“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Putin Zelenskidən daha çox sülh sazişi bağlamaq istəyir“ - Donald Tramp

Tarix 13.10.26, 13:16

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenskinin sülhə münasibətini müqayisə edərək, Moskvanın razılaşmaya daha çox meyilli olduğunu iddia edib.

Bunu jurnalistlərin Rusiyanın Ukraynadakı hərbi əməliyyatları davam etdirdiyi halda Putinin niyə güzəştə hazır olduğuna dair sualını cavablandıran Ağ Ev rəhbəri belə deyib: "Hesab edirəm ki, onlar bir saziş bağlayacaqlar. Doğrudan da düşünürəm ki, Putin Zelenskidən daha çox razılaşma əldə etmək istəyir".

Elan etdiyi "enerji atəşkəsi"nin pozulmasına toxunan ABŞ Prezidenti hər iki tərəfin qaydaları pozduğunu vurğulayıb. O, Putinin sülh sazişinə varmaqda maraqlı olduğunu, lakin Volodimir Zelenskinin inandırılmalı olduğunu bildirib.

Buna cavab olaraq Ukrayna Prezidenti Kiyevin enerji infrastrukturuna qarşı hücumların dayandırılması təklifini dəstəklədiyini, lakin Rusiyanın bu şərtə əməl etmədiyini açıqlayıb. Zelenski Trampın açıqlamasından dərhal sonra Rusiya qüvvələrinin Xarkov istilik elektrik stansiyasını hədəf aldığını xatırladıb.

Ukrayna lideri atəşkəsin əldə olunmasının və davamlılığının əsasən ABŞ-nin mövqeyindən asılı olduğunu vurğulayaraq, Vaşinqtonu Moskvaya qarşı təzyiqləri gücləndirməyə çağırıb.



Xəbərin oxunma sayı : 484




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap