Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Quzu ətinin qiyməti 30 manatı keçdi - Daha da bahalaşacaq?

Tarix 15.11.25, 17:09

Font ölçüsü : - / +
bitmap-img6


Dabaq xəstəliyinin yaratdığı ajiotaj nəticəsində heyvan ətinin qiyməti kəskin bahalaşıb. Son 10 gün ərzində isə qiymətlər sürətlə artmağa başlayıb.

Əvvəl bir kiloqramı 22-23 manata satılan quzu əti hazırda 32 manata təklif olunur. Mal ətinin qiymətində isə 2-3 manat artım var.

Bahalaşma davam edəcək?

Məsələyə münasibət bildirən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli açıqlamasında bildirib ki, bahalaşmanın iki səbəbi var:

"Birinci səbəb odur ki, ölkəmizdə heyvanların sayı ilbəil azalır. Belə olan təqdirdə tələb təklifi üstələyir və bahalaşma davam edir. Üstəlik payız-qış aylarında ət məhsullarına tələbat artıb. Bu da qiymətlərə təsir edən əsas amillərdəndir.

Amma hazırkı bahalaşmanın əsas səbəbi süni əngəllərdir. Məlumdur ki, dabaq xəstəliyi ilə bağlı bölgələrdəki heyvan bazarları bağlanıb. Eyni zamanda heyvanların daşınması da qadağan edilib. Bununla belə Bakıda və digər şəhərlərdə restoran və şadlıq evləri öz fəaliyyətlərini davam etdirirlər. Ət qıtlığından şikayət edən də yoxdur.

Deməli, kimlərsə müxtəlif yollarla yenə də heyvan daşıyırlar. Bu daşıma isə məlum səbəblərdən kifayət qədər baha başa gəlir. Ona görə də ətin qiyməti bu qədər bahalaşır. Bahalaşma ən azı qadağalar aradan qaldırılana qədər davam edəcək". (Bizim.media)



Xəbərin oxunma sayı : 319




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap