“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Dövlət mülkiyyətinə keçirilmiş nəqliyyat vasitələri hərraca çıxarılır - Qiymətlər

Tarix 17.08.26, 14:19

Font ölçüsü : - / +
bitmap-img6


Sentyabrın 15-də dövlət mülkiyyətinə keçirilmiş iki nəqliyyat vasitəsi gömrük hərracına çıxarılacaq. Hərrac saat 11:00-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) keçiriləcək.

Valyuta.az xəbər verir ki, satışa “MAN” markalı yük nəqliyyat vasitəsi və “Lincoln Aviator” markalı minik avtomobili təqdim ediləcək.

“MAN” markalı yük nəqliyyat vasitəsinin start qiyməti 7 500 manat müəyyənləşdirilib. Hərracda iştirak üçün 375 manat beh və 37,50 manat iştirak haqqı ödənilməlidir.

“Lincoln Aviator” markalı minik avtomobilinin start qiyməti isə 2 250 manatdır. Bu nəqliyyat vasitəsi üzrə beh 112,50 manat, iştirak haqqı isə 11,25 manat təşkil edir.

Nəqliyyat vasitələri “Azərterminalkompleks” Birliyinin “Qırmızı Körpü” gömrük postundakı dayanacağında yerləşir. Məlumatın dərc edildiyi gündən etibarən hərracda iştirak üçün sifariş verən, əmlakın start qiymətinin 5%-i həcmində beh və 0,5% iştirak haqqı ödəyən şəxslərə satışa çıxarılan əmlakla əvvəlcədən tanış olmaq imkanı yaradılır.

Nəqliyyat vasitələri dördüncü dəfə qiyməti 25% aşağı salınmaqla hərraca çıxarılır.



Xəbərin oxunma sayı : 256




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap