Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

“SOCAR”ın “Azneft” İstehsalat Birliyində nə baş verir? - Tofiq Heydərovun Ziba Mustafayevaya məktubu….

Tarix 17.11.25, 21:32

Font ölçüsü : - / +
bitmap-img6


SOCAR-ın tabeliyində fəaliyyət göstərən “Azneft” İstehsalat Birliyində 327 ştat vahidi ləğv edilib. İstehsalat Birliyinin baş direktorunun birinci müavini Tofiq Heydərovun SOCAR-ın vitse-prezidenti Ziba Mustafayevaya ünvanladığı məktubda belə yazılıb.

“Hal-hazırda “Azneft” İstehsalat Birliyinin struktur təsisatlarında işçilərlə görüşlər keçirilərək onlara öz təşəbbüsləri ilə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müraciət edildiyi təqdirdə SOCAR-da nəzərdə tutulmuş müəyyən məbləğdə birdəfəlik müavinətin ödənilməsi ilə bağlı təbliğat-təşviqat işləri aparılır”, – deyə məktubda qeyd edilir.
SOCAR-la tabeliyindəki qurum arasında bu yazışmanı Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı ictimailəşdirib.

Açıklama yok.

O, bildirib ki, ixtisara düşənlər əsasən yaşı 60 və 60-dan yuxarı olan işçilərdir ki, onlara da SOCAR və “Azneft” tərəfindən ciddi psixoloji təzyiqlər göstərilir.
Hüquq müdafiəçisi qeyd edib ki, ərizə yazmaq istəməyən işçilər “imtahan”la hədələnib, onlara imtahandan kəsiləcəkləri halda birdəfəlik müavinətdən məhrum ediləcəkləri bildirilib.
“İxtisarlar, xüsusilə 60+ yaşlı işçilərə qarşı göstərilən psixoloji təzyiqlər insan hüquqlarının kobud pozulması, diskriminasiya və insan sağlamlığına qarşı təhdid kimi qiymətləndirilməlidir”, – deyə Mirvari Qəhrəmanlı vurğulayıb.
Birdəfəlik müavinətlərin ödənilməsi qaydalarına görə, 6 ilədək stajı olanlara orta aylıq əməkhaqqının 7,5 misli, 6–12 il stajı olanlara orta aylıq əməkhaqqının 8 misli, 12–18 il stajı olanlara orta aylıq əməkhaqqının 8,5 misli qədər birdəfəlik müavinət verilməlidir.

18–24 il stajı olan işçilərə orta aylıq əməkhaqqının 9 misli, 24–30 il stajı olanlara orta aylıq əməkhaqqının 10 misli, 30–36 il stajı olanlara orta aylıq əməkhaqqının 11 misli qədər birdəfəlik ödənişlər edilməlidir. Stajı 36 ildən çox olan işçilər isə orta aylıq əməkhaqqının 12 misli qədər birdəfəlik müavinət təyin olunur.
Mirvari Qəhrəmanlı yazır ki, ixtisara düşən bəzi işçilər üçün birdəfəlik müavinət nəzərdə tutulmayıb. Həmin şəxslər son performans dəyərləndirməsində “maksimal” nəticə göstərən işçilər, eləcə də təqaüd yaşı tamamlanmış və ya bu proses dövründə təqaüd yaşına çatacaq əməkdaşlardır.
Qeyd edək ki, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində də kütləvi ixtisarlar başlanıb. Burada əmək müqavilələrinə işçilər arasında təşkil olunan imtahanların nəticələri əsasında xitam verilir.

media-11media-12




Xəbərin oxunma sayı : 172




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap