“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Çin Yaponiyaya etiraz etdi: Təhlükəsizliyimizə təhdid yaradır

Tarix 08.12.25, 11:19

Font ölçüsü : - / +
bitmap-img6


Yaponiya Silahlı Qüvvələri vaxtaşırı olaraq Çinin təhlükəsizliyinə təhdid yaradan hərəkətlər edir.

Çin Xarici İşlər Nazirliyi Tokionun Çinə qarşı məsuliyyətsiz ittihamlar səsləndirməklə faktları təhrif etməyə cəhd etdiyini bildirib.

Nazirliyin bəyanatında deyilir: “Faktlar tamamilə aydındır: Yaponiyanın tez-tez həyata keçirdiyi kəşfiyyat uçuşları və Çinin müntəzəm hərbi fəaliyyət göstərdiyi ərazilərə yaxınlaşan qırıcı təyyarələrinin müdaxiləsi dəniz və hava təhlükəsizliyi üçün ən böyük təhlükədir”.

Çin tərəfi Tokionun qəsdən faktları təhrif etdiyini və yapon qırıcılarının “radar hədəfinə alınması” ilə bağlı son insidentə görə günahı Pekinin üzərinə atmağa çalışdığını vurğulayır. Qeyd olunur ki, Yaponiya bununla beynəlxalq ictimaiyyəti çaşdırır və vəziyyəti daha da gərginləşdirir.

“Bütün bunlar gizli niyyətlərdən irəli gəlir. Çin buna kəskin etiraz edir. Biz Yaponiyadan Çin tərəfindən planlaşdırılan təlimlərə mane olan təhlükəli fəaliyyətlərini dərhal dayandırmasını, məsuliyyətsiz, yalançı təbliğata və siyasi manipulyasiyalara son qoymasını tələb edirik”, – bəyanatda vurğulanır.

Nazirlik əlavə edir ki, Pekin Tokionun bu məsələ ilə bağlı etirazlarını qəbul etmir və Yaponiyaya əks-etiraz təqdim edib.

Yaponiyanın müdafiə naziri Şinjiro Koizumi daha əvvəl bildirmişdi ki, Çinin "J-15" qırıcı təyyarələri “Liaoning” təyyarədaşıyan gəmisindən havaya qalxaraq iki dəfə Okinavanın cənub-şərqində Yaponiyanın "F-15" qırıcılarını hədəfə alıb. (AZƏRTAC)



Xəbərin oxunma sayı : 223




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap