“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Azərbaycandan fındıq alan ölkələr məlum oldu: Rusiya və Almaniya liderdirlər

Tarix 01.01.26, 16:35

Font ölçüsü : - / +
bitmap-img6


2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 149.8 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edib.

AzFakt.com rəsmi statistikaya istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 35.9 milyon dollar və ya 31.5 faiz çoxdur.

Belə ki, 2024-cü ilin 11 ayında ölkədən 113.9 milyon dollar dəyərində meşə fındığı ixrac edilmişdi.

Rəsmi məlumatlara əsasən, 2025-ci ilin yanvar-oktyabr aylarında fındıq ixracının əsas hissəsi qabığı təmizlənmiş meşə fındığının payına düşüb.

Hesabat dövründə Azərbaycandan 265.79 ton qabıqlı meşə fındığı ixrac olunub və bu ixracın dəyəri 706.57 min dollar təşkil edib.

Qabıqlı fındığın əsas ixrac bazarları bunlar olub: Rusiya - 134.45 ton (335.84 min dollar), Özbəkistan - 115.99 ton (330.98 min dollar), İraq - 14.97 ton (37.45 min dollar). Az miqdarda ixrac İspaniya və Birləşmiş Ərəb Əmirliklərinə də həyata keçirilib.

Ötən ilin yanvar-oktyabr aylarında ölkədən 15 min 162 ton qabığı təmizlənmiş meşə fındığı ixrac edilib. Bu məhsul üzrə ixracın ümumi dəyəri 123 milyon 748 min dollar olub.

Ən böyük ixrac bazarları: Rusiya - 7 018.6 ton (51.05 milyon dollar), Almaniya - 2 774.22 ton (27.3 milyon dollar), İtaliya - 1 564 ton (14.7 milyon dollar), Türkiyə - 1 265.46 ton (9.58 milyon dollar), İsveçrə - 560 ton (4.54 milyon dollar)

Az miqdarda fındıq Polşa, Litva, Gürcüstan, İspaniya, Fransa, Bolqarıstan, Ukrayna və digər ölkələrə də ixrac olunub.



Xəbərin oxunma sayı : 139




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap