“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Araik və digərlərinin apellyasiya məhkəməsi: Prokurorların çıxışları davam edir

Tarix 27.07.26, 19:18

Font ölçüsü : - / +
bitmap-img6


İyulun 27-də Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib.

AzFakt.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın (ehtiyat hakim Əli Məmmədov) iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslərin hər biri bildikləri dillərdə - erməni və rus dillərində tərcüməçi, habelə müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin edilib.

Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin şöbə prokurorları Anar Ələkbərov və Sevinc Qasımova iştirak ediblər

Məhkəmə iclası dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə davam etdirilib.

Dövlət ittihamını müdafiə edən prokurorlar - Abbas Abbaslı, Anar Ələkbərov və Sevinc Qasımova bildiriblər ki, cinayət işi üzrə ittiham olunan digər təqsirləndirilən şəxslər kimi Bako Sahakyan, David Manukyan, David Babayan, Davit İşxanyan, Levon Mnatsakanyan, Madat Babayan və Melikset Paşayanın da Ermənistan tərəfindən Azərbaycan Respublikasına qarşı yönəlmiş təcavüzkar müharibə və cinayətkar birliyin fəaliyyətində iştirakları birinci instansiya məhkəməsində araşdırılmış sübutlarla təsdiqlənib.

Dövlət ittihamçıları qeyd ediblər ki, təqsirləndirilən şəxslər sülh və insanlıq əleyhinə, müharibə cinayətləri, habelə, suveren ərazilərimizin işğalı, silahlı birləşmələrin təşkili və təminatı, Azərbaycana qarşı düşmənçilik fəaliyyətinin təşviqi, terror, mina partlayışları, mülki şəxslərə qarşı müxtəlif cinayətlər və digər qanunsuz əməlləri törətməkdə təqsirləndirilirlər.

Həmçinin vurğulanıb ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamlar cinayət işinin ibtidai istintaqı zamanı toplanmış, eləcə də məhkəmə baxışı zamanı təqdim və tədqiq edilmiş şahid ifadələri, ekspertiza rəyləri, ifadələr, çoxsaylı istintaq hərəkətləri protokolları, sənədlər və digər dəlillərlə təsdiqlənib.

Məhkəmənin növbəti iclası iyulun 28-də keçiriləcək.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin 2026-cı il 5 fevral tarixli hökmünə əsasən, Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Arkadi Qukasyan və Bako Sahakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər.







Xəbərin oxunma sayı : 268




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap