“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Sumqayıtda böyük söküntü başlayır - VİDEO

Tarix 14.12.25, 12:31

Font ölçüsü : - / +
bitmap-img6


Sumqayıt şəhərində uzun müddətdir qəzalı vəziyyətdə olan, "Fin evləri" kimi tanınan ikimərtəbəli yaşayış binalarının söküntüsünə başlanılıb. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən ərazidə söküntü işləri aparılır.

AzFakt.com Xəzər TV-yə istinadən xəbər verir ki, hazırda söküntü işləri xüsusi texnikanın köməyi və təhlükəsizlik qaydalarına tam riayət olunmaqla davam etdirilir. Ərazidə fəaliyyət göstərən briqadalar əvvəlcə kommunikasiya xətlərini təhlükəsiz şəkildə ayırıb, daha sonra binaların mərhələli şəkildə sökülməsinə başlayıblar.

Bildirilib ki, yeni layihə Sumqayıt şəhərinin ümumi inkişaf konsepsiyasına uyğun şəkildə həyata keçiriləcək və ərazinin sosial infrastrukturunun yenilənməsinə mühüm töhfə verəcək. Aparılan işlər sakinlər tərəfindən də müsbət qarşılanır.

Layihə çərçivəsində yeni yaşayış binalarının inşası ilə yanaşı, abadlıq işlərinin aparılması, uşaq oyun meydançalarının, park zonalarının, parkinq sahələrinin və ictimai istifadə üçün nəzərdə tutulan digər obyektlərin yaradılması planlaşdırılır.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, hazırda bu proses şəhərin bir neçə yaşayış massivində - 4-cü, 15-ci, 16-cı, 17-ci və 21-ci məhəllələrdə ardıcıl və planlı şəkildə davam etdirilir. Gələcəkdə digər ərazilərdə də oxşar işlərin aparılması nəzərdə tutulur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:




Xəbərin oxunma sayı : 1027




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap