Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

ABŞ Ukrayna münaqişəsinə soy qoymaqla bağlı yeni plan hazırlayıb - “Axios“

Tarix 19.11.25, 12:51

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynada müharibəyə son qoymaq üçün 28 bənddən ibarət yeni plan hazırlamaq üçün Rusiya ilə gizli məsləhətləşmələr aparır.

Bu barədə "Axios" nəşri etibarlı mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, məsləhətləşmələr əsasən 4 istiqamət üzrə olacaq. Bunlar Ukrayna münaqişəsində sülhün əldə olunması, regionda, eləcə də Avropada təhlükəsizlik zəmanətləri və ABŞ-nin Rusiya və Ukrayna ilə gələcək münasibətləridir.

Bununla yanaşı, nəşr yazır ki, planda ərazilərlə bağlı mürəkkəb məsələyə necə yanaşılacağı hələ də aydın deyil.

Qeyd olunur ki, sülh planının hazırlanmasına Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff rəhbərlik edir. Onun Rusiyanı təmsil edən Kirill Dmitriyevlə ilkin müzakirələr apardığı da vurğulanır.

Dmitriyev bildirib ki, əvvəlki sülh danışıqlarından fərqli olaraq, bu dəfə Rusiyanın mövqeyinin həqiqətən də eşidildiyini hiss edib.

Adı açıqlanmayan Amerika rəsmisi təsdiqləyib ki, Ağ Ev yeni planla bağlı təkcə Ukraynanı deyil, həm də Avropa rəsmilərini məlumatlandırmağa başlayıb.

"Hesab edirik ki, indi bu planı həyata keçirmək üçün doğru zamandır. Lakin hər iki tərəf praktik və realist olmalıdır", - amerikalı rəsmi nəşrə bildirib.



Xəbərin oxunma sayı : 217




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap