“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Mənşəyi məlum olmayan toyuqları rəngləyib “kənd məhsulu“ kimi satırlar? - VİDEO

Tarix 01.01.26, 0:47

Font ölçüsü : - / +
bitmap-img6


Son günlər Xırdalan şəhərində fəaliyyət göstərən toyuq kəsimi sexlərindən birində aparılan yoxlamalar zamanı ciddi pozuntular aşkarlanıb. Məlum olub ki, sahibkar mənşəyi məlum olmayan toyuq məhsullarını müxtəlif kimyəvi maddələrlə rəngləyərək "kənd toyuğu" adı altında satışa çıxarıb. 

Bu fakt bazarlarda satılan toyuq məhsullarının keyfiyyəti və görünüşü ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib.


Məsələnin mahiyyətini araşdırmaq məqsədilə Baku TV-nin çəkiliş qrupu bazarlardan birində olub. Satıcılardan biri məhsulların Hövsan mənşəli olduğunu iddia edərək bildirib ki, toyuqlar inkubatorda yetişdirilməsinə baxmayaraq, həyətdə saxlanılıb və onların rəngi tamamilə təbiidir.

Qida eksperti Məhsəti Hüseynova isə vurğulayıb ki, bu cür rəngləndirici maddələrin istifadəsi təkcə istehlakçı hüquqlarının pozulması deyil, eyni zamanda ciddi sağlamlıq riskləri yaradır. Onun sözlərinə görə, toyuqları kənd toyuğuna bənzətmək üçün sarımtıl maddələrlə rəngləmə aparılır, bəzi hallarda isə məhsulun köhnə olmasını gizlətmək məqsədilə qanlı hissələrin üzəri kimyəvi maddələrlə örtülür.

"Bu cür maddələr keyfiyyətsiz məhsulların satışına şərait yaradır və insan orqanizminə toksiki təsir göstərə bilər", - deyə ekspert qeyd edib.





Xəbərin oxunma sayı : 136




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap