“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Köçəryanın toxunulmazlığı ləğv edildi - Cinayət işi açılacaq

Tarix 17.06.26, 19:00

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) Baş Prokurorluğun müraciətini təmin edərək ölkənin ikinci prezidenti, “Ermənistan” (“Hayastan”) blokunun lideri Robert Köçəryanın toxunulmazlığının ləğv edilməsinə razılıq verib.

Bu barədə “Armenpress” agentliyinə Köçəryanın vəkili Aram Orbelyan məlumat verib.

Vəkilin sözlərinə görə, MSK-nın qərarından sonra eks-prezidentə qarşı rəsmi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulması maddələri ilə ittiham irəli sürüləcək:

“Söhbət Köçəryanın prezidentliyi dövründə – 2004-cü ildə hökumət tərəfindən təsdiq edilmiş bir sövdələşmədən gedir. Sözügedən sövdələşmə heç bir şəkildə mübahisələndirilməyib, Robert Köçəryanın və ailə üzvlərinin bununla heç bir əlaqəsi yoxdur. Sonradan, 2008-ci ildə Köçəryan artıq vəzifədə olmayanda, oğlu Sedrak Köçəryan kifayət qədər böyük məbləğ ödəyərək həmin şirkətdən pay alıb. İndi isə bunu birtəhər 2004-cü ilin hadisələri ilə əlaqələndirməyə çalışırlar. Söhbət “Master Klas” tennis kortlarının ərazisindən gedir. Həmin ərazi icarəyə verilibmiş və icarədar orada öz vəsaiti hesabına tikintiyə başlayıb. Lakin 2008-ci ildə maliyyə çətinlikləri yarandığı üçün investor axtarıb və Sedrak Köçəryana təklif irəli sürüb, o da prosesdə payçı kimi iştirak edib”.

Xatırladaq ki, iyunun 7-də Ermənistanda keçirilən parlament seçkilərinin nəticələrinə əsasən, Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” bloku parlamenti keçid baryerini adlayaraq 12 mandat qazanıb. Köçəryan blokun seçki siyahısına başçılıq etdiyi üçün deputatlığa namizəd statusu daşıyırdı. Bu səbəbdən onun cinayət məsuliyyətinə cəlb edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi üçün MSK-nın rəsmi razılığı tələb olunurdu.



Xəbərin oxunma sayı : 427




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap