“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Azərbaycanda bu şəxslər 20 illik gəlir vergisindən azad edilir

Tarix 17.06.26, 14:24

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda bir sıra şəxslər 2026-cı il iyulun 1-dən 20 il müddətində gəlir vergisindən azad ediləcək.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilən Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qüvvədə olan qanunvericiliyə görə, texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar fəaliyyət göstərən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən vergi ödəyicilərində bu sahə üzrə işləyən mütəxəssislərin muzdlu işdən əldə edilən aylıq gəlirlərindən 2026-cı il yanvarın 1-dən 7 il müddətində aylıq gəlirin 5 faizi miqdarında gəlir vergisi tutulur.

Qanun layihəsinə əsasən, texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar fəaliyyət göstərən vergi ödəyicilərinin fəaliyyətinin həyata keçirilməsi məqsədilə cəlb edilən fiziki şəxslərin muzdlu işdən əldə edilən aylıq gəlirlərindən 2026-cı il iyulun 1-dən 20 il müddətində 0 faiz miqdarında gəlir vergisi tutulacaq. Başqa sözlə, iyulun 1-dən 20 il müddətində gəlir vergisindən azad ediləcək.



Xəbərin oxunma sayı : 142




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap