“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Rəsulzadə qəsəbəsində kanalizasiya problemi niyə həll edilmir? - VİDEO

Tarix 04.02.26, 21:59

Font ölçüsü : - / +
bitmap-img6


Su səbəbindən dağılan döşəmə... Evin hər bucağından çıxan çirkab və ətrafa yayılan üfunət...

Xezerxeber.az xəbər verir ki, bura Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Hənifə Məmmədquluzadə küçesi 3D ünvanıdır.

Sakinlərin sözlərinə görə, 1 aya yaxındır ki, evlərində rahat yaşaya bilmirlər. Buna səbəb isə tutulan kanalizasiya sistemidir.

Onlar bildirirlər ki, əvvəllər kanalizasiyada belə problem yaşanan zaman öz vəsaitləri hesabına bunu həll ediblər. Amma hazırkı vəziyyətdə bu mümkünsüz hala çevrilib.

Sakinlər deyirlər ki, məsələnin həlli üçün aidiyyəti qurumlara müraciət etsələr də, nəticəsi olmayıb.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən "Xəzər Xəbər"ə bildirildi ki, tutulmanın qeydə alındığı xəttin üzərində və ətrafında yaşayış evlərinin inşa edilməsi xəttə birbaşa müdaxiləni çətinləşdirir və tutulmanın operativ şəkildə aradan qaldırılmasına mane olur. Eyni zamanda, ərazidəki mövcud şərait texnikanın ünvana cəlb edilməsinə də əngəl yaradır. Buna baxmayaraq, mexaniki vasitələrdən istifadə olunmaqla xətdə açılmanın təmin edilməsi istiqamətində işlər aparılır və hazırda da proses davam etdirilir.






Xəbərin oxunma sayı : 190




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap