| |
|
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Ramiz Mehdiyevin Rusiyaya yazdığı sensasiyalı məktub üzə çıxdı: nələr planlanırmış?
Əhmədzadənin yerinə Sultan-zadə - Adnan Əhmədzanin yerinə keçən Rüfət Sultan-zadə kimdir?
“360Marcom“ MMC KOBİA üçün niyə bu qədər önəmlidir? - ARAŞDIRMA
Şirvanda qeyri-müəyyənlik - İlqar Abbasov Mehdiyevin güdazına gedə bilər...
Yaxın vaxtlarda MSK-da “təmizlik” gözlənilir - Ramiz Mehdiyevin adamlarından
Dövlət Gömrük Komitəsində kürsü savaşı - Müavin və idarə rəisi Şahin Bağırovun yerinə göz dikib
Prezidentin açılışını etdiyi Hövsan stadionunda Ticarət Mərkəzi tikilir - İcazə sənədi yoxdur?
Anar Əlizadə Azərbaycanı tərk edib - Adı Adnan Əhmədzadə işində hallanırdı
Binəqədi rayonunda fərdi yaşayış evi obyektə çevrilib - Hacıbaba Babayevin saxta arayışı ilə...
Tendersiz 53 milyonluq sifariş! - AYNA-nın heyrət doğuran qanunsuzluğu üzə çıxdı
Prezident xalqa müraciət etdi - TAM MƏTN
Tarix 01.01.26, 0:05 |
|
Azərbaycan Prezidenti İlham Əliyev Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə xalqa müraciət edib.
Dövlət başçısının müraciəti yerli telekanallar vasitəsilə canlı yayımlanıb. Müraciətdə bildirilir:
Əziz həmvətənlər.
2025-ci il arxada qaldı. Bu il də ölkəmiz üçün, xalqımız üçün uğurlu il olmuşdur. Azərbaycan xalqı sülh, təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşamışdır. Xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas amilidir. Əminəm ki, qarşıdan gələn 2026-cı il də ölkəmiz üçün uğurlu olacaq, ölkə qarşısında duran bütün vəzifələr həmişəki kimi uğurla icra ediləcəkdir.
Bu il biz şanlı Zəfərimizin beşinci ildönümünü böyük fəxarət hissi ilə qeyd etmişik. Beş il bundan əvvəl Vətən müharibəsi zamanı əldə etdiyimiz tarixi Zəfərimiz bizimlə əbədi olacaq. Azərbaycan xalqı bu Qələbə ilə əbədi olaraq fəxr edəcəkdir. Biz otuzillik erməni işğalına son qoyduq, ərazi bütövlüyümüzü, suverenliyimizi, milli ləyaqətimizi bərpa etdik. Bu il Zəfərimizin beşinci ildönümünə həsr olunmuş hərbi paradda son illər ərzində ordu quruculuğunda görülmüş işlərin bir hissəsi xalqımıza və bütün dünyaya nümayiş etdirildi. Son 5 il ərzində Azərbaycan Silahlı Qüvvələri öz gücünü böyük dərəcədə artırmışdır. Yeni silahlar və texnika ilə təchiz edilmiş Ordumuz bu gün istənilən vəzifəni icra etməyə qadirdir. Biz son 5 il ərzində həm yerli istehsal olan silah və texnikadan istifadə edərək, eyni zamanda, xaricdən aldığımız silah və texnikanı Ordumuzun potensialına əlavə edərək hərbi gücümüzü böyük dərəcədə gücləndirə bildik. Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti böyük dərəcədə artdı, Xüsusi Təyinatlı Qüvvələrin say tərkibi bir neçə dəfə artırıldı, yeni yaradılmış Komando Qüvvələrinin say tərkibi minlərlə əsgər və zabitdən ibarətdir. Biz yeni müharibəyə hazırlaşmırıq. Bizim üçün müharibələr arxada qaldı. Ancaq bugünkü dünyada hər bir ölkə ilk növbədə öz təhlükəsizliyi haqqında ciddi düşünməlidir. Bugünkü dünyada beynəlxalq hüquq normaları işləmir, “Kim güclüdür, o da haqlıdır” prinsipi əsas prinsip kimi bir çox ölkələr tərəfindən qəbul edilib. Bütün dünyada genişmiqyaslı silahlanma prosesi gedir. Belə olan halda, biz hər an öz ərazi bütövlüyümüzü, suverenliyimizi, öz seçimimizi layiqincə müdafiə etmək üçün hazır olmalıyıq. Vətən müharibəsi dövründə hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı, fədakarlığı, xalqımızın yumruq kimi birləşməsi bizim Qələbəmizi şərtləndirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır.
Biz Vətən müharibəsindəki Zəfərimizdən sonra yorulmadan bu Zəfəri beynəlxalq və siyasi müstəvidə möhkəmləndirmək və təsdiqləmək üçün çalışmışıq və buna nail olmuşuq. Bütün dünya bizim Zəfərimizi qəbul edir və bizim haqlı olduğumuzu əyani şəkildə görür. Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün mandat almış Minsk qrupu isə tarixin arxivinə göndərildi. Beləliklə, Qarabağ münaqişəsi artıq beynəlxalq gündəlikdən tamamilə silinmişdir. Zəfər çalmış ölkə kimi biz məğlub edilmiş Ermənistana sülh əlimizi uzatdıq. Bu da bizim uzaqgörən siyasətimizin təzahürüdür. Biz əbədi müharibə aparmaq fikrində deyilik. Bizim başqa ölkələrin torpaqlarında gözümüz yoxdur. Biz öz ərazi bütövlüyümüzü bərpa etmək üçün silahdan istifadə edərək, BMT Nizamnaməsi çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında öz suveren hüquqlarımızı təmin etmişik. Vətən müharibəsindən cəmi beş il keçəndən sonra Ermənistanla paraflanmış sülh müqaviləsi bir daha xalqımızın böyüklüyünü və bizim siyasətimizin müdrikliyini göstərir. Biz cəmi beş ilə yaxındır ki, de-fakto sülh şəraitində yaşayırıq. Biz döyüş meydanında qan tökərək, şəhidlər verərək şanlı Qələbə qazanmışıq və bu Qələbəni dünyanın ən mötəbər yeri olan Amerikanın Ağ Evində, Amerika Prezidentinin iştirakı ilə möhürlədik. Beləliklə, 30 il ərzində əsas vəzifəmiz olan ərazi bütövlüyümüzün bərpası və bütün dünya tərəfindən bunun qəbul edilməsi məsələsi öz həllini tapmışdır.
Bu gün isə bütün ölkə üzrə geniş quruculuq işləri aparılır, hər bir bölgədə inkişaf müşahidə olunur. Biz beynəlxalq mövqelərimizi böyük dərəcədə möhkəmləndirə bildik. Bu gün Azərbaycana dünyada böyük hörmətlə yanaşırlar. Təsadüfi deyil ki, dünyanın aparıcı beynəlxalq aktorları Azərbaycanla əməkdaşlıq etmək üçün müxtəlif təkliflər irəli sürürlər. Bizim xarici siyasətimiz çoxşaxəlidir, bu siyasət bir çox istiqamətlər üzrə uğurla aparılır. Biz bu il D-8 beynəlxalq təşkilatına üzv olduq. Onu da bildirməliyəm ki, 8 böyük müsəlman ölkəsini birləşdirən və 30 ilə yaxın fəaliyyət göstərən bu təşkilatın ilk yeni üzvü məhz Azərbaycan olmuşdur. Yəni bu ölkələr tərəfindən bizə göstərilən hörmət və etimad göz qabağındadır. Biz bu il Orta Asiya ölkələrinin Məşvərət Şurasının tamhüquqlu üzvü seçildik. Hesab edirəm ki, bu da tarixi nailiyyətdir. Çünki coğrafi nöqteyi-nəzərdən biz Cənubi Qafqazda yerləşirik. Ancaq Orta Asiya ölkələrinin Məşvərət Şurasına yekdilliklə tamhüquqlu üzv seçilməyimiz bizim həm bu ölkələrlə səmimi münasibətlərimizdən xəbər verir, həm də ki, Azərbaycanın bu gün nə qədər önəmli ölkə olduğunu əyani şəkildə göstərir.
Bu il ölkəmizdə bir çox mötəbər beynəlxalq tədbir keçirilmişdir. Bunların arasında işğaldan azad edilmiş Xankəndidə ECO-nun Zirvə Görüşünü xüsusilə qeyd etməliyəm. Qəbələdə Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü də bizim ailəmiz olan Türk dünyasının birləşməsi istiqamətində bir daha önəmli addım olmuşdur. Bir çox beynəlxalq təşkilatlarla sıx əlaqələrimiz bizim maraqlarımıza uyğundur. Biz hər zaman bərabərhüquqlu tərəfdaşlığın tərəfdarı olmuşuq. Biz heç vaxt imkan verməmişik ki, kimsə bizim işimizə qarışsın, kimsə bizə nəyisə diktə etsin, kimsə bizə yuxarıdan aşağı baxsın. Biz müqavimət göstərmişik, biz ciddi iradəmizi ortaya qoymuşuq, heç kimin qarşısında baş əyməmişik, heç kimə imkan verməmişik və verməyəcəyik ki, bizim işimizə qarışsın. Tədricən hər kəs görür ki, belə cəhdlərin sayı da kəskin azaldı. Çünki bunun heç bir mənası yoxdur. Bizə təzyiq etmək üçün heç kimin əlində heç bir vasitə yoxdur. Bizim güclü siyasi iradəmiz, xalq-iqtidar birliyi, hərbi gücümüz, iqtisadi potensialımız, enerji siyasətimiz, nəqliyyat imkanlarımız və digər amillər bizi o qədər gücləndirib ki, heç kim bizə öz iradəsini diktə edə bilməz.
İqtisadi inkişafa gəldikdə, biz bu il əldə olunmuş uğurlarla fəxr edə bilərik. Bizim valyuta ehtiyatlarımız tarixi rekord həddə çatıb - 80 milyard dollardan artıqdır. Bizim xarici borcumuz daha da aşağı düşüb, bu gün ümumdaxili məhsulumuzun cəmi 6,3 faizini təşkil edir. Bir halda ki, bəzi inkişaf etmiş ölkələrdə bu rəqəm 100 faizdir, ondan da çoxdur. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 16 dəfə üstələyir və təsadüfi deyil ki, dünyanın aparıcı reytinq agentlikləri Azərbaycanın kredit reytinqini qaldırıblar - investisiya reytinqini müsbət reytinq səviyyəsinə qaldırıblar.
Biz “Böyük Qayıdış” Proqramını uğurla icra edirik və işğaldan azad edilmiş ərazilərdə bu gün böyük quruculuq işləri aparılır və artıq 70 minə yaxın insan orada yaşayır, çalışır, təhsil alır. Keçmiş köçkünlər 32 kənd, qəsəbə və şəhərdə yerləşiblər və onlar üçün ən gözəl şərait yaradılmışdır.
Bu gün, eyni zamanda, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Bu münasibətlə dünyada yaşayan bütün azərbaycanlıları ürəkdən təbrik etmək istəyirəm. Onlar bilməlidirlər və bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanıb. 2025-ci ildə olan bəzi hadisələr bir daha göstərdi ki, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının taleyi bizim üçün qiymətlidir, önəmlidir və bizi - azərbaycanlıları ortaq tarix, dilimiz, köklərimiz, mədəniyyətimiz birləşdirir. Azərbaycanlılar hansı ölkədə yaşamalarından asılı olmayaraq, bilirlər və bilməlidirlər ki, onların Ana Vətəni müstəqil Azərbaycan dövlətidir.
Əziz həmvətənlər, mən sizi bir daha Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ürəkdən təbrik etmək istəyirəm, Yeni il bayramı münasibətilə təbrik etmək istəyirəm. Dünyada yaşayan bütün azərbaycanlılara, Azərbaycan vətəndaşlarına sülh, əmin-amanlıq, xoşbəxtlik arzulayıram. Bayramınız mübarək olsun!
Xəbərin oxunma sayı : 535
Siyasət
Xəbərlər
-
Bəzi qadınların pensiya yaşının azaldılması təklif olunur - VİDEO
-
Autonova“ şirkəti vətəndaşı aldadıb? - 30 min verib... (VİDEO)
-
“Yollarımız bərbad vəziyyətdədir“ - Cəlilabaddan ŞİKAYƏT
-
Natiq Qasımovun indiyə qədər görülməyən FOTOLARI
-
“AKP üzvlərini sayı 11,5 milyon nəfəri ötüb“ - Ərdoğan
-
Rəis və maşinist həbs edildi - Tonlarla yanacağı mənimsəyiblər
-
Zelenski Oleq İvaşenkonu Baş Kəşfiyyat İdarəsinin rəhbəri təyin edib - FOTO
-
“Qurban Qurbanov çox sərt məşqçidir” - Koxalski
-
Təcili tibbi yardıma müraciətlərin sayı artıb - VİDEO
-
“Xarici təhdidlərə qətiyyətlə cavab verəcəyik“ - İranın müdafiə naziri
-
Maşın almaq üçün 30 min manatdan çox pul ödəyən vətəndaş aldadıldığını deyir - VİDEO
-
Şamaxıda yaşayış evində partlayış olub, xəsarət alan var - VİDEO
-
“Tesla“ liderliyi itirir - Çin nəhəngi bazarı ələ keçirdi
-
Azərbaycan valyuta ehtiyatları ÜDM-dən çox olan azsaylı ölkələrdəndir - RƏQƏMLƏR
-
İran ABŞ-ı hədələdi: Yaxın Şərqdəki bütün bazalar vurulacaq
-
Bakıda gecə klubunun qarşısındakı qətlin təfərrüatı - VİDEO
-
Vüqar Qurbanovun təyin etdiyi kadrın tərcümeyi-halından xəbəri var? - İLGİNC
-
ABŞ İraqın ən strateji bazasından tam çıxdı: Ayn əl-Əsəd artıq Bağdadın nəzarətindədir
-
Zelenski Prezident Ofisinin rəhbərliyini təklif etdi - Budanov razılaşdı
-
İşçisini evində öldürməkdə ittiham edilən biznesmen - Cəza almaya bilər...
-
Bakıda doqquzmərtəbəli binada yanğın: Zəhərlənən var
-
Ən varlı rusların sərvəti 24 milyard dollar artdı - “Bloomberg”
-
“Azəriqaz“ bayram günü minlərlə insanı necə qazsız qoydu? - İLGİNC
-
Son günlər kiberdələduzluq halları artıb - Daxili İşlər Nazirliyi
-
“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu
-
Putinin Bakıdan istədiyi 11 cinayətkar - Bəs 38 günahsız?
-
Yaşlı qadına “kömək” tələsi - Pulqabısını oğurladılar
-
Adnan Əhmədzadənin nə qədər sərvəti var? - Şok rəqəm açıqlandı
-
Maqnit qasırğasının güclənəcəyi gözlənilir - XƏBƏRDARLIQ
-
Bayat plovun yenidən isidilib yeyilməsi təhlükəlidir - Xəbərdarlıq
-
Şəhid general-mayor Polad Həşimov və mayor Murad Məmmədovun xatirələri anılıb - FOTOLAR
-
“ABŞ İrandakı etirazlara müdaxilə etsə, maraqları məhv ediləcək“ - Laricani
-
Əksər yerlərdə yağıntılı və küləkli hava davam edir - FAKTİKİ HAVA
-
Saatlıda ailə münaqişəsi - Kişi zəif eşidən kişi ucadan danışmayan arvadını döydü
-
Milli Qəhrəmanımız Natiq Qasımovun doğum günüdür - FOTOLAR
-
“İrandakı etirazlarlarda zor tətbiq edilərsə, müdaxilə edəcəyik“ - Tramp
-
Ağcabədidə ölən doqquzaylıq körpənin atası: “Xəstəxana hava balonu tapmadı“
-
Sabah rayonlara qar yağacaq, şaxta olacaq - PROQNOZ
-
Bakıda məhkuma məxsus gizlədilmiş avtomat aşkarlanıb - BİRGƏ ƏMƏLİYYAT
-
“İnsanlar narazıdırsa, bu, bizim günahımızdır“ - İran prezidenti
-
Şəhid generalımızın doğum günüdür - Polad Həşimovun dünyaya gəlişindən 51 il ötür
-
Biz Tramp administrasiyasının tam dəstəyinə malikik - Hikmət Hacıyev
-
Pensiyalar bu tarixdən artımla veriləcək - VİDEO
-
ABŞ Tayvana bağlı Çinə çağırış etdi: “Təzyiqi dayandırın“
-
Satışı qadağan olunan pirotexniki vasitələri haradan alırlar? - VİDEO
-
Rayonlarda qar yağır, külək güclənir - FAKTİKİ HAVA
-
Axtarışda olan Azərbaycan vətəndaşı saxlanıldı - Monteneqroda
-
Prezident isveçrəli həmkarına başsağlığı verdi - “Xəbər bizi olduqca kədərləndirdi“
-
2026-cı ildə qızıl bazarında gözlənilməz dəyişiklik olacaq? - VİDEO
-
Ağalar Vəliyevin şirkəti təkzib yaydı, “Pişik Günel“ isə... - Ev verilib, ya yox? + VİDEO
-
“Radikal solçuların qələbəsi ABŞ-nın sonu olacaq“ - İlon Mask
-
Öz torpağında kənd təsərrüfatı ilə məşğul olanlar üçün sosial sığorta haqqı artdı - YENİ QAYDALAR
-
Sabit tarif işıq və qazın qiymətinin artmasının qarşısını alacaq? - VİDEO
-
Xankəndiyə gələn turistlərin sayı artıb - VİDEO
-
Bir sıra sahələrdə cərimələrin məbləği artırıldı - VİDEO
-
Səbail rayonunda keçidin eskalatorunun işləməməsi piyadalara çətinlik yaradır - VİDEO
-
Torpağı olanlar üçün sosial sığorta haqqı artdı - VİDEO
-
Yasamalda yanan binada təmir işləri nə yerdədir? - VİDEO
-
HƏMAS-dan sərt mövqe: “Silahların təhvilindən söhbət gedə bilməz”
-
Bilal Ərdoğan 520 min etirazçını İstanbul küçələrinə çıxartdı - FOTOLAR
-
Azərbaycanın xarici borcu 18 faiz azalıb - Vüqar Bayramov
-
Prezidentin qızları ahıl şəxslərlə Yeni il süfrəsində - Fotolar
-
Müharibə 2026-cı ildə də bitməyəcək - Kuleba
-
Bəzi yerlərdə yollar buz bağlayacaq - Xəbərdarlıq
-
Neymar qərarını verdi - “Santos”da qalacaq
-
Avtomobillə səyahətlərin təşkili ciddi məsuliyyət tələb edir - DYP
-
“Məni heç kim pulla hamama çağırmayıb, iftira atır“ - Afət Fərmanqızı
-
İcra sistemində mühüm yenilik - Bu gündən yeni qanun qüvvəyə minir
-
“Şahzadə Uilyamın Britaniyadakı iqamətgahına adam soxulub” - “The Sun”
-
“Milli birliyin gücləndirilməsi hər birimiz üçün önəmlidir” - Adəm İsmayıl Bakuvi
-
Kim Çen In Rusiyaya mesaj verdi: “Məğlubedilməz ittifaqımız daha da möhkəmlənir”
-
Azərbaycandan fındıq alan ölkələr məlum oldu: Rusiya və Almaniya liderdirlər
-
Mehriban Əliyeva Yeni illə bağlı paylaşım etdi - FOTO
-
Sabah Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
-
Ukrayna daha iki “Patriot“ aldı - Müdafiə Nazirliyi açıqladı
-
FHN əhaliyə müraciət edib - Avtomobillərin nizamsız parklanmasıyla bağlı
-
Bolqarıstan bu gündən avroya keçdi - 6 ölkə qaldı
-
Netanyahu 2026-cı ili Tramp ilə birlikdə qarşılayıb - FOTO
-
Sulu qar yağacaq, şaxta olacaq - Yollar buz bağlayacaq
-
31 yaşlı kişi kafedə qətlə yetirildi - Saxlanılan var
-
Deputatın şirkəti müğənniyə binanın bir mərtəbəsini niyə peşkəş edib? - VİDEO
-
Azərbaycan limonu hansı ölkələrdən alır? - Siyahıda Afrika ölkələri də var
-
İsveçrədə kurortda partlayış olub - Ölənlərin sayı 40-a çatıb, azı 100 nəfər yaralanıb
-
“Qarpız” yükünün içərisində narkotik keçirmək istədilər - Video
-
Mbappe uzun müddətə sıradan çıxdı - SON DURUM
-
Yanacağın bahalaşması fonunda hansı avtomobillərin qiyməti arta bilər? - VİDEO
-
ABŞ ordusu Sakit okeanda gəmilərə zərbələr endirdi: Üç nəfər öldü
-
Şərurda qarın hündürlüyü 29 sm-ə çatdı - FAKTİKİ HAVA
-
Gömrük Komitəsi bu nazirliklərdən birinə birləşdirilə bilər - AÇIQLAMA
-
Növbəti torpaq hərracları keçiriləcək - Bu tarixdə
-
Bayram günü əməliyyat: 30 kq-a yaxın narkotik götürüdü
-
Prezident xalqa müraciətindən paylaşım etdi - VİDEO
-
Finlandiyada azərbaycanlıların da olduğu gəmi saxlanıldı: Raim Alekperovun bu işdə rolu nədir?
-
Evlərini kirayə verənlərdən vergi tutulacaq - Bu gündən
-
Bu gün bəzi rayonlarda intensiv yağış və qar yağacaq - XƏBƏRDARLIQ
-
Yeni ilin ilk günü Yer üçün maqnit fırtınası ilə başlayır - Xəbərdarlıq
-
“Sülh sazişinin 90 faizi hazırdır“ - Volodimir Zelenski
-
Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? - VİDEO
-
Ət bazarında canlanma: Qiymətlər ucuzlaşacaq?
-
Xankəndidə bayram atəşfəşanlığı keçirilib - FOTO + VİDEO
-
Mənşəyi məlum olmayan toyuqları rəngləyib “kənd məhsulu“ kimi satırlar? - VİDEO
-
“Bütün azərbaycanlılar bilməlidirlər və bilirlər ki...“ - Prezident
-
“ABŞ 2026-cı ildə Aİ olmadan Rusiya ilə sülh bağlaya bilər“ - Orban
-
Prezident xalqa müraciət etdi - TAM MƏTN
-
Yanvarın 1-dən bir sıra məcburi dövlət sosial sığorta haqları artırılır - VİDEO
-
“Duru Su“ ya məxsus plastik qablarda satılan içməli su krandan doldurulur - İDDİA
-
Sosial şəbəkədə xarici musiqiyə oynayan bağça müəllimlərin addımına sakinlərdən münasibət - VİDEO
-
İcra başçısının işdən çıxarılmasının səbəbi açıqlandı - Pul yığıb?
-
Ağdamın Kəngərli kəndində çəkilən görüntünün reallığı - VİDEO
-
Ramiz Mehdiyev yenidən dindirilib - Yaşadığı evdə
-
Xalis mənfəətin azı 30 %-ni dvident kimi büdcəyə ödəyəcəklər - Nazirlik fərmanı şərh etdi
-
Azərbaycandan şampun ixracı beş dəfə azalıb, idxal isə artıb - Statistika
-
Tramp Putinlə pozitiv söhbət edib - Ağ Ev
-
Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyində - Fotolar
-
Nazir Agentliyə yeni rəis müavini təyin etdi - FOTO
-
Bir aya işdən çıxarılan icra başçısı kimdir? - DOSYE
-
Vüqar Ələkbərovun əməliyyat etdiyi şəxslərdən ikisi şikayətçidir - Rəsmi açıqlama
-
Xankəndidə 4,6 milyona inzibati bina tikən “Archico” kimindir?
-
Prezident ailəsi ilə “Ağ Şəhər”də olub - FOTOLAR
-
Azərbaycanda unun son topdansatış qiymətləri - SİYAHI
TOP 10
ARXİV






