“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Xidmətinizdəyəm, mənimlə evlənin” - Epşteynə məktublar yazırmış + FOTO

Tarix 04.02.26, 9:32

Font ölçüsü : - / +
bitmap-img6


Yeni yayımlanan Epşteyn sənədləri göstərir ki, Şahzadə Endryunun keçmiş həyat yoldaşı Sara Ferqyuson 2010-cu ildə milyarder Ceffri Epşteynə “Xidmətinizdəyəm, mənimlə evlənin” sözləri yazılmış bir e-poçt göndərib.

“Qafqazinfo” xəbər verir ki, bu, kral ailəsi ilə Epşteyn arasındakı əlaqələr barədə müzakirələri yenidən gündəmə gətirib.

Sara Ferqyuson və Ceffri Epşteyn arasındakı yazışmalar illərlə davam edib. Mesajlarda Ferqyuson Epşteynə təşəkkürünü bildirir, onun maliyyə və şəxsi dəstəyini qeyd edirdi. 2008-ci ildə uşaq istismarında ittiham olunmasına baxmayaraq, Epşteyn yüksək səviyyəli şəxslərlə, o cümlədən, Ferqyusonla əlaqələrini davam etdirib.

ABŞ Ədliyyə Nazirliyi tərəfindən açıqlanan yeni sənədlər diqqətləri yenidən Britaniya Kral ailəsinin üzərinə çəkib. Sənədlərdə York hersoginyası və Şahzadə Endryunun keçmiş həyat yoldaşı Sara Ferqyuson tərəfindən cinsi cinayətlərdə məhkum edilmiş Epşteynə göndərilən və geniş narazılığa səbəb olan e-poçt ortaya çıxıb.

Sənədlərdə Ferqyusonun 2010-cu ildə göndərdiyi e-poçtda Epşteynə “Mən sizin xidmətinizdəyəm, mənimlə evlənin” yazdığı göstərilib. Mesaj tərif dolu, intim və şəxsi tonla yazılıb.

Sənədlər göstərir ki, Ferqyuson və Epşteyn arasındakı əlaqə birdəfəlik hadisə olmayıb. Mesajlarda Ferqyusonun Epşteynə təşəkkür etdiyi, onun maliyyə və şəxsi dəstəyindən bəhs etdiyi, hətta ailəsi ilə bağlı təfərrüatı da paylaşdığı görünür.

Bu qalmaqallı yazışmalar göstərir ki, Epşteyn 2008-ci ildə uşaq istismarında ittiham olunmasına baxmayaraq, yüksək səviyyəli dairələrlə münasibətlərini davam etdirib. Ferqyusonun Epşteynlə davamlı əlaqəsi suallar doğurub: “Bu qədər yaxın münasibət necə qorunub saxlanılıb?”

Ferqyuson bəzi mesajların təzyiq altında yazıldığını iddia edib, lakin “evlilik” ifadəsinin olduğu elektron poçt müdafiəni bu iddianı əsassız edir.





Xəbərin oxunma sayı : 127




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap