“Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

İran regionda yeni şərait yarada bilər - Məsud Pezeşkian

Tarix 15.06.26, 19:43

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ ilə İran arasında razılaşdırılan memorandumun bütün bəndləri düzgün şəkildə icra olunarsa, Tehran regionda yeni şərait yarada bilər.

IRIB agentliyi xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.

İran Prezidenti əlavə edib ki, memorandumun təfərrüatları münasib vaxtda açıqlanacaq: "Danışıqlar heyətinin üzvlərinə; böyük səy göstərən Qalibafa (İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf), Əraqçiyə (İranın xarici işlər naziri Abbas Əraqçi), eləcə də Ali Milli Təhlükəsizlik Şurasının üzvlərinə və bu yolda rol oynamış hər kəsə təşəkkür etməyi zəruri hesab edirəm".

İran və ABŞ arasında anlaşma memorandumu layihəsi 14 maddədən ibarətdir. Sənəddə Livan da daxil olmaqla, bütün istiqamətlərdə hərbi əməliyyatların dərhal və daimi dayandırılması tələb olunur. ABŞ-də öz növbəsində qoşunlarını İrana yaxın bölgələrdən çıxarmalı və ölkənin suverenliyinə hörmət etməyi, onun daxili işlərinə qarışmamağı öhdəsinə götürməlidir.

Memorandum həmçinin 30 gün ərzində dəniz blokadasının tamamilə aradan qaldırılmasını və Hörmüz boğazının sərbəst gəmiçilik üçün açılmasını nəzərdə tutur.

Bundan əlavə, sənəd neft satışına sanksiyaların dayandırılmasını, ABŞ-nin yeni məhdudiyyətlər tətbiq etməməsini və danışıqlar zamanı regionda hərbi mövcudluğunu artırmaması öhdəliyini özündə ehtiva edir.

Memorandum ayrıca olaraq, İranın təxminən 24 milyard dollarlıq dondurulmuş səhmlərə çıxışını təmi edilməsini, ABŞ və müttəfiqlərinin İran obyektlərinin bərpasında iştirakını nəzərdə tutur ki, bunun da ümumi dəyəri təxminən 300 milyard dollardır.

Tehran izə öz növbəsində nüvə silahı istehsal etməməyi öhdəsinə götürür. Yekun razılaşmanın 60 günlük danışıqlardan sonra əldə edilməsi gözlənilir.

Radikal "Hizbullah" qruplaşması ABŞ və İran arasında anlaşma memorandumunu dəstəklədiyini bildirərək, bunun Livan da daxil olmaqla, bütün cəbhələrdə hərtərəfli atəşkəsə səbəb olduğunu qeyd edib.



Xəbərin oxunma sayı : 121




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap