ola bilsin mən yanılıram. Lakin mən ABŞ-da dəyişikliklə bağlı narahat olmaq üçün başqa ciddi səbəb görmürəm. Düşünürəm ki, dünya daha təhlükəsiz ola bilər. Prezident Trampın ilk prezidentliyi dövründə ABŞ heç bir müharibəyə başlamadı. Əgər ABŞ-ın ən azı bir neçə onilliklər ərzində tarixinə nəzər salsaq, bu, nadir bir təcrübə idi. Azərbaycana gəlincə, biz əminik və nikbin fikirdəyik.
Aparıcı: Siz, sözsüz ki, müşahidəçi kimi Çinlə ABŞ arasında qarşılıqlı əlaqələri necə görürsünüz? Cənab Trampın ABŞ-ın 47-ci prezidenti kimi andiçmə mərasimindən əvvəl Çin və ABŞ prezidentləri telefonla danışdılar. Onlar dünyanın təhlükəsizliyi və inkişafı naminə necə əməkdaşlıq edə biləcəkləri barədə danışdılar. Dünyanın böyük iqtisadiyyatına malik iki ölkəsi arasında qarşılıqlı əlaqələri necə görürsünüz?
Prezident İlham Əliyev: Bəli, bu, dünya üçün çox yaxşı bir xəbər idi ki, Çin və ABŞ rəhbərləri yenidən təmasdadırlar.
Aparıcı: Siz onların ikisini də kifayət qədər yaxşı tanıyırsınız?
Prezident İlham Əliyev: Sədr Sini daha yaxşı tanıyıram, çünki onunla dəfələrlə görüşmüşəm. Prezident Trampla rəsmi görüşüm olmayıb, sadəcə, bir-birimizin əlini sıxmışıq. Bununla belə, bu, dünya, dünya iqtisadiyyatı, sabitlik üçün yaxşı bir işarə, siqnaldır. Çünki Çin və ABŞ dünyanın iki ən böyük iqtisadiyyatına malik aparıcı ölkələrdir. Əlbəttə ki, müxtəlif məsələlərdə onların arasında konsensusun olması, qarşıdurmanın deyil, əməkdaşlığın olması sözsüz ki, bütün ölkələrin xeyrinə olacaq. Ona görə də biz həmin telefon danışığı barədə xəbər aldıqda bundan məmnun olduq. Ümidvarıq ki, bu sıx tərəfdaşlıq prosesi davam edəcək.
Aparıcı: Xatırlayıram ki, bir neçə il bundan əvvəl, elə Dünya İqtisadi Forumunda mən, Cənab Prezident, Sizin Orta Dəhlizin potensialı barədə ətraflı şəkildə danışdığınız panel sessiyaya moderatorluq etmək şərəfinə nail olmuşdum. Həmin ili xatırlayırsınız, elə deyilmi?
Prezident İlham Əliyev: Bəli, əlbəttə.
Aparıcı: Siz region və region hüdudlarından kənar siyasi və biznes liderləri ilə birlikdə idiniz.
Prezident İlham Əliyev: Bəli.
Aparıcı: İllər keçdi və bu, baxışdan reallığa çevrilir.
Prezident İlham Əliyev: Doğrudur.
Aparıcı: Sizinlə yanaşı, bir çox tərəfdaşlarınız, o cümlədən Çin bu yolun əhəmiyyətini daha da artırdı. Orta Dəhlizin əhəmiyyəti Sizcə nədədir? Çin və sözsüz ki, digər tərəfdaşların da iştirakı ilə bu, bir növ regionu canlandırıb. Bu, parçalanmadan narahat olan dünyaya necə alternativ təklif edir?
Prezident İlham Əliyev: Bəli, bu, sözsüz ki, alternativ təklif edir. Bu, biznes imkanlar təmin edir. Çünki Azərbaycanın Orta Dəhlizlə bağlı mövqeyi, sadəcə, tranzit ölkəsi olmaq və tranzitdən ödənişlər almaqdan ibarət deyil. Bizim hədəfimiz özəl sektora bundan faydalanmağa kömək etmək üçün dəhlizin keçdiyi Azərbaycan ərazisində müəssisələr yaratmaqdır. Əlbəttə ki, sizin istinad etdiyiniz paneldən bəri bu sahədə, o cümlədən Çin-Azərbaycan münasibətlərində bir çox hadisələr baş vermişdir. Artıq qeyd etdiyimiz kimi, biz strateji tərəfdaşıq, lakin, eyni zamanda, Orta Dəhlizin Azərbaycan seqmentinin infrastrukturu təkmilləşdirilmişdir. Hazırda biz görürük ki, bu təkmilləşdirilmiş infrastruktur gələcək 3-5 il üçün kifayət etməyəcək.
Aparıcı: Bəli, mən görürəm, Sizin həmişə yeni məqsədləriniz var.
Prezident İlham Əliyev: Bəli, elədir ki, var. Çünki bizim hədəfimiz ticarət limanında 15 milyon ton yükaşırma qabiliyyətinə malik olmaq idi və bu da onilliklər ərzində yetərli olardı. Lakin indi biz ola bilsin ki, növbəti 5-6 ildə 25 milyon ton yük qəbul etməyi gözləyirik. Beləliklə, biz hazırda dəniz ticarət limanımızın və dəmir yolu infrastrukturumuzun genişləndirilməsini maliyyələşdiririk.
Biz Mərkəzi Asiyada bağlantı layihələrinin də əsasən Çin hökuməti tərəfindən maliyyələşdirildiyini bilirik. Xəzər dənizinə digər bir marşrut Azərbaycana gedən digər marşrutdur və biz buna mütləq hazır olmalıyıq. Əminəm ki, Sədr Si Cinpinin “Bir kəmər, bir yol” təşəbbüsü bütün ölkələr üçün əlavə imkanlar yaradacaq. Bir daha söhbət bağlantıdan, biznes imkanından, sabitlik və təhlükəsizlikdən gedir. Çünki biz hamımız bir-birimizdən asılı oluruq. Bizi birləşdirən vacib infrastruktur layihələri var. Bu, ölkələr arasında həm ikitərəfli, həm də çoxtərəfli əlaqələr istiqamətində bir sıra məsələlərin həlli üçün yaxşı bir mühitdir.
Aparıcı: Çin yaşıl texnologiya sahəsində sürətlə inkişaf edir və əlbəttə ki, öz təcrübəsini dünya ilə bölüşür. Mən onu da anlayıram ki, Sizin çox aktiv yaşıl gündəliyiniz var. Məsələn, Çinlə birlikdə müəyyən elektrik stansiyalarının üzərində iş gedir. Zəngin qazıntı enerji növlərinə malik olan ölkənizin, iqtisadiyyatınızın yaşıl enerjiyə baxışı necədir?
Prezident İlham Əliyev: Hesab edirəm ki, qazıntı enerji növlərinə malik olan ölkələrin məsuliyyəti əldə etdikləri gəlirləri yaşıl texnologiyaya və yaşıl enerjiyə investisiya etməkdən ibarətdir. Biz məhz bunu edirik. Biz investorlar üçün yaxşı investisiya mühitini yaratdıq. Bizim 2027-ci ilə qədər olan hədəfimiz 2 giqavat həcmində Günəş və külək elektrik enerjisini hasil etməkdir. 2030-cu ilə qədər isə bu hədəf 6 giqavatdır. Bu, Azərbaycanda enerji sahəsində bir inqilab olacaqdır. Onu da qeyd etmək istəyirəm ki, bu layihələrə sərmayə yatıran xarici şirkətlər olan investorlar, o cümlədən Azərbaycandan olan yerli şirkətlər Çin texnologiyasından istifadə edirlər. Günəş panelləri Çində istehsal olunur. İndi bizim heyətlərimiz enerjinin tədarükü imkanları üzərində işləyirlər və biz ən yaxşı batareyaların Çində istehsal olunduğunu müəyyən etmişik. Mən bu möhtəşəm uğur münasibətilə Çin istehsalçılarını təbrik edirəm. Çünki burada söhbət məhsulun keyfiyyəti və qiymətindən gedir. Heç kim bu rəqabəti apara bilmir.
Aparıcı: Bu, xüsusilə Qlobal Cənub ölkələri üçün vacibdir.
Prezident İlham Əliyev: Bəli. İndi Çin şirkətləri təkcə xidmət və texnologiyaların təmin edilməsində yox, həmçinin Azərbaycana investisiya yatırmaqda maraqlıdırlar və bu proses artıq gedir. COP29-da biz Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizinin dibi ilə enerji kabelinin çəkilməsi barədə bir müqavilə imzaladıq. Beləliklə, biz Mərkəzi Asiya ilə Azərbaycanı və potensial olaraq Çini enerji kabeli ilə bir-biri ilə bağlayacağıq. Digər bir layihədə belə bir kabel xətti Qara dənizin dibi ilə Azərbaycandan Avropaya uzanacaq.
Bu, növbəti bir bağlantı layihəsidir. Bu, yaşıl enerji üçün bir dəhlizdir və onun nəhəng potensialı var. Çünki Azərbaycanın külək və Günəş enerjisi potensialı artıq bəllidir və bu, bizim təsəvvürə gətirə biləcəyimizdən qat-qat artıqdır. Beləliklə, bizə bazarlar, texnologiya və əməkdaşlıq lazımdır. Çünki qonşu ölkələr arasında əməkdaşlıq olmadan bu layihələrin icrası mümkün deyil. Beləliklə, potensial buradadır və siz qeyd etdiyiniz kimi, Azərbaycan yaşıl keçiddə çox fəal rol oynayır.
Aparıcı: Bu necə olur, prosesin hər bir mərhələsində Azərbaycan və Çin bir-biri ilə təmasda olur. Bu heyrətamizdir, elə deyilmi?
Prezident İlham Əliyev: Bəli.
Aparıcı: Hər iki ölkə həmişə bir-birini öz planlarına daxil edir.
Prezident İlham Əliyev: Bu, həqiqətən də ciddi geosiyasi sinerjiyə çevrilib.
Aparıcı: İndi qeyd edilmiş strateji tərəfdaşlıq hər şeyi təkmilləşdirir.
Prezident İlham Əliyev: Bəli, elədir ki, var. Həmçinin bu yaxınlarda biz Çin vətəndaşlarını viza almaq tələbindən azad etdik. Beləliklə, indi Çin vətəndaşları heç elektron viza üçün də müraciət etmək məcburiyyətində deyillər. Ümidvarıq ki, tezliklə Azərbaycan vətəndaşları da bu fürsətdən yararlanacaq. Beləliklə, bu, turistlərin sayını, xalqlar arasında təmasları artıracaq və əlbəttə ki, ictimai diplomatiya öz rolunu oynayacaq. İndi biz rəsmi diplomatik kanallardan istifadə edirik - siyasi, iqtisadi, ticari, investisiya, bağlantı. Lakin ictimai diplomatiya buna çoxlu töhfə verəcəkdir.
Aparıcı: Sonda iki sualım var. Birincisi, Çin iqtisadiyyatı ilə bağlıdır. Bildiyiniz kimi, cənab Prezident, Azərbaycan və Çin xüsusilə iqtisadi-ticari sahədə bir-biri ilə sıx əməkdaşlıq edirlər. Çin iqtisadiyyatı keçid dövrünü yaşayır. O, yeni inkişaf nöqtələrini axtarır və eyni zamanda, böyük potensiala malikdir. Çin iqtisadiyyatının cari vəziyyəti haqqında nə düşünürsünüz və Qlobal Cənub iqtisadiyyatı olaraq Siz Çində bu iqtisadiyyatın xüsusiyyətində nəyi görürsünüz?
Prezident İlham Əliyev: Mən bildiyimə görə, - mən yeni planlar haqqında dərindən məlumatlı deyiləm, lakin bizim müşahidə etdiklərimizə əsasən, - Çin iqtisadiyyatı çox sabitdir və bu, qlobal iqtisadiyyatın mühüm bir amilidir. Qazıntı enerji növləri üzrə sabit qiymətlərə ehtiyacı olan Azərbaycan kimi ölkə üçün Çin iqtisadiyyatı da mühüm bir amildir. Çin iqtisadiyyatı sürətlə inkişaf etdikcə, qazıntı enerji növünə olan tələbat daha da artır. Odur ki, biz Çin iqtisadiyyatının həmişə inkişaf etməsi nöqteyi-nəzərindən maraqlıyıq. Lakin bu, asan deyil. Çünki iqtisadiyyatınız ildən-ilə artdıqca, müəyyən bir təməl həcmə nail olunur və ondan sonra iqtisadiyyatın artırılmasına davam etmək o qədər də asan olmur.
Aparıcı: Gözləntilər də çox böyük olur.
Prezident İlham Əliyev: Bəli, gözləntilər çox böyükdür. Lakin mən əminəm ki, istedadlı Çin xalqı bir həll yolunu tapacaqdır. Əminəm ki, onlar artıq yeni inkişaf nöqtələrinə çatıblar, çünki sizin ölkəniz texnologiyada liderdir və Azərbaycanda bir çox Çin şirkətləri öz xidmətlərini və texnologiyasını təmin edir. Bizim indicə müzakirə etdiyimiz kimi, yaşıl texnologiya sahəsində heç kim sizinlə rəqabət apara bilməz. Dünyanın müxtəlif yerlərindən olan, müxtəlif şirkətləri təmsil edən investorlarımız bu tutumları quraşdırmaq üçün Çin texnologiyasını seçirlər.
Aparıcı: Cavabınız üçün təşəkkür edirəm. Son sualım. Deyə bilərəm ki, dünya çox sürətlə dəyişir. Lakin cənab Prezident, hər dəfə Sizinlə danışanda mənə elə gəlir ki, ölkəniz çox güclü təməl üzərində dayanıb. Mənə maraqlıdır, bu, təkcə özünüz barədə yox, bu gün olan liderlik haqqında nəyi bildirir? Xüsusilə bütün bu dəyişikliklərin baş verdiyi bir vaxtda.
Prezident İlham Əliyev: Liderlik, əlbəttə ki, böyük bir məsuliyyətdir və ən önəmlisi ondan ibarətdir ki, lider həmişə öz xalqına, öz əhalisinə münasibətdə ədalətli olmalıdır. Heç vaxt xalqına yalan danışmamalısan və xalq bunu yüksək qiymətləndirəcək. Bəzən müəyyən siyasi səbəblər üzündən hakimiyyətə can atan liderlər çoxlu vədlər verir və sonra onları yerinə yetirmir və bu da məyusluğa, inamsızlığa gətirib çıxarır. Bu, dünyanın müxtəlif yerlərində siyasi böhrana gətirib çıxarır.
Lakin bizə gəldikdə, iyirmi ildən artıq müddət ərzində mən həmişə Azərbaycan xalqına həqiqəti söyləmişəm. Bu həqiqətin müsbət və ya mənfi olmasından asılı olmayaraq. Həmişə xalqıma biz ədaləti bərpa edəcəyik söyləmişəm və xalqım da mənə inanıb. 17 il hakimiyyətdə olandan sonra biz, nəhayət, vəd etdiklərimizi yerinə yetirdik və suverenliyimizi, ərazi bütövlüyünü və ləyaqətimizi bərpa etdik. Beləliklə, ictimaiyyətin dəstəyini əldə etmək istəyən liderlərə məsləhətim o olardı ki, həmişə həqiqəti söyləyin və beynəlxalq təzyiqdən, beynəlxalq mediadan asılı olmayaraq, haqqınızda nə dediklərindən, sizi necə adlandırdıqlarından, sizi necə təhqir etmələrindən asılı olmayaraq, ölkəniz üçün doğru olanı edin. Beləliklə, siz özünüz və ölkəniz uğur qazanmış olacaqsınız.
Aparıcı: Təşəkkür edirəm, cənab Prezident. Bildiyiniz kimi, bu il Dünya İqtisadi Forumundan dərhal sonra Çin Yeni İli qeyd olunacaq. İstərdim ki, Siz öz çinli dostlarınıza və böyük Çin xalqına bu münasibətlə ürək sözlərinizi deyərək, bizi bu şərəfə nəsib edəsiniz.
Çin Yeni İlidir, ona Bahar bayramı da deyilir. Bu il ilan ilidir və insanlardan çevik olmasını tələb edir. Bu, bir ənənədir.
Prezident İlham Əliyev: Mən Çin xalqını Çin Yeni İli münasibətilə təbrik etmək və bütün dostlarımıza tərəqqi, sülh, sabitlik və səadət arzulamaq istəyirəm. Çin və Azərbaycan 6-7 ay bundan əvvəl strateji tərəfdaş oldular. Bu, hətta bundan daha da yaxşı dost olmaq üçün bizim qarşılıqlı iradəmizi nümayiş etdirən yüksəksəviyyəli tərəfdaşlıqdır. Fürsətdən istifadə edərək, çinli dostlarımızı Azərbaycanı ziyarət etməyə dəvət edirəm. Onlara bunu etmək üçün artıq viza tələb olunmur. Sadəcə, bilet alıb gələ bilərlər və Azərbaycanın necə inkişaf etdiyini görə bilərlər və özlərinə yeni dostlar qazana bilərlər. Əminəm ki, xalqlararası təmaslar ölkələrimizi və xalqlarımızı bir-birinə daha da yaxın edəcək. Yeni İliniz mübarək olsun!
Aparıcı: Çox sağ olun, cənab Prezident. Ümid edirəm ki, bu il Azərbaycan xalqı üçün də möhtəşəm bir il olacaqdır.
Prezident İlham Əliyev: Çox sağ olun.
Aparıcı: Çox sağ olun.
Xəbərin oxunma sayı : 991
Müsahibə
Xəbərlər
-
ABŞ müttəfiqlərinə xəbərdarlıq etdi: Etibarlı təchizat üçün xərclər artırılmalıdır
-
İcarə verən və icarəçinin vəzifələri haqda - Yeni Qanun
-
Şahbaz Şərif Trampa təşəkkür etdi: İkinci görüşdə “Sülh Sazişi“ imzalana bilər
-
Azərbaycan qanunvericiliyindən “lizinq“ anlayışı çıxarılır - SƏBƏB
-
Bu şəxslər təkrar mənzil tələb edə bilməz - Ali Məhkəmədən vacib qərar
-
Faizlərdən ən çox və ən az pul qazanan banklar hansılardı? - Siyahı
-
Azərbaycanla Ermənistan arasında artıq de-fakto sülh var - Prezident
-
Barat Yusubov vəzifəsindən azad edildi - AÇIQLAMA
-
YAP-ı MSK-da təmsil edəcək namizədlərin siyahısı - FOTO
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - FOTOLAR
-
Bu xəstəxananın direktoru işdən çıxdı - TƏBİB-də dəyişikliklər genişlənir
-
Solovyov İtaliya baş nazirini təhqir etdi - Diplomatik qalmaqal yarandı
-
Ağ Ev İranla bağlı razılaşma üçün Müctəba Xameneinin cavabını gözləyir - “Axios“
-
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - FOTOLAR
-
Gəncə İcra Hakimiyyətində araşdırma aparılır - 10 milyon manatdan çox artıq ödəniş...
-
Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR
-
“Nəbz” klinikasında Vüqar Səfərov necə həkim kimi çalışır? - Asiman Həsənovun əli ilə….
-
“Dəniz blokadası ləğv edilərsə, İranla razılaşma olmayacaq“ - Tramp
-
Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? - Tam siyahı
-
Macar Avstriya-Macarıstan imperiyasını siyasi xəritəyə qaytarmaq istəyir - “Politico“
-
Paytaxt bazarlarında məhsullar ucuzlaşdı - VİDEO
-
“İran limanlarının blokadası müharibə aktıdır” - Əraqçi
-
“Esmanur“ uşaq bağçasında keyfiyyətsiz qidalar verilir? - VİDEO
-
Doğumun ən az və çox olduğu bölgələr - SİYAHI
-
Sənəd dəyişdirildi, evlər satıldı - VİDEO
-
“Real” sabiq baş məşqçisi ilə əlaqə saxladı - Geri qayıdarsan?
-
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
-
Azərbaycan enerji və bağlantı sahəsində mühüm tərəfdaş olaraq qalır - Kallas
-
“Bu il Azərbaycanda iqtisadi artım 2%-dən yüksək olacaq“ - “Fitch Ratings”
-
NATO Rusiyanın sualtı qayıqlarının aktivliyinin artmasından narahatdır - “Bloomberg“
-
Suraxanıda iri çuxurlar avtomobillərin hərəkətini çətinləşdirdi - VİDEO
-
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
-
“Hamı cəbhə üçün çalışmalıdır” - Putin “müharibəyə davam” deyir
-
“Dünyanın ən gözəl qadını“ seçildi - Bu 43 yaşlı aktrisadı
-
Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı - 223 minlik dələduzluq işi
-
Latviya Prezidenti Azərbaycana səfərə gəldi - FOTOLAR
-
“Mən İranın bombalanmasını gözləyirəm, ABŞ ordusu bunu etməyə hazırdır“ - Tramp
-
DİN və DSX birgə əməliyyat keçirdi - ANBAAN VİDEO
-
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı - 1,4 milyon dollara düşüb
-
Nazirdən icbari tibbi sığorta ilə bağlı mühüm - Açıqlama
-
Aysunun Rusiyada toy qiyməti: 6 min dollar, əlavə biznes-klass təyyarə bileti və hotel xərcləri….
-
3 ayda 7738 cinayət qeydə alınıb - 85,9 faizinin üstü açılıb
-
“Atlant”ı satsınlar, bizim pullarımızı ödəsinlər! - Zərərçəkənlər tələb edir
-
Maşınların sığorta qaydası dəyişir - “bonus-malus“ sistemi ləğv edilir, əvəzində... - DETALLAR
-
İstehlak kreditlərinin yarıdan çoxu 3 bankın payına düşüb - SİYAHI
-
Bu şəxslər də güzəştli ipoteka kreditindən yararlana biləcək - FƏRMAN
-
Metrodakı hadisəyə görə 2 nəfər xəstəxanaya yerləşdirildi - 9 nəfər isə...
-
Prezident məhkəmə hakimləri barədə fərman verdi - Güzəşt olunacaq
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nazirdən yetkinlik yaşına çatmayanlarla bağlı tələb - DİN-də kollegiya iclası keçirilib
-
Hadisə baş verən anda xətdə 30 qatar olub, 4-ü tuneldə qalıb - Metropoliten
-
Tehran və Vaşinqton arasında nələr razılaşdırılıb? - Detallar məlum oldu
-
“Qətər-Türkiyə-Avropa qaz kəməri layihəsi bahalı və risklidir“ - KİV
-
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb - RƏSMİ
-
Avropadan İsrailə zərbə - Üç ölkə Aİ ilə assosiasiya sazişinin dondurulmasını təklif edir
-
“Hacı Mazan“nın cinayət işi açılan “Sirr-M“ MMC-si batır? - 200 minlik borc
-
Bu ölkədən Azərbaycana yırtıcı quşlar gətirilib - 238 manata
-
Ən çox bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
-
Valideynlərə xəbərdarlıq: Cərimələnəcəksiniz
-
Ağ Evdə kadr dəyişiklikləri: ABŞ əmək naziri istefa verir
-
Prokurorluq sorğu verdi - Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclas keçirdi
-
Sumıya çoxsaylı PUA hücumu - Xeyli sayda yaralılar var
-
Əhməd Əhmədov azadlığa buraxılıb? - Baş Prokurorluqdan açıqlama
-
“İrana milyardlarla dollar pul göndərilib“ - Tramp
-
Bakı metrosunun bütün stansiyalarına giriş müvəqqəti məhdudlaşdırılıb - Nasazlığa görə
-
AFFA-dan “Neftçi”yə ağır cərimələr - Baş məşqçisi cəzalandı
-
Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? - VİDEO
-
FHN 7 ədəd avtomobil alır - 471 min manat ödəyəcək
-
ABŞ nümayəndə heyəti İranla danışıqlar üçün bu gün Pakistana gedəcək - CNN
-
Milli Məclisin iclası başladı: 8 məsələyə baxılacaq
-
İcra başçısı Müstəqim Məmmədov bank müdiri ilə görüşü - Tənqid olundu
-
Şuşada 7 binanın tikintisinə 29 milyon manat ayrıldı - Şirkətin vergi borcu var
-
Azərbaycan neftinin qiyməti bahalaşdı - Qara qızıl 110 dolları ötüb
-
“İran blokada səbəbindən gündə 500 milyon dollar itirir“ - ABŞ Prezidenti
-
Bakıda nəhəng layihə: Metro xəttinin altından avtomobil yolu keçəcək
-
Protein batonlarını sevənlərə xəbərdarlıq: Sağlamlıq üçün potensial risklər var
-
ABŞ-nın təhdidləri fonunda danışıqlar qəbuledilməzdir - Qalibaf
-
Böyük Qayıdış davam edir - Ağdam şəhərinə daha 92 ailə yola salınıb
-
Bu qeyri-filiz faydalı qazıntı yataqları “AzerGold“a verildi - FƏRMAN
-
70 kq qızılla saxlanılan polkovnik-leytenantın - 7 il həbsi tələb edildi
-
Mərci Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - Siyahı
-
Dövlət Gömrük Komitəsinə yeni səlahiyyət verildi - SƏRƏNCAM
-
Sovet vaxtı mən müxalifətçi idim - Aleksandr Lukaşenko
-
Mərkəzi Bank yeni məzənnəni açıqladı - Dolların kursu dəyişmədi
-
Həmkarlar İttifaqı ömürlük müavinəti niyə kəsib? - Rəsmi açıqlama
-
Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırıldı - ETİRAZ
-
“Ermənistan KTMT-dəki fəaliyyətini bərpa etməyəcək” - Paşinyan
-
Pentaqonda ordu daxilində gərginlik davam edir - ABŞ nəşri detalları açıqladı
-
Oğuzda qızılağaclar kəsildi: Saxlanılanlar var (FOTO)
-
Livan və İran ətrafında gərginlik artır - Atəşkəsə baxmayaraq qarşılıqlı hücumlar başlayıb
-
Mehdiyevlərin şirkəti maliyyə hesabatını açıqladı -10 milyon manat gəlir
-
Beyləqanda suvarma ilə bağlı tədbirlər görülür - Fotolar
-
AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır
-
Ucarda 15 yaşlı qız ana olub - Cinayət işi açıldı
-
Musiqiçi azyaşlının həyatını təhlükəyə atdı - VİDEO
-
“Ermənistanla sülh sazişi Türkiyədə imzalana bilər” - Numan Kurtulmuş Simonyana nə təklif edib?
-
İrandan xiyar idxalı 16% artıb - Marketlərdə dəfələrlə baha satılır
-
Şimşək, intensiv yağış, dolu - Sabahın havası
-
“Neft olacaqsa, kredit də olacaq” - Budapeşt Kiyevə 90 milyardlıq şərti açıqladı
-
263 məktəbin bufetində ciddi sanitar pozuntular qeydə alınıb - Siyahı
-
ABŞ ilə danışıqların növbəti raundunda iştirakla bağlı qərar verilməyib - İran XİN
-
Əhali pulunun yarıdan çoxunu ərzağa xərcləyib - Dərmanlar kəskin bahalaşıb
-
9-cu sinif şagirdləri imtahan verəcək - Bu tarixdə
-
“AtaSığorta” ləğv edilir - Portfeli “Atəşgah“ sığortaya ötürülüb
-
“İran müharibəsi neftin qiymətini 100-115 dollar səviyyəsində saxlaya bilər“ - “Goldman Sachs”
-
Ceyhun Bayramov 82-ci sessiyaya sədrlik edib - Bakı-Banqkok Bəyannaməsi qəbul olunub (FOTO)
-
“Azərpoçt”un rəhbəri vəzifəsindən getdi - Yeni təyinat - FOTO
-
Tehran İran gəmisini saxladıqdan sonra ABŞ hərbi gəmilərinə zərbə endirib - “Tasnim“
-
“Bir maşın soğanı çölə tökməyə məcbur oldum“ - VİDEO
-
Prezident BMT komissiyasının sessiya iştirakçılarına müraciət etdi - MƏTN
-
ABŞ İran gəmisini vurdu - Oman körfəzində
-
Yayda meyvə-tərəvəzlər bahalaşa bilər - VİDEO
-
Bayramov Tailandın Baş naziri ilə görüşdü - FOTOLAR
-
Taksi sürücüləri sərnişinləri harada mindirib-düşürməlidir? - VİDEO
-
Günay İbrahimli arıqlamağı ilə diqqət çəkdi - FOTOLAR
-
İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib - İRNA
-
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
-
Bakıda qızıl qiymətinə, 2 milyon manata olan torpaq qiymətləri - VİDEO
-
Kanalizasiya xətlərini təmir etdilər, asfalt qatının bərpası saxladılar - VİDEO
-
Azyaşlı övladı üçün dövlət xəstəxanasında genetik analizlər yoxdur, özəldə isə bahadır - VİDEO
TOP 10
ARXİV






