“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Xaricdən alış-veriş edənlərin nəzərinə: Gömrükdə dəyişiklik

Tarix 05.02.26, 9:00

Font ölçüsü : - / +
bitmap-img6


İyun ayından etibarən gömrük bağlamalarının bəyan edilməsi yeni qaydalarla həyata keçiriləcək.

AzFakt.com Xəzər TV-yə istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsi "Smart Customs" saytı və mobil tətbiqindən istifadə edən vətəndaşlara müraciət edib. Bildirilib ki, bir neçə aydan sonra xaricdən məhsul sifarişi edən şəxslər elektron ticarət bəyannamələrini artıq identifikasiya nömrəsi (FİN kod) və parol vasitəsilə təqdim edə bilməyəcəklər.

Yeni qərara əsasən, bu xidmətdən yalnız ASAN İmza, SİMA və ya myGov / QR vasitəsilə istifadə etmək mümkün olacaq.

Daşıyıcı şirkətlərin əməkdaşlarının sözlərinə görə, hazırda tətbiq olunan təsdiqləmə prosesi - yəni FİN kod və parol vasitəsilə aparılan bəyannamə - gücləndirilmiş identifikasiya hesab edilmir.

İqtisadçılar isə bildirirlər ki, bu dəyişiklik gömrük və vergi sistemində nəzarətin gücləndirilməsi məqsədi daşıyır.

Dövlət Gömrük Komitəsindən qeyd olunub ki, göstərilən tarixdən sonra malların bəyan edilməsi zamanı problem yaşanmaması üçün vətəndaşlara əvvəlcədən ASAN İmza və ya SİMA elektron imzasını əldə etmələri tövsiyə olunur.





Xəbərin oxunma sayı : 160




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap