Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Xəzərdə su səviyyəsinin enməsinin 15-20 il davam edəcəyi gözlənilir - Coğrafiya İnstitutu

Tarix 18.11.25, 15:52

Font ölçüsü : - / +
bitmap-img6


Xəzər dənizi bəzi ərazilərdə 100 metr, 150 metr, 200 metr çəkilib. Qızılağac körfəzi ərazisində isə Xəzər 2 kilometrə qədər çəkilib. Bu prosesin 15-20 il də davam edəcəyi gözlənilir.

Bunu Trend-ə açıqlamasında Coğrafiya İnstitutunun Xəzər dənizi sahillərinin və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Əmir Əliyev bildirib.

"Son bir əsrdə Xəzərin səviyyəsində 3 dəfə kəskin dəyişiklik olub. Birinci dəfə 1930-cu ildən 1977-ci ilə qədər dənizin səviyyəsi 3.2 metrə qədər aşağı düşmüşdü. 1978-ci ildən 1995-ci ilə qədər dənizin səviyyəsi 2.5 metr qalxıb.1996-cı ildən bugünə qədər isə Xəzər dənizinin səviyyəsi 2.1 metrə qədər aşağı düşüb.

Xəzərin ən mühüm xüsusiyyəti su səviyyəsinin həmişə dəyişkən olmağıdır. Son dəfə 1805-ci ildə Xəzərin səviyyəsi yüksək olub. Hesablamalar göstərir ki, bu proses təxminən 2040-2050-ci illərə qədər davam edəcək. Ondan sonra yeni proseslər Xəzərin səviyyəsinin qalxmasına səbəb olacaq".

Əmir Əliyev vurğulayıb ki, Xəzərin səviyyəsinin düşməsi Azərbaycan ərazisində əsasən gəmiçilik təsərrüfatına, balıqçılığa, neft-qaz sənayesinə və kənd təsərrüfatına böyük təsir edir.

"1978-ci ildən 1995-ci ilə qədərki dövrdə dəniz səviyyəsinin 2.5 metr yüksəlməsi zamanı Azərbaycan sahil zonasında 50 min hektara yaxın torpaq suyun altında qalmışdı. Həmin vaxt təsərrüfatlara dəyən ziyanın miqdarı 2 milyard amerika dolları olmuşdu. Hazırda həmin su altda qalan ərazilər suyun altından çıxır. Təxminən 80 faiz ərazi suyun altından çıxıb. Qeyd etmək lazımdır ki, bu prosesdə ən intensiv subasma Azərbaycanın cənub ərazilərinin payına düşmüşdü.

Xəzər dənizində su səviyyəsinin azalmasının əsas 3 səbəbi var: İqlim dəyişiklikləri – bu, təxminən 75-80 faizini təşkil edir; Antropogen təsirlər – 10-15 faiz; Yerdə qalanı isə tektonik proseslərin payına düşür.

Son illərdə Xəzər dənizinin səviyyəsi düşmə mərhələsindədir və bu, təbii prosesdir. Əsas səbəb dənizin su balansının dəyişməsidir. Xəzər dənizinin su balansını iqlim parametrləri təyin edir. Gəlir hissəsini çay suları, dənizin birbaşa səthinə yağan yağıntılar, yeraltı sular, məxaric hissəsini isə dəniz səthində gedən buxarlanma və Qaraboğazqol körfəzinə gedən axınlar təşkil edir.

Hazırda Xəzər dənizinə gələn suyun 80 faizini Volqa çayı gətirir. Volqa çayının suyunun formalaşmasında Şimali Atlantika üzərində yaranan siklonlar və anti-siklonlardır.

İkinci səbəb antropogen təsirlərdir. Burda əsasən Xəzərə gələn Volqa çayının suyundan əvəzsiz götürmələrdir. Son illərdə bu götürmələrin miqdarı ildə 40 kubkilometrə çatır.

Bu sular əsasən içmək üçün götürülür. Xəzərə gələn Volqa çayının hövzəsində təxminən 120 milyon əhali yaşayır. Bu əhalinin suya, kənd təsərrüfatına olan tələbatı Volqa çayının hesabına ödənilir. Son illərdə bu ərazilərdə enerji istehsal edən su elektrik stansiyalarının qurulması da prosesə təsir edir. Eyni zamanda, kiçik stansiyalar üçün su anbarları da tikilir. Bütün bunlar Xəzər dənizinə tökülməli olan Volqa suyunun azalmasına səbəb olur.

Dünyada gedən qlobal istiləşmə də Xəzərdə dəniz suyunun temperaturunu artırır, nəticədə buxarlanmanın artmasına səbəb olur. Buxarlanmanın artması, Xəzərə gələn suların azalması Xəzər dənizinin son 20 ildə səviyyəsinin düşməsinə səbəb olub. Bu, ildə təxminən 15-20 santimetr deməkdir. Qeyd etdiymiz kimi, Xəzərin səviyyəsinin enməsi periodik prosesdir. Prosesin qanunauyğunluqlarını bilməklə Xəzər dənizi ilə harmoniyada yaşamaq lazımdır".



Xəbərin oxunma sayı : 331




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap