“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

MİDA-dan mənzil almaq istəyənlərə mühüm xəbərdarlıq - Müraciət

Tarix 02.09.26, 13:43

Font ölçüsü : - / +
bitmap-img6


Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) güzəştli mənzil əldə etmək istəyən vətəndaşlara müraciət edib.

AzFakt.com xəbər verir ki, qurumun yaydığı məlumatda bildirilib ki, Prezidentin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən, Agentliyin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olan vətəndaşlar mənzil almaq hüququna malikdirlər. Mənzillərin satışında həm ipoteka kreditindən istifadə, həm də şəxsin öz vəsaiti hesabına ödəniş imkanları nəzərdə tutulub.

MİDA istifadəçilərə satış vaxtından ən azı bir saat əvvəl gücləndirilmiş elektron imza vasitəsilə sistemə daxil olmağı tövsiyə edib. Bu, elektron imzanın işlək vəziyyətdə olub-olmadığını əvvəlcədən yoxlamağa imkan verəcək.

Qeyd olunub ki, güzəştli ipoteka krediti hesabına mənzil almaq istəyən şəxslər elektron kabinetlərində “İlkin razılıq qərarı” bölməsini də yoxlamalıdırlar. Onlar agent bankdan aldıqları razılıq qərarını imzaladıqlarına və həmin qərarın mənzil seçimi günü qüvvədə olduğuna əmin olmalıdırlar.

Əks halda həmin şəxslər yalnız öz vəsaiti hesabına ödəniş etməklə mənzil əldə edə biləcəklər.

MİDA, həmçinin elektron kabinetdə bölmələr arasında keçid zamanı istifadəçilərə sistemin öz səhifəsində yerləşən “Geri”, “Əvvəlki” və “Növbəti” düymələrindən istifadə etməyi tövsiyə edib. Brauzerin “Geri” və “İrəli” düymələrindən istifadə edilməsi məsləhət görülmür.



Xəbərin oxunma sayı : 361




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap