“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Töhmət alan Rafael Hüseynov istefa verir? - AÇIQLAMA

Tarix 12.12.25, 14:03

Font ölçüsü : - / +
bitmap-img6


Milli Məclis sədrinin müavini, Vətəndaş Həmrəyliyi Partiyasından (VHP) olan deputat Rafael Hüseynov partiyadan istefa vermək barədə qərar qəbul edib.

AzFakt.com Modern.az-a istinadən xəbər verir ki, R.Hüseynovun istefa ərizəsini bu gün rəsmən təqdim edəcəyi deyilir.

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı “Qafqazinfo”ya açıqlamasında Rafael Hüseynova töhmət verilməsi məsələsinə münasibətində bildirib.

““Rafaellə bizim uzun illərdir davam edən dostluğumuz var. Əslində partiyadaxili Nizamnaməni də pozmayıb, parlamentdə baş verən bir hadisədir. Bunu şişirtməyə heç bir ehtiyac yoxdur. İstefa verməsi ilə bağlı isə belə bir şey yoxdur. İstefa olacaq-olmayacaq, mən bilmirəm. Sadəcə bizdə belə bir məlumat yoxdur. Töhmət də partiyanın Nəzarət-təftiş komissiyasının üzvlərinin fikri olub. Siyasi Şurada qərar qəbul olunub ki, bu məsələ bağlansın”, - deyə S. Rüstəmxanlı əlavə edib.

Məsələyə aydınlıq gətirmək üçün sayt  Rafael Hüseynovla əlaqə saxlamağa çalışsa da, vitse-spiker zənglərə cavab verməyib.

Qeyd edək ki, Milli Məclis sədrinin müavini, Vətəndaş Həmrəyliyi Partiyasından (VHP) olan deputat Rafael Hüseynova töhmət verilib. Buna səbəb onun Milli Məclisdə keçirilmiş konfrans zamanı partiya sədri Sabir Rüstəmxanlının çıxışını yarımçıq kəsməsidir.

R. Hüseynov parlamentdə azlıq təmsil edən partiyanın nümayəndəsi olaraq vitse-spiker seçilib. Buna görə də o, partiyadan istefa etdiyi təqdirdə, bunun deputatın vitse-spikerliyinə təsir göstərəcəyi ehtimal olunur.



Xəbərin oxunma sayı : 811




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap