“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“AzerGold”a yeni sədr müavini təyin olundu - O, kimdir?

Tarix 21.09.26, 19:20

Font ölçüsü : - / +
bitmap-img6


“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin üzvü - sədrin müavini vəzifəsinə təyinat olub.

Banker.az-ın məlumatına görə, Ayşəm Qələmiyeva 2026-cı il 15 sentyabr tarixindən “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin üzvü – sədrin müavini vəzifəsinə təyin edilib.

2012–2013-cü illərdə “Alibi Peşəkar Hüquq və Konsaltinq Xidmətləri” Məhdud Məsuliyyətli Cəmiyyətində hüquqşünas vəzifəsində çalışıb.

2013–2016-cı illərdə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətində hüquqşünas və Hüquq şöbəsinin müdir müavini vəzifələrində çalışıb.

2016–2019-cu illərdə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətində Hüquq şöbəsinin müdir müavini, 2019–2024-cü illərdə isə Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb.

2024–2026-cı illərdə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətində müşavir vəzifəsində çalışaraq Hüquq və Daxili nəzarət şöbələrinin fəaliyyətinin təkmilləşdirilməsinə dəstək və nəzarəti həyata keçirib. Eyni zamanda, Cəmiyyət tərəfindən dövlətin təmsil olunduğu Hasilatın Pay Bölgüsü Sazişi üzrə fəaliyyətin təşkilinə məsul şəxs kimi fəaliyyət göstərib.

28 fevral 1989-cu ildə Bakı şəhərində anadan olub. 2006–2011-ci illərdə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsili alıb. 2011–2013-cü illərdə Bakı Dövlət Universitetində beynəlxalq hüquq ixtisası üzrə beynəlxalq hüquq və Avropa hüququ ixtisaslaşması üzrə magistr təhsilini fərqlənmə diplomu ilə başa vurub.



Xəbərin oxunma sayı : 469




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap