“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Seyf əl-İslamın öldürülməsinin təfərrüatları açıqlandı - 18 dəfə atəş açılıb

Tarix 06.02.26, 16:08

Font ölçüsü : - / +
bitmap-img6


Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslamın Əz-Zintan şəhərindəki iqamətgahına hücumun təfərrüatları açıqlanıb.

Bu barədə “Al-Hadath” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, hücum edənlər arasında dörd nəfər olub. İki silahlı cinayətkar birbaşa iqamətgaha hücum edib, daha iki silahlı cinayətkar isə binanın ətrafında keşik çəkib.

“Al Hadath”ın bildirdiyinə görə, hücum zamanı Qəddafinin oğlu telefonla danışıb.Kanal əlavə edib ki, Seyf əl-İslamın silahdaşlarından biri ona hücum barədə məlumat verib.

Seyf əl-İslam evinin yaxınlığındakı bağçada öldürülüb. Lakin cinayətkarlar qaçmağa nail olublar.Telekanalın məlumatına görə, cinayətkarlar müşahidə kameralarını sıradan çıxarıb və mühafizəçiləri zərərsizləşdiriblər.

Cinayətkarların hücum zamanı Qəddafinin oğluna 18 dəfə atəş açdıqları bildirilir.

Hazırda Seyf əl-İslamın cəsədinin yeri məlum deyil.

Qeyd edək ki, Qəddafinin oğlu fevralın 3-də Əz-Zintan şəhərində öldürülüb. Qətl hadisəsi daha sonra  mərhumun vəkili Xalid əl-Zeydi və Liviya Baş Prokurorluğu tərəfindən təsdiqlənib.

Xatırladaq ki, Seyf əl-İslam Müəmmər Qəddafinin on uşağından ikincisidir.



Xəbərin oxunma sayı : 484




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap