Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Kredit portfeli sürətlə böyüyür: Bank aktivləri 56.1 milyard manatı aşdı

Tarix 19.11.25, 12:20

Font ölçüsü : - / +
bitmap-img6


"2025-ci ilin üçüncü rübünün sonuna bank sektorunun aktivləri 12 aylıq müqayisədə 10.4% artaraq, tarixi həddi ilk dəfə keçib 56.1 mlrd. manata yüksəlib"...

Milli.Az xəbər verir ki, bunu IX Bankçılıq Forumunda Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev deyib.

Onun sözlərinə görə, bu artımda əsas pay aktivlərin yarıdan çoxunu təşkil edən kredit portfelinə məxsusdur. Qeyd edib ki, analoji dövrdə kredit portfeli 9.6% artaraq 29.3 mlrd. manata çatmışdır. Biznes kreditlərinin qalıq həcmi də 1.1 mlrd. manat artaraq15.5 mlrd. manata yüksəlib:

"Bu dövrdə banklarda fiziki şəxslərin əmanətləri 15.4 mlrd. manat, müddətli əmanətlər isə 9.7 mlrd. manat təşkil etmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11% və 18% artım deməkdir. Ev təsərrüfatlarının əmanətlərində dollarlaşma səviyyəsi 34.6%-dən 32.3%-ə enib. Hesabat dövründə bankların kapitalı illik müqayisədə 14% artaraq 7.2 mlrd. manata yüksəlib. Cari ilin ilk üç rübünün yekunlarına əsasən, bank sektorunun xalis mənfəəti də 8.2% artaraq 911 mln. manata çatıb".

Vurğulayıb ki, həyata keçirilən islahatlar nəticəsində milli ödəniş sistemi infrastrukturu, yəni AZİPS, XÖHKS və AÖS üzərindən emal edilən ödəniş əməliyyatlarının ümumi dövriyyəsi genişlənməkdə davam edir:

"Belə ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Milli Ödəniş Sistemləri üzərindən edilən ödənişlərin həcmi 590 milyard manat olmuş və 2024-cü ilin analoji dövrü ilə müqayisədə 9.4% artıb".



Xəbərin oxunma sayı : 217




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap