Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

İmişli RİH-in əvəzolunmaz “Orion-E“ şirkəti: Hər il yolları təmir edən şirkət kimindir?

Tarix 18.11.25, 16:23

Font ölçüsü : - / +
bitmap-img6


İmişli Rayon İcra Hakimiyyəti İmişli şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tenderə yekun vurub. 

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Orion-E" MMC seçilib. İcra Hakimiyyəti ilə şirkət arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 608 808,79 manat təşkil edir. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Orion-E" MMC 10 dekabr 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1 730 030 AZN olan şirkətin hüquqi ünvanı İmişli şəhəri, Ziya Bünyadov küçəsi, ev 8-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Qasımov Mürsəl İsa oğludur. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur. 

Dövlət satınalmalarının vahid elektron portalında yerləşdirilən məlumatlardan aydın olur ki, "Orion-E" MMC İmişli Rayon İcra Hakimiyyətinin keçirdiyi tenderlərin əvəzssiz qalibidir. Şirkət 2020-ci ildən bu yana İmişli Rayon İcra Hakimiyyəti və ona tabeli qurumlarının keçirdiyi 11 tenderin qalibi seçilib. 

Bu tenderlər əsasən yolların təmiri ilə bağlı keçirilib. Aydın olur ki, İmişli Rayon İcra Hakimiyyəti hər il yolları təmir etdirir. Təmir işlərini isə "Orion-E” MMC həyata keçirir. Təkcə ötən il qurumla şirkət arasında yol təmirinə dair 1 073 868,74 manatlıq satınalma müqaviləsi imzalanıb. 

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevdir. O, 2020-ci ildən rayona rəhbərlik edir. 



Xəbərin oxunma sayı : 184




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap