Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

“Mən bu işdə tək deyiləm...” - “Hamı hər şeyi görür və anlayır”

Tarix 18.11.25, 18:41

Font ölçüsü : - / +
bitmap-img6


“Yüzlərlə dövlət tədbirində, konsert proqramlarında, ölkənin bir çox bölgələrində və Bakı şəhərində böyük səhnələrdə, müxtəlif dövlət qurumlarının rəsmi tədbirlərində peşəkar, məsuliyyətli və hətta təmənnasız şəkildə çıxış etmişəm.Bundan əlavə, 2006–2023-cü illər ərzində Lider, ANS, ATV və Space telekanallarında aparıcı kimi fəaliyyət göstərmiş, eləcə də müxtəlif media layihələrində, tədbirlərdə və sosial layihələrdə iştirak etmişəm. Bu qədər geniş və sənədlərlə təsdiqlənən fəaliyyət fonunda haqqımda yazılan bəzi həqiqətə uyğun olmayan, məqsədli və sifarişli yazılar məni yox — məhz həmin yazıların müəlliflərini və onları yayımlayanları gözdən salır”.

AzFakt.com bildirir ki, bunu tanınmış müğənni Nura Suri “Facebook” səhifəsində yazıb.

O, vurğulayıb ki, bu sənətdə 20 ildən artıqdır ki, çalışır və öz adını əməklə, zəhmətlə, peşəkarlıqla qazanıb: “Mənə qarşı faktlara əsaslanmayan, təhrif olunmuş və nüfuz zədələyən yazıların isə nə peşəkarlığa, nə mediaya, nə də cəmiyyətə hər hansı faydası var.Mədəniyyət Nazirliyi ilə bağlı açıqlamalarımızdan sonra diqqəti yayındırmaq və gündəmi dəyişmək məqsədi ilə yazılan heç bir sözə xalq inanmır. Hamı hər şeyi görür və anlayır”.

Müğənni bu işdə tək olmadığını, sənət dostları və bir çox nüfuzlu insanların da öz fikirlərini bildirdiyini və və bildirməyə də davam edəcəklərini vurğulayıb: “Heç bir jurnalistdən xahiş etməmişəm ki, dediklərimizi paylaşsın, çünki onlara təzyiq olunacağını bilirəm. Hətta məndən müsahibə istəyən jurnalistlərə də dedim ki, bu məsələni işıqlandırıb işinizdən olmayın.Jurnalist dostlarıma da bildirdim ki, sizdən incimirəm – yazmayın, mənə görə probleminiz olmasın”.



Xəbərin oxunma sayı : 190




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap