“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Satışı qadağan olunan pirotexniki vasitələri haradan alırlar? - VİDEO

Tarix 02.01.26, 11:08

Font ölçüsü : - / +
bitmap-img6


Partladan satmırıq, satanı da tanımırıq". Bu cür yazılar bir neçə mağazanın qarşısında diqqət çəkir. Lakin buna baxmayaraq, hər il bayram ərəfəsində pirotexniki vasitələrin, şənlik fişənglərinin və digər partlayıcı məhsulların ölkə ərazisində müxtəlif yollarla satışına və istifadəsinə rast gəlinir.

Satışı qadağan olunan pirotexniki vasitələri haradan alırlar?

Xüsusilə küçələrdə və yaşayış məhəllələrində pirotexniki vasitələrin səsi sakinlərin ciddi narahatlığına səbəb olur. Sakinlər bildirirlər ki, bayram günlərində bu cür vasitələrdən istifadə yolverilməzdir və insanların rahatlığı pozulur.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərlinin sözlərinə görə, pirotexniki vasitələr əsasən azyaşlılar tərəfindən istifadə edilir və bu da bir çox hallarda bədbəxt hadisələrlə nəticələnir. O qeyd edib ki, xüsusilə bayram günləri ərəfəsində çoxmənzilli yaşayış binalarının həyətlərində bu vasitələrdən istifadə vətəndaşların haqlı narazılığına səbəb olur.

Nazirlik rəsmisi bildirib ki, qanunvericiliyə əsasən pirotexniki vasitələr, eləcə də yüksək partlayıcılıq və tezalışan xüsusiyyətlərə malik məmulatlar mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar siyahısına daxildir və onların satışı qanunla qadağandır. Bu cür hallar aşkar edildikdə məhsullar dərhal satışdan çıxarılır və məsul şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülür.

Araşdırmalar zamanı məlum olub ki, bəzi vətəndaşlar satışı qadağan olunan pirotexniki vasitələri əsasən qaçaqmalçılıq yolu ilə ölkəyə gətirən satıcılardan əldə edirlər. Bu vasitələr gizli şəkildə və qanunsuz olaraq satılır.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsinə əsasən, pirotexniki vasitələrin qanunsuz satışı ilə məşğul olan fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1 650 manatdan 2 200 manatadək, hüquqi şəxslər isə 4 000 manatdan 5 000 manatadək məbləğdə cərimə olunurlar.




Xəbərin oxunma sayı : 133




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap