“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

“Qarabağ“ “Almeriya“dan futbolçu aldı - RƏSMİ

Tarix 17.06.26, 23:49

Font ölçüsü : - / +
bitmap-img6


2026/27 mövsümünün transfer çalışmalarını davam etdirən "Qarabağ” növbəti futbolçu keçidini gerçəkləşdirib. 

AzFakt.com xəbər verir ki, bu haqda klub açıqlama yayıb.

Mozambikli müdafiəçi Bruno Lanqanın transferi ilə bağlı İspaniyanın "Almeriya” klubu ilə danışıqlar uğurla yekunlaşıb.

Futbolçu ilə 3 illik müqavilə imzalanıb. 28 yaşlı sol cinah oyunçusu 2029-cu ilin yayına qədər "Qarabağ”da çıxış edəcək. O, 5 nömrəli formanı geyinəcək.

Lanqanın son klubu İspaniya təmsilçisi "Almeriya” olub. O, bu ilin ilk yarısını icarə əsasında Portuqaliya komandası "Eştrela”da keçirib. Lanqa karyerası ərzində ölkəsində "Blek Bullz”, "Maşakene”, Portuqaliyada "Amora”, "Vitoriya”, "Şaveş”, "Eştrela”, Kiprdə "Pafos” və İspaniyada "Almeriya” klublarının formasını geyinib.

Lanqa 2021-ci ildən indiyə qədər Mozambik millisinin heyətində 37 oyun keçirib, 1 qol vurub, 6 məhsuldar ötürmə verib.

Qeyd edək ki, Bruno Lanqa yay transfer pəncərəsində komandamızın dördüncü transferidir. Daha əvvəl Jali Muaddib, Zakaria Savo və Samuel Lobato "Qarabağ”a qoşulub.



Xəbərin oxunma sayı : 223




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap