“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

“P-Aqro” MMC-nin direktoru Azər Əlizadə ölkədən qaçıb? - Şirkət vətəndaşların borcunu ödəmir

Tarix 05.01.26, 14:42

Font ölçüsü : - / +
bitmap-img6


Şirkətin Beyləqan filialından bildirilib ki, rəhbərliklə əlaqə yarada bilmirik...

Beyləqan rayonunda pambıq əkini ilə məşğul olan vətəndaşların pulunu “P-Aqro” MMC şirkəti ödəmir. Belə ki, yığdıqları məhsulu “P-Aqro” MMC -nin Beyləqan filialına təhvil verən sahibkarlar, 3 aydan çoxdur ki, şirkətdən borclarını ala bilmirlər. Müqavilə şərtlərinə görə məhsulu yığıb təhvil verdikdən sonra, onun pulu 5-10 gün müddətində ödənilməsi nəzərdə tutulsada “P-Aqro” MMC 100 gündən çoxdur ki, vətəndaşlara olan borcunu ödəmək istəmir. 

AzFakt.com-a borcunu ala blməyən sahibkarların bildirdiyinə görə, məsələ ilə bağlı dəfələrlə “P-Aqro” MMC-nin Beyləqan filialına müraciət etməmizə baxmayaraq, müsbət cavab almayıblar. 

“P-Aqro” MMC-nin Beyləqan filialından sahibkarlara bildirilib ki, borcların ödənilməsi üçün şirkət rəhbəri Azər Əlizadə ilə əlaqə yaratmağa çalışsaqda əlaqə qura bilməmişik. Filial yetkililəri Azər Əlizadənin ölkədən getməsi ilə bağlı söz-söhbətlərin yayıldığını bildiriblər. 

Qeyd edək ki, “P-Aqro” MMC Azərbaycanda pambıqçılıq sahəsində fəaliyyət göstərən ciddi şirkətlərdən biri kimi tanınır. Şirkətin Salyan, Ağdam, Ağsu, Zərdab, Bərdə, Füzuli, Hacıqabul, Sabirabad, Saatlı, Ağcabədi, Biləsuvar, Ucar, Kürdəmir, Beyləqan, Yevlax, İmişli və Neftçala rayonlarında filialları fəaliyyət göstərir.

Məsələ ilə bağlı “P-Aqro” MMC şirkəti ilə əlaqə yarada bilmədik. Şirkətin elektron poçtunda qeyd edilən telefon nömrələri işləmir.



Xəbərin oxunma sayı : 1423




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap