“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Ərdoğan Putinlə görüşündən danışdı: “Dedi ki, sözümə əməl edəcəyəm“

Tarix 13.12.25, 16:52

Font ölçüsü : - / +
bitmap-img6


"Putinlə ikitərəfli münasibətlər, Ukraynadakı müharibə və regional məsələlər barədə fikir mübadiləsi apardıq".

"Haber Global" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə lideri Aşqabadda keçirilən Beynəlxalq sülh və təhlükəsizlik forumundan qayıdarkən jurnalistlərin suallarını cavablandırıb.

"Rusiya lideri ilə görüşümüzdə onu hər an gözlədiyimi xüsusi olaraq bildirdim. Həmçinin mümkün qədər tez görüşməyimizin vacibliyini də müzakirə etdik. O, "sözümə əməl edəcəyəm" dedi. Ümid edirəm ki, bu səfər çox tezliklə baş tutacaq. Rusiya ilə münasibətlərimiz dərin tarixi köklərə, güclü diplomatik təmələ və qarşılıqlı etimada əsaslanır.

Cənab Putin də Türkiyənin Ukrayna müharibəsində mövqeyini çox yaxşı bilir. Münaqişə çoxdan bitməli idi, bunu açıq şəkildə bildiririk", - deyə Ərdoğan Türkmənistanda Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi görüşlər barədə danışarkən bildirib.

Türkiyə lideri ölkəsinin Türkmənistanla böyük layihələr həyata keçirdiyini də vurğulayıb: "Türkmənistanla iqtisadi və ticarət əməkdaşlığımız olduqca güclüdür. İş adamlarımız müstəqillik illərində Türkmənistanda təxminən 55 milyard dollar dəyərində layihələr həyata keçiriblər. Hazırda 10 milyard dollar dəyərində 19 layihəmiz davam edir. Bu baxımdan, Türkmənistan şirkətlərimiz tərəfindən həyata keçirilən layihələrin sayına görə Rusiyadan sonra ikinci yerdədir. Türkmən qardaş və bacılarımızın ali təhsili üçün Türkiyəni seçməsi bizim üçün sevindirici haldır".

Ərdoğan Putinlə görüşündən danışdı: Dedi ki, sözümə əməl edəcəyəm






Xəbərin oxunma sayı : 1066




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap