“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Ağalar Vəliyevin şirkəti təkzib yaydı, “Pişik Günel“ isə... - Ev verilib, ya yox? + VİDEO

Tarix 02.01.26, 9:35

Font ölçüsü : - / +
bitmap-img6


Deputat Ağalar Vəliyevə məxsus “Kristal Abşeron” MTK-nın "pişik" ləqəbi ilə tanınan müğənni Günel Ələkbərovaya ev hədiyyə etməsi ilə bağlı xəbər şirkət tərəfindən təkzib olunub.

Şirkətin adından yayılan məlumatda bildirilib ki, ümumiyyətlə “Kristal” şirkəti tərəfindən Günel adlı şəxsə hər hansı mənzil və ya digər daşınmaz əmlak nə hədiyyə edilib, nə də satılıb:

"Adıçəkilən şəxs şirkətimiz tərəfindən inşa edilən Biləcəri layihəsində yerləşən, lakin şirkətimiz tərəfindən əvvəlcədən satılmış bir mənzili birbaşa “Kristal” şirkətindən deyil, həmin mənzilin qanuni sahibindən əldə etmişdir. Bu əməliyyat şirkətimizdən kənar, tamamilə mülki-hüquqi əsaslarla həyata keçirilmişdir".

AzFakt.com xatırladır ki, deputat Ağalar Vəliyevin sahibi olduğu “Kristal Abşeron” MTK-nın Xırdalan layihəsindəki binanın bir mərtəbəsinin müğənniyə hədiyyə edildiyi iddia olunub. İddia olunurdu ki, bu addım müğənninin sənətinə hörmət əlaməti olaraq atılıb.

Şirkət məlumatı birmənalı şəkildə təkzib etsə də, "Pişik Günel" mövzu ilə bağlı açıqlamasında xəbəri nəinki təkzib etməmiş, əksinə bu hədiyyənin ona verilmiş dəyərin göstəricisi olduğunu demişdi.





Xəbərin oxunma sayı : 310




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap