“Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

Bakıdakı pullu çimərliklərə giriş qiymətləri - SİYAHI

Tarix 16.06.26, 13:07

Font ölçüsü : - / +
bitmap-img6


Dünəndən etibarən ölkəmizdə dəniz mövsümü başlayıb. İnsanlar istirahət üçün Bakıda və Abşeron yarımadasında, Xəzər dənizinin sahilində yerləşən çimərliklərə üz tuturlar.

AzFakt.com "Milli.az"a istinadən bəzi məşhur çimərliklərin giriş qiymətlərini təqdim edir:

"Amburan Beach Club"da giriş haqqı həftəiçi 25 AZN, həftəsonu isə 35 AZN-dir. Qiymətə çimərlik, hovuzlar, şezlonq, çətir və dəsmaldan istifadə daxildir. 9 yaşadək uşaqlar üçün giriş pulsuzdur.

"White Beach Club"da giriş həftəiçi 35 AZN, həftəsonu 50 AZN təşkil edir. Ziyarətçilər çimərlikdən, şezlonq və çətirlərdən, həmçinin duş və soyunub-geyinmə otaqlarından istifadə edə bilirlər.

"Bilgah Beach Hotel"də gündəlik giriş həftəiçi 35-45 AZN-dir. Qiymət günün növünə və mövsümə görə fərqlənə bilər. Bu məbləğə özəl çimərlik, hovuz və istirahət zonalarından istifadə daxildir.

"Dalga Beach Aquapark Resort"da giriş həftəiçi 25-35 AZN, həftəsonu isə 45-50 AZN-dir. Qiymətə çimərlik, hovuz və akvapark xidmətləri daxildir.

"Dream Beach" ən sərfəli seçimlərdən biri hesab olunur. Burada giriş həftəiçi 20 AZN, həftəsonu isə 30 AZN arasında dəyişir.

"Mambo Beach Club"da giriş qiyməti həftəiçi 25 AZN, həftəsonu isə 30 AZN təşkil edir. Qiymətə çimərlik, hovuz və şezlonqdan istifadə daxildir.

"Sea Breeze Beach"də isə giriş haqqı 50 manatdır. Qiymətə dəsmal, bu ərazidəki hovuzlar və çimərlik daxildir. Ziyarətçilər çimərlik, şezlonq və ümumi istirahət zonalarından yararlana bilirlər.

Qeyd edək ki, qiymətlər mövsüm ərzində, xüsusilə həftəsonları və xüsusi tədbirlər zamanı dəyişə bilər. Buna görə də istirahətə yollanmadan əvvəl çimərliklə əlaqə saxlayaraq son qiymətləri dəqiqləşdirmək tövsiyə olunur.



Xəbərin oxunma sayı : 187




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap