“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

ABŞ Kuşnerin Misir səfərinin təfərrüatlarını açıqladı - HƏMAS liderləri ilə görüşmüşdü

Tarix 17.08.26, 10:51

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Prezidentinin kürəkəni və elçisi Cared Kuşner Misirə səfəri zamanı Fələstin HƏMAS hərəkatının rəhbərliyi ilə danışıqlar aparıb.

Bu barədə “Axios” portalı adının çəkilməsini istəməyən mənbələrə istinadla məlumat verib.

Mənbələrin məlumatına görə, Kuşner Misirdə Qəzza zolağındakı vəziyyətlə bağlı bir neçə görüş keçirib.
O, İsrail və HƏMAS hərəkatı arasında dolayı danışıqlarda vasitəçilərlə, HƏMAS liderləri ilə və Sülh Şurasının Qəzza üzrə ali nümayəndəsi Nikolay Mladenovla görüşüb.

Kuşner həmçinin HƏMAS liderləri ilə görüşdə onları tərksilah öhdəliklərini yerinə yetirməyə çağırıb.

Görüşdə HƏMAS-ın siyasi lideri Xəlil əl-Həyya, Misir kəşfiyyatının rəisi Həsən Rəşad, Qətər diplomatı Əli əl-Təvadi və adı açıqlanmayan yüksək vəzifəli türk rəsmisi iştirak edib.

Qeyd edək ki, 9 oktyabr 2025-ci ildə İsrail və HƏMAS Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə sülh planının birinci mərhələsini həyata keçirmək barədə razılığa gəliblər. Növbəti gün Qəzzada atəşkəs qüvvəyə minib. Razılaşmaya uyğun olaraq, İsrail qoşunları Zolağın ərazisinin 50%-dən çoxuna nəzarəti saxlayaraq “sarı xətlər”ə çəkilib.

9 avqust 2026-cı ildə İsrail Sülh Şurasının Qəzza zolağı ilə bağlı planını rədd edib. Baş nazir Benyamin Netanyahu bəyan edib ki, İsrail ordusu HƏMAS tamamilə tərksilah edilənə qədər anklavı tərk etməyəcək.



Xəbərin oxunma sayı : 382




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap