Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Dekan müavininin “böhtan“ iddiası rədd edildi - Müəllim bəraət aldı

Tarix 18.11.25, 15:34

Font ölçüsü : - / +
bitmap-img6


Naxçıvan Dövlət Universitetinin (NDU) dekan müavini Abbas Əhmədov keçmiş müəllim Aysel Quliyevanın cəzalandırılması üçün məhkəməyə müraciət etsə də, şikayəti təmin olunmayıb.

AzFakt.com "Teleqraf"a istinadən xəbər verir ki, Abbas Əhmədov Aysel Quliyevanı xüsusi ittiham qaydasında məhkəməyə verərək onun barəsində sosial şəbəkələrdə və mediada həqiqətə uyğun olmayan məlumatlar yaydığını, böhtan və təhqir etdiyini iddia edib.

İddiada göstərilib ki, "Gündəlik Naxçıvan" adlı sosial səhifədə NDU-nun Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin bir qrup tələbəsi adından yayılan müraciətdə Abbas Əhmədovun tələbələrə qarşı kobud davranış göstərdiyi, onları döydüyü və təhqir etdiyi qeyd olunub. Dekan müavini isə həmin paylaşımların təşəbbüskarı və müəllifi kimi keçmiş müəllim Aysel Quliyevanı göstərib. O, həmçinin Aysel Quliyevanın tələbələrin olduğu qrupda da onun əleyhinə məlumatlar paylaşdığını iddia edib.

Məhkəmə araşdırması zamanı Abbas Əhmədovun iddiaları sübuta yetirilməyib. Şahid ifadələri də daxil olmaqla toplanmış materiallar əsasında onun şikayətinin əsassız olduğu müəyyən edilib.

Naxçıvan Şəhər Məhkəməsi Abbas Əhmədovun şikayətini əsassız hesab edərək rədd edib və Aysel Quliyeva barəsində bəraət hökmü çıxarılıb.

Dekan müavininin böhtan iddiası rədd edildi - Naxçıvan Dövlət Universitetinin müəllimi bəraət aldı






Xəbərin oxunma sayı : 394




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap