“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Prezidentin qızları ahıl şəxslərlə Yeni il süfrəsində - Fotolar

Tarix 01.01.26, 19:24

Font ölçüsü : - / +
bitmap-img6


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi təşkil olunub.

AzFakt.com xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər.

Leyla Əliyeva və Arzu Əliyeva sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb, onlarla birlikdə bayram süfrəsi arxasında səmimi söhbət ediblər. Ahıl şəxslər ölkəmizdə yaşlı insanlara, onların problemlərinin həllinə hər zaman qayğı göstərildiyini söyləyib, burada onlar üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə və Birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Bayram proqramı çərçivəsində bədii hissə də təqdim olunub. Ahıl şəxslər musiqilər ifa edib, şeirlər söyləyib, səhnəcik nümayiş etdiriblər.

Leyla Əliyeva və Arzu Əliyeva ahıl şəxsləri Yeni il münasibətilə təbrik edib, onlara cansağlığı arzulayıblar.

Ziyarət zamanı onlar sosial xidmət müəssisəsində ahıllar üçün yaradılan şəraitlə də tanış olublar.

Tədbirin sonunda sosial xidmət müəssisəsinin sakinlərinə bayram hədiyyələri paylanılıb.
 






Xəbərin oxunma sayı : 148




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap