“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Hüquq mərkəzinin rəhbərinə ölkədən çıxış qadağası qoyuldu - Vergi borcu

Tarix 21.09.26, 14:48

Font ölçüsü : - / +
bitmap-img6


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi "Məmmədli Hüquq Mərkəzi" MMC-nin rəhbəri Məmmədli Aqşin Azər oğlu barəsində məhkəməyə müraciət edib.

Qaynarinfo-nun əldə etdiyi məhkəmə sənədinə əsasən, müraciət Aqşin Məmmədlinin vergi borcunun ödənilməsini təmin etmək məqsədilə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı olub.

Məhkəmə sənədində göstərilir ki, vergi ödəyicisi olan şəxsin dövlət büdcəsinə 18 033,32 manat, Dövlət Sosial Müdafiə Fonduna isə 0,25 manat borcu yaranıb. Ümumilikdə borcun məbləği 18 033,57 manat təşkil edib. Borcun 13 002,82 manatı vergilər, 5 030,50 manatı isə faizlər üzrə formalaşıb.

Sənəddə “Məmmədli Hüquq Mərkəzi” MMC-nin də adı keçir.

Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən borcun ödənilməsi üçün vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən müvafiq bildirişlər göndərilib. Bildirişlərdə borcun 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi tələb olunub. Lakin məhkəmə sənədinə əsasən, borc həmin müddətdə ödənilməyib.

Məhkəmə araşdırması zamanı vergi borcunun mövcudluğu və onun qanunla müəyyən edilmiş müddətdə ödənilmədiyi müəyyən edilib. Məhkəmə nəticəyə gəlib ki, yaranmış borcun ödənilməsini təmin etmək üçün 1994-cü il təvəllüdlü Aqşin Məmmədli Azər oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanuni əsaslar mövcuddur.

Beləliklə, məhkəmə ərizəni təmin edib və Aqşin Məmmədli Azər oğlunun ölkədən getmək hüququnun vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılmasına qərar verib.



Xəbərin oxunma sayı : 358




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap