“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Sumqayıtda inzibati bina sökülərək yerində yaşayış binası tikilir? - VİDEO

Tarix 13.10.26, 9:35

Font ölçüsü : - / +
bitmap-img6


İnzibati bina sökülərək yerində yaşayış binası tikilir...

Xezerxeber.az-ın xəbərinə görə, Azərbaycan Karlar Cəmiyyəti İctimai Birliyinin nümayəndələri deyirlər ki, Birliyin Sumqayıt şəhəri, 21-ci məhəllədə yerləşən inzibati binası sökülüb və ərazi hasara alınaraq tikinti sahəsinə çevrilib.

Bildirilib ki, təşkilatın nümayəndələri həmin binada daimi fəaliyyət göstərməsələr də, vaxtaşırı əraziyə gəlib-gediblər. Sonuncu dəfə əraziyə baş çəkərkən binanın söküldüyünü və yerində tikinti işlərinin aparıldığını görüblər.

Məsələ ilə bağlı açıqlama verən MTK rəhbəri isə bildirib ki, hazırda 21-ci məhəllədə aparılan işlər sakinlərin müraciətləri əsasında həyata keçirilən layihə çərçivəsində reallaşdırılır. Layihəyə uyğun olaraq ərazinin abadlaşdırılması, istismar müddətini başa vurmuş yaşayış evlərinin sökülməsi və onların yerində müasir yaşayış kompleksinin inşası nəzərdə tutulur.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən “Xəzər Xəbər”ə bildirilib ki, Azərbaycan Karlar Cəmiyyəti İctimai Birliyinin fəaliyyəti üçün qeyri-yaşayış sahəsi artıq müəyyənləşdirilib. Qeyd olunub ki, yaxın günlərdə cəmiyyətin əməkdaşlarının fəaliyyəti və yerləşməsi üçün müvafiq yer təqdim olunacaq.




Xəbərin oxunma sayı : 472




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap