Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

Alimlərdən gözlənilməz açıqlama: “Yadplanetlilər artıq aramızdadır”

Tarix 12.11.23, 14:05

Font ölçüsü : - / +
bitmap-img6


“Süni intellekt yadplanetli həyatın bir formasıdır və bu insanların Darvinin təkamülünün zirvəsinə çatdığına işarə edir”.

Bunu britaniyalı krallıq astronomu lord Martin Ris deyib.

Onun sözlərinə görə, yadplanetlilər artıq aramızdadır və bunlar elmi fantastika filmlərində olduğu kimi kiçik yaşıl adamlar deyil.

“Qeyri-üzvi intellektin insan intellektinə çatması və ya onları üstələməsi üçün daha bir və ya iki əsr keçə bilər.

Çoxları insanların zəkanın zirvəsində olduğunu düşünür, lakin, ola bilsin ki, bizim növümüz daha çox süni intellektə gedən yolda bir mərhələni təmsil edir. Bu, kosmosun niyə bizim kimi həyatdan bu qədər boş göründüyünü izah edə bilər.

Kainatda qeyri-üzvi zəkaya təkamül yolu ilə keçid qaçılmazdırsa, çətin ki, teleskoplarımız hələ də bu formada təcəssüm olunduğu dövr ərzində insan zəkasını tuta bilələr. Mümkündür ki, yadplanetlilər artıq çoxdan mövcud olan digər üzvi varlıqların uzaq elektron nəslindən olacaqlar”, - deyə alim bildirib.
Ris, yadplanetlilərin hesab edildiyindən daha sülhsevər olduqlarını düşünür.

“Onların bizimlə eyni əsas istəkləri olmaya bilər. Darvinizmin təzyiqi altında biz ekspansionist bir növə çevrilmişik. Seçim zəkaya üstünlük, eyni zamanda həm də aqressiyaya üstünlük verib. Amma darvinizmin təzyiqi bu süni formasiyalara aid edilmədikcə, onların aqressiv olmaları üçün heç bir səbəb yoxdur. Ola bilsin ki, onlar sadəcə dərin bir şey haqqında düşünmək istəyirlər”, - deyə Kembric Universitetinin əməkdaşı və “Elm bizi xilas edərsə” və “Astronavtların sonu” kitabının həmmüəllifi yazır.

Alim insanların niyə hələ də yadplanetlilərlə qarşılaşmadığını da izah edir:

“Onları görməməyimiz və ya onlar tərəfindən işğal olunmadığımız o demək deyil ki, orada heç nə yoxdur. Onlar daha çox müşahidəçi ola bilərlər. Biz kosmosun “böyük sükutu”nun onların yoxluğu və ya sadəcə istəkləri olduğunu qiymətləndirə bilmərik”, - deyə alim vurğulayıb.

Mənbə: focus.ua



Xəbərin oxunma sayı : 484




Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap