“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

“Yollarımız bərbad vəziyyətdədir“ - Cəlilabaddan ŞİKAYƏT

Tarix 02.01.26, 23:44

Font ölçüsü : - / +
bitmap-img6


Asfalt üzünə həsrət qalan yollar, dizə çıxan palçıq. Söhbət Cəlilabad rayonunun təxminən 10 min sakini olan Maşlıq kəndindən gedir.

Maşlıq sakini Nizami Alışanov Baku TV-nin qaynar xəttinə şikayət edərək bildirib ki, həm evinə gedən yolun, həm də ümumiyyətlə kəndin yollarının bərbad vəziyyəti ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət olunsa da, problem həllini tapmayıb.

"Yolumuz illərdir bu gündədir. Dəfələrlə maşın yolda sönüb qalıb. Vəziyyət bərbaddır", - deyə sakin narazılığını ifadə edib.


Məsələ ilə bağlı bələdiyyə sədri Amalya Əmənova bildirib ki, Nizami Alışanovun evinə gedən yol şəxsən onun tərəfindən yerində baxış zamanı qiymətləndirilib:

"Həmin yol həqiqətən də çox bərbad vəziyyətdə idi. Nəqliyyat keçə, uşaqlar məktəbə gedə bilmirdi. Biz ora qreyder saldıq düzəltdik, sonra isə daş-çınqıl materialları tökərək yolu təmir etdirdik. Lakin müraciət ünvanlayan şəxs öz yolunu deyil, başqa bir yolu göstərərək onun təmirini tələb edir".

Onun sözlərinə görə, Maşlıq kəndində kənddaxili yolların böyük əksəriyyəti hələ də torpaq vəziyyətindədir və onların bir çoxunun ümumiyyətlə təməli olmayıb:

"Bələdiyyənin maliyyə imkanları əsasən əhalidən toplanan torpaq və əmlak vergiləri, eləcə də rüsum və icarə haqları hesabına formalaşır. Əhali vergiləri vaxtında ödədiyi təqdirdə, həmin vəsait hesabına yolların təmirinə hazırıq".







Xəbərin oxunma sayı : 175




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap