| |
|
Əhmədzadənin yerinə Sultan-zadə - Adnan Əhmədzanin yerinə keçən Rüfət Sultan-zadə kimdir?
“360Marcom“ MMC KOBİA üçün niyə bu qədər önəmlidir? - ARAŞDIRMA
Şirvanda qeyri-müəyyənlik - İlqar Abbasov Mehdiyevin güdazına gedə bilər...
Yaxın vaxtlarda MSK-da “təmizlik” gözlənilir - Ramiz Mehdiyevin adamlarından
Dövlət Gömrük Komitəsində kürsü savaşı - Müavin və idarə rəisi Şahin Bağırovun yerinə göz dikib
Binəqədi rayonunda fərdi yaşayış evi obyektə çevrilib - Hacıbaba Babayevin saxta arayışı ilə...
Tendersiz 53 milyonluq sifariş! - AYNA-nın heyrət doğuran qanunsuzluğu üzə çıxdı
250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? - 11 şübhəli var
Pirallahıda DOST işçiləri MİS-ə transfer olunur - Maraqlı təfərrüat…
Türkiyə -““Böyük İsrail” savaşı - Azərbaycan nə etməlidir?
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri
Qaradağ rayonunda qanunsuz daş karxanaları - Başçının müavini himayə edir?
Bir qrup adam ölkəyə gizli yolla mal gətirir - Şəbəkənin başında kimlər dayanır?
Ali Məhkəmədən 7 dəfə atalıq testindən yayınan oliqarx oğluna “yaşıl işıq” - Uşağın anasından etiraz
Tarix 18.11.25, 18:21 |
|
Aliment ödəmədiyinə görə 2-ci dəfə axtarışa verilmiş oliqarx Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə Ali Məhkəməyə kassasiya şikayəti verib.
Musavat.com xəbər verir ki, Ali Məhkəmə hakimi Əhməd Əhmədov SOCAR vitse-prezidenti olmuş Mikayıl İsmayılovun oğlunun kassasiya şikayətini əsaslı hesab edib və yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarıb.
İllərdir ki, Azərbaycan məhkəmələrində saqqız kimi çeynənən bu işin kökündə 1 məsələ dayanır - Orxan İsmayılzadə 2015-ci ilin mayında dünyaya gəlmiş Nil adlı qızın atasıdırmı?
![]()
O günlərdə Orxan İsmayılzadə uşağın anası Fidan Abbasova ilə uzun müddət faktiki nikah münasibətlərində yaşayıb. Nil dünyaya gələndən sonra isə Orxan İsmayılzadə Fidan Abbasovaya “atam məni döyüb, soyadımı uşağa verə bilmərəm” deyib. O gündən 10 il keçib. O gündən bu günə qədər Azərbaycan məhkəməsi ədalətli qərar verməkdə, 1 uşağın atasını təsbit etməkdə acizlik göstərir. Uşaq varsa, onu dünyaya gətirən ana varsa, deməli, uşağın atası da olmalıdır. Uşağın anası Fidan Abbasova uşağın atasının Orxan İsmayılzadə olduğunu bildirir və bunu sübut edən dəlilləri ortaya qoyur.
![]()
İlk olaraq bu məsələ Sabunçu məhkəməsinə qalxır, iddiaçı Fidan Abbasova övladının atalığının müəyyən edilməsini tələb edir. O zaman işə Orxan Mikayılzadənin atası, SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılov qarışır, Fidan Abbasovadan iddianı geri çəkməsini istəyir və buna nail olur. Vəd edir ki, uşağa sahib çıxıb atasının Orxan İsmayılzadə olduğunu təsdiq edirlər və az sonra vədini unudur.
Bir neçə il sonra Fidan Abbasova yenidən məhkəmə davası açır, Sabunçu məhkəməsi tibbi-genetik ekspertiza təyin edir. O gündən sonra Xətai rayon Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi ayrı-ayrı qərarlarla uşağın atasının kimliyini müəyyən etmək üçün ekspertiza təyin edir. Ümumilikdə məhkəmələr 7 tibbi-genetik ekspertiza təyin ediblər. Orxan İsmayılzadə hər dəfə ekspertizanın keçirildiyi yer, saat barədə məlumatlandırılıb, lakin ekspertizada iştirak etməyib.
![]()
Sonda Sabunçu Rayon Məhkəməsi təqdim olunan sübutlar əsasında Fidan Abbasovanın qızının atasının Orxan İsmayılzadə olması barədə qərar verib. Məhkəmənin gedişatında Orxan İsmayılzadənin bioloji qohumluğun təyini - atalıq testindən keçməsi üçün qərardad çıxarıb.
Orxan İsmayılzadə atalıq testindən keçməkdən yayınıb. Qızının saxlanılması üçün aliment ödəməkdən də imtina etmişdi.
Sabunçu məhkəməsinin qərarına görə, Orxan İsmayılzadə hər ay 500 manat aliment ödəməlidir. O, Sabunçu Rayon Məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət versə də, bu məhkəmə instansiyası da obyektiv qərar çıxarılması üçün Orxan İsmayılzadənin bioloji qohumluğun təyini - atalıq testindən keçməsi barədə qərardad çıxarmışdı.
Ekspertizanın keçirilməsi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Məhkəmə Tibbi Biologiya şöbəsinə həvalə olunmuşdu. Məsələn, 2025-ci il aprelin 11-i, saat 11-ə təyin olunan ekspertizaya Fidan Abbasova və övladı getmişdilər. Orxan İsmayılzadə isə ekspertizaya getməkdən yayınmışdı.
Yada salaq ki, Orxan İsmayılzadə bundan öncə də ekspertizada iştirak etməkdən yayınıb. Sabunçu və Xətai rayon məhkəmələrində iş üzrə proseslər keçirilərkən hakimlə obyektiv qərarın verilməsi üçün ekspertiza keçirilməsi barədə qərar vermişdilər. Xətai Rayon Məhkəməsində Orxan İsmayılzadənin şikayətini araşdıran hakim Aygün Həsənova obyektiv qərar verilməsi üçün bioloji qohumluğun təyini - atalıq testi təyini haqda qərardad çıxarmışdı. Qərardad icra olunması üçün Məhkəmə Tibb Ekspertizası (MTE) və Pataloji Anatomiya Birliyinə (PAB) həvalə olunub. Bioloji qohumluğun təyini – atalıq testi – DNT-nin keçirilməsinin zamanı haqda tərəflərə məlumat verilib. Lakin o zaman da Orxan İsmayılzadə ekspertizanın keçirildiyi ünvana getməmişdi.
Musavat.com-a açıqlama verən Fidan Abbasova bildirmişdi ki, Orxan İsmayılzadə ayrı-ayrı məhkəmələrin çıxardığı qərardadlar əsasında təyin olunan ekspertizadan keçməkdən yayınmaqla əslində övladının atası olduğunu təsdiq etmiş olur:
“Orxan İsmayılzadə mənim ona şər atdığımı deyir. Guya övladımın atasının olduğunu bildirməklə ona şər atıram. Bunun şərəf, ləyaqətini alçaldan hal olmasını iddia edib məhkəmələrə üz tutur. Məhkəmələr həqiqətin üzə çıxması üçün ekspertiza təyin edirlər. Çünki, bunu sübut etməyin tək yolu ekspertizadır və Orxan İsmayılzadə ekspertizada iştirak etməməklə Nilin atası olduğunu etiraf etmiş olur. Məsələ onun iddia etdiyi kimi olsaydı, ekspertizadan keçər, övladımın atası olub-olmamasına aydınlıq gətirilməsində iştirak edərdi. Mənim övladımın atası Orxan İsmayılzadədir”.
Fidan Abbasova Orxan İsmayılzadənin bu günə qədər təyin olunmuş ekspertizalarda iştirak etməməsinin protokollaşdırıldığını da demişdi:
“Qanuna görə, ekspertizanın işində iştirak etməmək öz-özlüyündə onun nəticəsini qəbul etmək, nəticəsi ilə razılaşmaq anlamı daşıyır. Ali Məhkəmə onun kassasiya şikayətini araşdırmadan qərar verir ki, işə yenidən Apellyasiya Məhkəməsi baxsın. Orxan İsmayılzadə atalıq testindən keçməkdən yayınırsa, məhkəmə nəyə baxacaq? Ali Məhkəmədə həmin qərarı verən hakimdən xahiş edirəm ki, Orxan İsmayılzadənin ekspertizadan keçirilməsini təmin etsin”.
Bioloji qohumluğun təyini - Atalıq testi necə keçirilir?
Hər bir fərdin genomik DNT ardıcıllığı digər insanlardan fərqlidir (eyni yumurta əkizləri istisna olmaqla). Hər yeni fərddə yarısı anadan, yarısı atadan olmaqla yeni bir DNT qarışığı ortaya çıxır. Ana və atadan (irsi olaraq) köçürülən və bədənimizin kodlarını daşıyan bu məlumat toplusu, hüceyrə nüvələrində DNT adlanan quruluşda kodlanır. Yalnız bir-biri ilə əlaqəli olan insanlar (məsələn, ana, ata və uşaqlar) ortaq DNT ardıcıllığını paylaşırlar. Bu üsulla test edilən insanın bioloji ata olub-olmaması ortaya çıxır.
Bəs atalıq testi necə aparılır?
Bioloji quruluşumuzla bağlı bütün məlumatlar DNT dediyimiz quruluşda 2 nüsxədə kodlanır. Bu nüsxələrdən biri anadan, digəri atadan gəlir. Beləliklə, genetik məlumatlarımızın yarısını anamızdan, yarısını da atamızdan alırıq. Bu səbəbdən həm ata, həm də anamız ilə ortaq gen bölgələrimiz var. Bu məlumatlara uyğun olaraq keçirilən atalıq testində uşaqla ata arasında tamamilə ortaq olması lazım olan bölgələrin analizi aparılır. Uşağın və atanın analiz edilən gen bölgələri bir-biri ilə eynidirsə, bu, bioloji qohumluğun olduğunu müəyyən edir. Bu gün etibarlılıq faizini artırmaq üçün ən az 15 ümumi gen bölgəsi atalıq testlərində araşdırılır və nəticələr 99.99% dəqiqliklə alınır.
Fidan Abbasova deyib ki, Sabunçu Rayon Məhkəməsi ötən il Orxan İsmayılzadənin qızı Nilin atası olması barədə qərar verib və aliment təyin edib:
“Orxan İsmayılzadə uşağın saxlanılması üçün təyin olunan aylıq 500 manat alimenti də ödəmir. Qanuna görə Orxan İsmayılzadə alimenti ödəmirsə, icraçılar onu məcbur etməlidirlər ki, övladının saxlama xərcini ödənsin. Ödəmirsə, icraçılar müvafiq hüquqi addımlar atmalıdırlar və atıblar”.
Elşən MƏMMƏDƏLİYEV,
Xəbərin oxunma sayı : 169
Hadisə
Xəbərlər
-
Pərvin Abıyeva yalan danışır? - Günay Musayeva açıqladı
-
“Mingəçevir“ uçurum kənarında - Məmmədov da maaşa həsrətdir, klubun əməkdaşları da
-
Qəzalar daha çox bu səbəbdən baş verirmiş... - STATİSTİKA
-
İran ABŞ ilə saziş bağlamaq istəyir - TRAMP
-
Sabunçu rayonunda aylardır yenilənən liftlərin təmiri işləri niyə yekunlaşmır? VİDEO
-
Bakıda tapança ilə gəzən şəxs həbs edilib: “Bu mənim hobbimdir...“
-
İcra başçısının balıqları tələf oldu,düyü biznesinə keçdi - VİDEO
-
“Həmkarlar”da növbədənkənar qurultay: Sahib Məmmədov narahatdır...
-
Rusiyanın ən böyük neft emalı zavodlarından birinə hücum - Fəaliyyətini dayandırdı
-
“Xankəndi, Xocalı, Ağdərə və Xocavənd şəhərlərinin Baş planları işlənilmə mərhələsindədir“ - Samir Nuriyev
-
“Quli” tərəfdarlarının ABŞ-da cinayət əməlləri - Həm restoranda işləyir, həm də…
-
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib - Sübutlar tədqiq olunub
-
Məmmədli kəndində 4 yararsız avtobus yandı - VİDEO
-
Badamdardakı restoranda insident - Dava salan şirkət əməkdaşı həbs edildi
-
Agentlik Sevinc İsgəndərovadan yenə ofis icarəyə götürdü - 262 minə
-
İnsult keçirən Əhməd Orucun evi qarət edildi - Hamı xəstəxanada imiş
-
“Qonşularımız bizim prioritetimizdir“ - Abbas Əraqçı
-
“Mən bu işdə tək deyiləm...” - “Hamı hər şeyi görür və anlayır”
-
Ali Məhkəmədən 7 dəfə atalıq testindən yayınan oliqarx oğluna “yaşıl işıq” - Uşağın anasından etiraz
-
Rusiya və ABŞ məhbusları dəyişməyi müzakirə edib - Dmitriyev Uitkofla danışıqlar aparıb
-
Saytlara girişdə yaranan problemlə bağlı - Rəsmi açıqlama
-
Türk futbolunda mərc qalmaqalı - 281 futbolçu cəzalandırıldı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Hikmət Hacıyev Zəngəzur dəhlizi ilə bağlı yeni görüntülər payladı - VİDEO
-
Azərbaycanda saytlara girişdə problem yaşanır - Səbəb nədir?
-
İmişli RİH-in əvəzolunmaz “Orion-E“ şirkəti: Hər il yolları təmir edən şirkət kimindir?
-
Azərbaycan bu il 23 ölkədən 38,5 ton qızıl alıb - Tam siyahı
-
Xəzərdə su səviyyəsinin enməsinin 15-20 il davam edəcəyi gözlənilir - Coğrafiya İnstitutu
-
Dekan müavininin “böhtan“ iddiası rədd edildi - Müəllim bəraət aldı
-
Azərbaycan çempionatında oynayan 3 qardaşın maraqlı anları - VİDEO
-
Samir Nuriyev Zəngilanda iclas keçirdi - FOTOLAR
-
Bakıda 70 min manat oğurlayan şəxs saxlanılıb - VİDEO
-
TƏBİB sədri kimə yüksək vəzifə verib? - Departament rəhbəri haqqında maraqlı xəbər yayıldı
-
Mərkəzi Banklar qızıl alışını kəskin artırıb - Qiymət proqnozları yenilənib
-
DTX Xankəndidəki iclasdan - Video paylaşdı
-
“Lazım gəlsə, üç dostumu da götürüb İmralıya gedərəm” - Dövlət Bağçalı
-
Gələn ildən “ƏDV gerial” mexanizmi dəyişir - Deputat yenilikləri açıqladı
-
“Hər deyilənə inanmayın” - Günaydan qalmaqallı sözlər (VİDEO)
-
“Baku Electronics“, “ABC Telecom“, “Trust Lux“ MMC... - Dövlət Agentliyi cəzalandırdı
-
Yeni Günəşli sakinləri çıxılmaz durumda: “Buranın tozu evlərə də vurur“
-
Nazirliklərə nəzarət artırılır - Yeni qaydalar təsdiqləndi
-
“Tramp Rusiyanı neft gücü kimi tərksilah edir” – İki alıcısı qalıb
-
Bu ixtisas sahiblərinə məhkəmə iclas katibi vəzifəsində işləmək şansı verildi - SİYAHI
-
850 minlik avtomobillə reyddə saxlanılan şəxs kimin oğludur? - VİDEO
-
Nigeriya millisinin baş məşqçisi: “Konqolular bizə cadu etdilər“ - VİDEO
-
Prezident İlham Əliyev Omanın Sultanına məktub göndərib - MƏTN
-
Yeni açılan iş yerlərinin 78%-i Bakının payına düşüb - 6 rayonda iş yeri açılmayıb
-
Kapitan həbsdən məktub göndərdi - Generala ağır ittihamlar
-
Təcili yardım stansiyasının müdirinin işçilərdən rüşvət aldığı iddia edilir - VİDEO
-
Nəsimi rayonunda tarixi binanın ərazisi “Konsul“ MTK tərəfindən zəbt olunub - VİDEO
-
Saakaşvilinin Ukraynaya ekstradisiyası mümkün deyil - KOBAXİDZE
-
“Məndən xəbərsiz adıma 3 şirkət açılıb, külli miqdarda vergi borcum yaranıb“ - VİDEO
-
Avtobus zolağının qüvvədə olma müddətinin 24 saat müəyyən edilməsi vəziyyəti çətinləşdirib - VİDEO
-
Azərbaycan strateji əməkdaşlığa önəm verir
-
Türk dövlətləri arasında yaranan etimad, həmrəylik və ortaq gələcək vizionunun canlı təzahürü
-
Məşhurlardan instaqramı rəngləndirən paylaşımlar - Fotolar
-
Əlilliyi olan şagirdlərin müavinətləri niyə verilmir? - VİDEO
-
Bakıda 15 yaşlı yeniyetmə öldürülüb - 14 yaşlı şübhəli saxlanılıb
-
PKK geri çəkildiyini elan etdi - Türkiyə ilə sülh prosesi yeni mərhələyə keçir
-
Azərbaycanla ən çox ticarət edən ölkələr - TOP 10
-
“Maduro ilə bəzi danışıqlarımız ola bilər” - Tramp
-
Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb - Son rəqəmlər
-
“SOCAR”ın “Azneft” İstehsalat Birliyində nə baş verir? - Tofiq Heydərovun Ziba Mustafayevaya məktubu….
-
“Azərbaycan təyyarə qəzası baş verən andan bütün imkanlarını səfərbər etdi“ - Ərdoğan
-
Müdafiə Nazirliyinin vəzifəli şəxsi həyat yoldaşını azyaşlı uşaqları ilə birgə evdən qovub? - İDDİA
-
İranlı narkotacirlər Bakıda kuriyerləri necə tapır? - VİDEO
-
Elektromobillərin idxalı kəskin azalıb: Avtomobil idxalı isə 21 faiz artıb
-
Ərzaq məhsullarını xaricdən neçəyə alırıq? - Siyahı
-
Azərbaycanın regional və beynəlxalq səviyyədə lider dövlətə çevrilib
-
Ramiz Mehdiyevin gəlininin yerinə yeni təyinat - FOTO
-
Azərbaycanda üfüqi yoxlamalar başlayır: Deputat izah etdi
-
Macarıstanın Dünya Kuboku kabusu - Szoboslai rəqibi ələ saldı, sonra... + VİDEO
-
Nazir tender saxtakarlığından danışdı: “Bu məbləğ 100 min manat ola bilərmi?“
-
Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırır
-
Xam nefti hansı ölkələrə və neçəyə satırıq? - Tam siyahı
-
Türkiyə, Rusiya, yoxsa Kuba? - ABŞ Maduronun hansı ölkəyə sürgün olunacağını müzakirə edir
-
Bu axşam 4-cü avtomobil öz sahibini tapacaq - “Nar”da böyük həyəcan
-
Prezident “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi“ni təsdiq etdi - FƏRMAN
-
Yol təmir edən və elektrik malları satan “tender kralı“ - Bir ildə 8 müqavilə
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Pezeşkian o sənədi təsdiqlədi - Türkiyə və İran əlaqələri genişlənir
-
Səhmdarlar “Baku International Tobacco”dan narazıdır - “25 ildir hüquqlarımız tapdanır“
-
“Rusiyada NATO ilə qarşıdurmanın tərəfdarları yoxdur, lakin...“ - Peskov
-
Polis sosial şəbəkələrdə yüzlərlə şəxsi aldadan 4 nəfəri saxlayıb - VİDEO
-
Azərbaycanda hansı rayonda nə qədər təbii artım qeydə alınıb? - Siyahı
-
Goranboy icra Hakimiyyətində dava: Vəzifəli şəxs başçının müavininə hücum etdi
-
Rafiq Quliyev prezidentin son xəbərdarlıqlarından nəticə çıxaracaq?
-
Xam neft hasilatında azalma davam edir - 1.5 milyon ton fərq...
-
“Kənd məktəblərinə yaxşı müəllim göndərmək çətindir“ - Emin Əmrullayev
-
Asiya İnkişaf Bankının prezidenti “Veysəloğlu”nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış olub - FOTOLAR
-
“Rusiya Ukraynada yeni əraziləri ələ keçirir“ - “The Telegraph“
-
Qiymət 3 dəfə qalxdı, 3 gündür verilmir - Nə qədər pul “silinir”?..
-
ANAMA-nın əməkdaşı minaya düşdü - Ermənistanla sərhəddə
-
İntim videolarla məşhurlaşmışdı - FHN polkovniki azadlıqda
-
Bəzi taksilərin kartla sifarişi ləğv etməsi problemi nə vaxt həll olunacaq? - VİDEO
-
Arif Rəhimzadədən Ramiz Mehdiyevlə bağlı açıqlama: “Gözləmək vacibdir“
-
İrandan Azərbaycana PUA ilə narkotik keçirməyə çalışdılar - FOTO
-
Bakının mərkəzində böyük keçid tikiləcək - FOTO
-
Azərbaycanda heyvanların sayı azalıb - Son məlumatlar
-
Müqavilə bağladıqları zavoda gedəndə öyrəniblər ki, pambıq sahələri sığrtalanmayıb - VİDEO
-
Ukrayna Yunanıstan üzərindən qaz alacaq - Zelenski açıqladı
-
Azərbaycanda ən yüksək maaşı kimlər alır? - SİYAHI
-
Saatlı-Musalı-Məzrəli avtomobil yolu yararsız vəziyyətdə - VİDEO
-
Bakının mərkəzində partlayan kanalizasiya boruları təmir edilmir - ŞİKAYƏT
-
“Narahatlığa heç bir əsas yoxdur” - MN-dən əhaliyə çağırış
-
“Azərbaycan millisi çox aqressiv idi“ - Didye Deşam
-
Mehriban Əliyeva Milli Dirçəliş Günü ilə bağlı paylaşım etdi - FOTO
-
İşə götürdüyü 24 yaşlı gənc həyatına son qoydu - VİDEO
-
“Quru qoşunlarını Venesuelada yerləşdirilməyə hazırıq“ - Pentaqon rəsmisi
-
Prezident Milli Dirçəliş Günü münasibətilə paylaşım etdi - FOTO
-
Azərbaycanın ən böyük göllərindən biri quruyur - VİDEO
-
Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür
-
DÇ-2026-nın seçmə mərhələsi:Azərbaycan millisi evdə də Fransaya uduzdu
-
“Macarıstanın təhlükəsizliyi Berlin, Moskva və Ankaradan asılıdır“ - Orban
-
Prezident sosial şəbəkə hesablarında Özbəkistan səfərindən paylaşım edib - VİDEO
-
Qurban Qurbanovla bağlı səhnəcik tənqid olundu - Video
-
Azərbaycanda boşanmaların ən çox və ən az olduğu rayonlar – Siyahı
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatıb - FOTOLAR
-
Çin-Yaponiya münasibətləri kəskinləşir: Pekindən vətəndaşlarına çağırış
TOP 10
ARXİV




