“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

“Rusiya - Ukrayna müharibəsinin həllində əhəmiyyətli irəliləyiş var“ - Tramp

Tarix 13.12.25, 9:48

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin həllində əhəmiyyətli irəliləyişin olduğunu açıqlayıb.

Amerika lideri bu açıqlamanı ABŞ-nin milli xokkey komandasının 1980-ci ilin Olimpiya çempionları olmuş üzvlərinə fəxri medalların təqdim edilməsi mərasimində verib.

"Biz çox iş gördük, səkkiz müharibəni dayandırdıq. Hələ bir müharibə qalıb, mən isə bunun (həll baxımından) ən asan olacağını düşünürdüm, bu, Rusiya – Ukrayna müharibəsidir. Amma biz böyük irəliləyiş əldə etmişik", - o bildirib.

Tramp əlavə edib ki, hazırda razılaşmanın əldə edilib-edilməyəcəyi üzərində işləyir.

"Baxarıq. Yəqin tezliklə biləcəyik", - Amerika lideri deyib.

Daha əvvəl Böyük Britaniyanın Baş naziri Kir Starmer belçikalı həmkarı Bart de Vever ilə görüşündə Ukraynanın gələcəyi üçün dönüş nöqtəsindən danışıb.



Xəbərin oxunma sayı : 235




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap