“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Azərbaycan su ehtiyatlarına görə son, istifadəyə görə ilk sıralardadır - Siyahı

Tarix 27.07.26, 18:30

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda adambaşına düşən bərpa olunan daxili şirin su ehtiyatlarının həcmi 800 kubmetrə bərabərdir.

Yeniavaz.com BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatlarına istinadən xəbər verir ki, bu, dünya üzrə qeydə alınan orta göstəricidən 6,7 dəfə azdır.

Belə ki, dünyada adambaşına düşən bərpa olunan daxili şirin su ehtiyatlarının həcmi 5 400 kubmetr təşkil edir.
FAO-nun məlumatına görə, dünyada daxili şirin su ehtiyatına sahib olmayan yeganə ölkə Küveyt hesab olunur. Ölkədə çay və göllərin olmaması səbəbindən içməli su tələbatının böyük hissəsi dəniz suyunun duzsuzlaşdırılması hesabına ödənilir.
İkinci yerdə Bəhreyn (3 kubmetr), üçüncü yerdə isə Misir (9 kubmetr) qərarlaşıb. Nil çayına sahib olmasına baxmayaraq, əhalinin çoxluğu səbəbindən Misirdə adambaşına düşən şirin su ehtiyatı olduqca aşağı səviyyədədir.
İlk onluqda həmçinin Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Yəmən, Maldiv adaları, İordaniya, Səudiyyə Ərəbistanı və Sudan yer alır.
Ən çox daxili şirin su ehtiyatına sahib ölkə isə Panama hesab olunur. Panamada adambaşına düşən bərpa olunan daxili şirin su ehtiyatlarının həcmi 31 min 40 kubmetr təşkil edir. Növbəti yerlərdə Rusiya (29 895 kubmetr), Venesuela (28 533 kubmetr) və Mərkəzi Afrika Respublikası (27 658 kubmetr) qərarlaşıb.
Keçmiş SSRİ və region ölkələrində adambaşına düşən bərpa olunan daxili şirin su ehtiyatlarının həcmi aşağıdakı kimi olub:
Rusiya – 29 895 kubmetr;
Gürcüstan – 15 658 kubmetr;
Estoniya – 9 423 kubmetr;
Latviya – 9 014 kubmetr;
Qırğızıstan – 7 015 kubmetr;
Tacikistan – 6 232 kubmetr;
Litva – 5 460 kubmetr;
Belarus – 3 684 kubmetr;
Qazaxıstan – 3 212 kubmetr;
Türkiyə – 2 671 kubmetr;
Ermənistan – 2 310 kubmetr;
İran – 1 435 kubmetr;
Ukrayna – 1 342 kubmetr;
Azərbaycan – 800 kubmetr;
Moldova – 641 kubmetr;
Özbəkistan – 468 kubmetr;
Türkmənistan – 194 kubmetr.

FAO-nun açıqladığı digər bir məlumatda isə qeyd olunur ki, Türkmənistanda adambaşına düşən bərpa olunan daxili şirin su ehtiyatlarının həcmi 194 kubmetr olduğu halda, bu ölkədə il ərzində adambaşın 3 min 631 kub metr şirin sudan istifadə olunur. Türkmənistan şirin sudan istifadəyə görə dünyada ilk sırada yer alır. Türkmənistanın ilk sırada olmasının əsas səbəbi pambıqçılıq üçün yaradılan geniş suvarma sistemləridir. Sovet dövründə inşa edilən kanallar vasitəsilə Amudərya çayının suları quraq əkin sahələrinə yönləndirilib. Eyni zamanda bu siyasət uzun illər ərzində Aral dənizinin ciddi şəkildə kiçilməsinə səbəb olan əsas amillərdən biri hesab olunur.

Onu da bildirək ki, Azərbaycan da dünyada şirin sudan ən çox istifadə edə ölkələr sırasındadır. Azərbaycan adambaşına düşən şirin sudan istifadəyə görə dünyada 7-ci sırda qərarlaşıb. Azərbaycanda adambaşına düşən bərpa olunan daxili şirin su ehtiyatlarının həcmi 800 kubmetr olduğu halda, il ərzində adambaşın 1 285 kubmetr şirin sudan istifadə olunur.

Araşdırma göstərir ki, qlobal şirin su istifadəsinin təxminən 70 faizi kənd təsərrüfatının payına düşür. Bu səbəbdən siyahının yuxarı pillələrində əsasən quraq və ya yarımsəhra iqliminə malik, suvarmaya yüksək tələbatı olan ölkələr yer alır. Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və İran da bu qrupa daxildir.



Xəbərin oxunma sayı : 325




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap