“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Türkiyədə yanğınlara görə 44 cinayət işi açıldı - 6 nəfər həbs olundu

Tarix 02.08.26, 19:13

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyənin hüquq-mühafizə orqanları iyunun 1-dən bəri baş verən meşə yanğınları ilə bağlı 44 cinayət işi üzrə istintaq aparır.

AzFakt.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə İstanbulun baş prokuroru Akın Gürlek “X” sosial şəbəkəsində paylaşım edib.

O bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Ədliyyə, Daxili İşlər, eləcə də Kənd Təsərrüfatı və Meşəçilik nazirliklərinin koordinasiyalı fəaliyyəti nəticəsində meşə yanğınları ilə bağlı hüquqi araşdırmalar ardıcıl şəkildə davam etdirilir.

Baş prokurorun sözlərinə görə, respublika prokurorluqları aidiyyəti dövlət qurumları ilə birlikdə yanğınların başvermə səbəblərinin və məsul şəxslərin müəyyənləşdirilməsi məqsədilə bütün sübutları diqqətlə araşdırır.

Akın Gürlek qeyd edib ki, 2026-cı il iyunun 1-dən etibarən Türkiyənin 16 vilayətində baş verən 44 meşə yanğını faktı üzrə istintaq aparılır. Bu işlər çərçivəsində 29 şübhəli müəyyən edilib. Onlardan 6-sı həbs edilib, 9 nəfər barəsində isə məhkəmə nəzarəti qətimkan tədbiri seçilib.



Xəbərin oxunma sayı : 166




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap