“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Niyam Salamidən “Hacı Məhərrəm”ə şok ittihamlar: “Həmin kanatı qaynı çəkmişdi...”

Tarix 10.09.26, 18:39

Font ölçüsü : - / +
bitmap-img6


Bir neçə gün əvvəl Şəkidə fəaliyyət göstərən “Şəki yaylası” istirahət mərkəzində baş verən faciə yenidən obyektin sahibi kimi təqdim olunan iş adamı Məhərrəm Novruzovun adını gündəmə gətirib.

“Hacı Məhərrəm” kimi tanınan iş adamının obyektində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində iki nəfərin həyatını itirməsindən sonra müğənni Niyam Salami sosial şəbəkədə onunla bağlı illərdir danışmadığı şok iddiaları açıqlayıb:

“3 ildir ki, ailəmin içərisindən başqa bu haqda danışa bilmirdim. Amma indi danışacağam. 3 ilin mənə verdiyi əzabları nə efirdə, nə də dostlar arasında danışa bilmirdim. Onu Allaha tapşırmışdım. Doğrudan da, “səbr” sözü Allahın adıymış, səbr etdim. Bu gün də  gördüm ki, Hacı adından “zvanya” kimi istifadə edirsə, Allah onun cəzasını verir. Verdiyinə görə danışıram.

Novxanı tərəfdə bir obyektdə çalışırdım. Orada bir il müqavilə ilə işlədim. İkinci ilə keçəndə qış ayında belə 350 adam mənə görə obyektə gəlirdi. İşləyə-işləyə mənə zülm edirdi, hər ay mənim üstümə adam göndərib faiz qaldırırdı. Mən orada sənin üçün fəhlə işləməli idim?

Gedirdi, açıq-saçıq geyinən hansısa yəhudi qadını gətirirdi, deyirdi ki, bu qadın müdirdir. Deyirdim, axı oranı işlədən bizik, bizdən başqa bu qadın kimdir?

Pul işinə də onun adamları baxırdı. Mühasib də düz danışdığına görə məndən sonra işdən çıxarılmışdı”.

Niyam Salami bildirib ki, obyektdən ayrılmaq istəyəndə ona borcların ödəniləcəyi deyilib və bundan sonra həmin borclarla bağlı problemlərlə üzləşdiyini iddia edib:

“Mən dedim ki, istəyirəm çıxım gedim. Həmin yəhudi qadını gətirdi, qoydu mənim yerimə. Mənə başladılar zülm etməyə. Mən oradan çıxmaq istədim. Dedi ki, bu dəqiqə çıxsın. Mən də dedim ki, axı borclar var, onlar ödənilməlidir. Mənə deyildi ki, o borclar ödəniləcək və mən getdim.

Amma gedən kimi də borc üçün gələn bütün şirkətləri mənim üstümə göndərirdilər. Çünki obyekt mənim adıma olduğu üçün bütün borclu olduğumuz şirkətlər mənim üstümə gəlirdi. Onlar hər gün səhər tezdəndən başlayaraq mənə zəng edirdilər”.

Niyam Salami daha bir iddia səsləndirərək ad günü münasibətilə ona ev hədiyyə edilməsi ilə bağlı sənədlər təqdim olunduğunu, lakin sonradan həmin sənədlərin saxta olduğunu öyrəndiyini deyib:

“Hətta işlədiyim dövrdə mənim ad günümdə mənə saxta sənəd gətirmişdi ki, guya “Qurtuluş”da mənə ev hədiyyə edir. Mən onda dedim ki, o hədiyyəni istəmirəm. Dedim ki, evin qiyməti 80 min manatdırsa, onun maya dəyəri olan 40 mini ödəyəcəyəm. Mən də qol çəkdim. Amma sonra bildim ki, bütün sənədlər saxta imiş. Bu cür saxta işlərlə məşğul idi”.

Niyam Salami “Şəki yaylası” istirahət mərkəzində baş verən faciəyə də toxunaraq təhlükəsizlik məsələləri ilə bağlı ciddi ittihamlar səsləndirib:

“İndi də eşidirəm ki, onun Şəkidə açdığı obyektdə faciə baş verib. Bu işi peşəkar insanlar görməli idi. Öz qaynı o kanatı çəkmişdi, peşəkar deyildi. Ona görə də iki insan onun səhlənkarlığı ucbatından faciəli şəkildə ölüb. Çünki nə kanata baxan var idi, nə də nəzarət edən. Pul gözlərini o qədər örtüb ki, hər şeyə pulla baxır.”

Qeyd edək ki, bir neçə gün əvvəl “Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində iki nəfər həyatını itirib.

Mediada yayılan məlumatlara görə, “Şəki yaylası”nın sahibi “Hacı Məhərrəm” kimi tanınan iş adamı Məhərrəm Novruzovdur. Novruzov həmçinin Masazır qəsəbəsində yerləşən “Qurtuluş-93” yaşayış kompleksinin və Novxanıda fəaliyyət göstərən “My Beach” istirahət mərkəzinin sahibi kimi təqdim olunur.

Niyam Salaminin səsləndirdiyi iddialarla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.





Xəbərin oxunma sayı : 211




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap